Ana səhifə »  Diaspor »  Azərbaycan və Rumıniya diasporlarının əməkdaşlığını, təcrübə mübadiləsini əks etdirən memorandum imzalanıb
A+   Yenilə  A-
Azərbaycan və Rumıniya diasporlarının əməkdaşlığını, təcrübə mübadiləsini əks etdirən memorandum imzalanıb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri zamanı bir sıra görüşlər keçirib.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Rumıniyadakı diplomatlarımızla birlikdə Buxarestdə yerləşən Tei Parkındakı Heydər Əliyev xiyabanında Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Sonra Fuad Muradov xaricdə yaşayan rumınlarla iş üzrə nazir xanım Natalya-Elena İntotero ilə görüşüb. Görüşdə iki ölkə diasporlarının birgə əməkdaşlığını və təcrübə mübadiləsini əks etdirən memorandum imzalanıb. Rumıniyalı nazir rəhbərlik etdiyi qurumun iş istiqamətləri, xaricdə yaşayan rumın diasporu ilə əlaqələrin qurulması, “Diaspor start-up” layihəsi barədə məlumat verib. Eyni zamanda, nazir xaricdə rumın dilinin öyrədilməsi , təhsil layihələri barədə danışıb. Bildirib ki, Rumıniya və Azərbaycan strateji tərəfdaşlardır və iki ölkə arasında imzalanan memorandum buna sübutdur.
Fuad Muradov Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib. O, Azərbaycan diasporunun yaşayış xəritəsi, fəaliyyəti, gələcəkdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirib ki, Rumıniya ilə imzalanan memorandum iki ölkə diasporlarının yaxınlaşması, birgə fəaliyyət göstərməsi, layihələrin yerinə yetirilməsi, bir-birinin təcrübəsindən bəhrələnməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etməsi, yüksək nəticələr əldə etməsi, Ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfə nazirin diqqətinə çatdırılıb. Sədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan diasporunun rolunu qeyd edib.
Sonra F.Muradov dini məsələlər üzrə dövlət katibi Viktor Opaski ilə görüşüb. Görüşdə Rumıniyanın müsəlman icmasının ali müftisi Yusuf Murad da iştirak edib. Görüşün iki ölkə arasında müvafiq sahədə fikir mübadiləsi aparılması üçün əhəmiyyətli olduğunu və Azərbaycanın bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdıran V.Opaski Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparıldığını qeyd edib. Ölkəsindəki dövlət-din münasibətlərindən danışan V.Opaski bildirib ki, Rumıniyada dövlət tərəfindən dini icmalara və din xadimlərinə maaş verilir, bu sahədəki qanunvericilik bütün dini konfessiya mənsublarının etiqad azadlığının təmin olunmasına şərait yaradır. Hazırda Rumıniyada 18 dini icmanın dövlət qeydiyyatına alındığını, bunlardan 16-sının xristian, 1-nin yəhudi, 1-nin isə müsəlman icması olduğunu vurğulayan V.Opaski dini icmalar arasında qarşılıqlı hörmət və tolerant münasibətlərin olduğunu bildirib. Dövlət katibi Münxendə, o cümlədən Madriddə inşa edilən və inşa ediləcək kilsələr barədə məlumat verib. O, Rumıniyada müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Həmçinin Azərbaycanla əlaqələrindən, Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığından bəhs edib.
Fuad Muradov Azərbaycan icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmalarına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm verildiyini diqqətə çatdırıb. O bildirib ki, Rumıniyanın Dini Məsələlər üzrə Dövlət Katibliyinin bu istiqamətdə 160 illik təcrübəsi böyük maraq kəsb edir və bu qurumla komitənin əməkdaşlığının gələcəkdə də davam edərək yeni müstəviyə çatdırılmasını arzulayır.
Sonra Xaricdə Yaşayan Rumınlarla İş Komissiyasının sədri senator Viorel Riçard Badea, Rumıniyanın Baş naziri Viorika Dançilanın iş aparatında dövlət müşaviri Andreea Pastarnak və Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini xanım Ana Birçal ilə görüşlər keçirilib. Görüşlərdə iki ölkə diasporları arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub. Bildirilib ki, Rumıniya diasporunun təcrübəsi öyrənilməlidir, xüsusilə diasporun maliyyələşdirilməsi və xaricdə rumın diasporu ilə bağlı qanunun tətbiq edilməsi təcrübəsi Azərbaycan tərəfi üçün maraqlıdır.
Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini xanım Ana Birçal tərəflər arasında 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının vacibliyinə toxunub, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin önəmini qeyd edib. Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin səviyyəsindən duyulan məmnunluğu ifadə edən A.Birçal cari ilin mart ayında ölkəmizə səfərini xatırladıb, ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. O əlavə edib ki, Rumıniya Azərbaycan ilə Aİ arasındakı dialoqun inkişafından və yeni müqavilə üzrə danışıqlarda irəliləyişin müşahidə olunmasından məmnunluq hissi keçirir və bu danışıqların uğurla yekunlaşdırılması üçün səylərini əsirgəməyəcək.
Sonra Dövlət Komitəsinin sədri Azərbaycanın Rumıniyadakı səfirliyində Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan azərbaycanlılar ilə görüş keçirib. Görüşdə sədr həmvətənlərimizin qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb. O, diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə keçməsinin gerçəkləşdirilməsi yolu və istiqamətləri barədə məlumat verib. Azərbaycanlıların yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya problemləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə təbliğatın genişləndirilməsi barədə danışıb. Xüsusilə azərbaycanlılar arasında əlaqələndirmənin gücləndirməsinin mühüm olduğunu vurğulayan sədr gələcəkdə bu istiqamətdə daha qəti addımlar atılacağına inamını bildirib.

 
  • Oxunub:  19470  |  
  • Tarix:  18-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 22:31
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
22 Noyabr 21:15
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
22 Noyabr 20:57
Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb
22 Noyabr 20:31
Firudin Qurbanov: Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir
22 Noyabr 20:30
Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizədə təcrübəsi beynəlxalq sənədin qəbulunda nəzərə alınıb
22 Noyabr 20:26
Bələdiyyə seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr edilib
22 Noyabr 20:25
Varşavada erməni təxribatının qarşısı alınıb
22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA