Ana səhifə »  Daxili siyasət »  Beynəlxalq Böhran Qrupunun üç “proqnoz”u: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimlər üçün “risk”dir?
A+   Yenilə  A-
Beynəlxalq Böhran Qrupunun üç “proqnoz”u: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimlər üçün “risk”dir?

Müxtəlif “beyin mərkəzləri” dünyada baş verən ciddi geosiyasi proseslər haqqında təhlillər aparır və proqnozlar verməyə çalışırlar. Bu cür yazılarda müəyyən faydalı fikirlər ifadə edilir. Lakin bir sıra hallarda bəzi dairələr öz niyyətlərini obyektiv reallıq kimi qələmə verməklə insanları çaşdırmağa cəhd edirlər. Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabat-məruzə də bu qəbildəndir. Orada müəllif münaqişə ilə əlaqəli üç mümkün ssenaridən bəhs edir. İlk baxışdan obyektiv təhlil təsiri bağışlayan məruzəyə daha diqqətlə yanaşdıqda, ortaya başqa məqamlar çıxır. Onlar üzərində daha geniş dayanmağa ehtiyac görürük. Çünki Azərbaycan haqqında yanlış təsəvvürlər formalaşdırmaq kimi bir məqsədin olduğunu duyuruq.
Analiz və proqnoz: “beyin mərkəzləri”nin “obyektivliyi”
Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra analitik mərkəzlər Cənubi Qafqazda geosiyasi proseslərlə bağlı müxtəlif proqnozlar verməyə çalışırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yarana biləcək yeni situasiyanı xarakterizə etməyə cəhd edirlər. Kütləvi informasiya vasitələri bu bağlılıqda Beynəlxalq Böhran Qrupunun (BBQ) təhlil və proqnozları haqqında məlumatlar yayıb (bax: Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018).
Öncə vurğulayaq ki, BBQ müstəqil, qeyri-kommersiya və çoxmillətli təşkilat kimi təqdim olunur. Onun 5 qitədə 80-dən çox əməkdaşının olduğu bildirilir. Təşkilat yerlərdə situasiyanın analizi və aktiv surətdə hüquq müdafiəsi işləri ilə məşğuldur. Bununla təhlükəli münaqişələrin qarşısını almağa çalışır. Fəaliyyətində BBQ həm də analitik materiallar dərc etməyi nəzərdə tutur, hətta siyasi qərarlar qəbul edən liderlərə belə praktiki tövsiyələr göndərməyə cəsarət edir.
Ancaq bütün bunlar məsələnin, necə deyərlər, rəsmi tərəfidir. BBQ heç də həmişə obyektiv və dərin məqamlara toxunan təşkilat təsiri bağışlamır. Bir sıra hallarda qərəzli və subyektiv mövqe ortaya qoyur. O cümlədən Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarında xeyli dərəcədə sünilik özünü göstərib. Buna baxmayaraq, BBQ Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar zaman-zaman geniş material dərc edir ki, orada müəyyən proqnostik məqamlar da yer alır. Deyək ki, 2013-cü ilin sentyabr ayının 26-da bu təşkilat “Azərbaycan və Ermənistan: risklər mövsümü” adlı hesabat-məruzə hazırlamışdı (bax: Armenia and Azerbaijan: A Season of Risks / Crisis Group Europe Briefing №71, 26 September 2013, 13 p.).
Bu məruzədə müəlliflər əsaslandırmağa çalışıblar ki, münaqişə riskli, həssas və təhlükəli bir mərhələyə daxil olub. Əsas səbəblər tərəflərin öz mövqelərində qalmaları, 2011-ci ildən başlayaraq danışıqların faktiki olaraq dalana dirənməsi və ATƏT-in Minsk qrupunun lazımi səviyyədə səmərəli fəaliyyət göstərməməsi ilə bağlıdır (bax: əvvəlki mənbəyə, s. 2-5). Bunlara məruzə müəllifləri Ermənistan və Azərbaycanın daxili siyasi vəziyyətini də əlavə edirlər.
Göstərməyə çalışırlar ki, ölkələrdən hər hansında daxili situasiyanın qeyri-müəyyənliyə meylliliyi Dağlıq Qarabağ məsələsinə hiss ediləcək təsir göstərə bilər. Məsələn, Ermənistanda siyasi vəziyyət kəskinləşdiyi halda müəyyən siyasi qüvvələr Dağlıq Qarabağ faktorundan öz xeyrinə yararlanmağa çalışa bilərlər. Azərbaycanla bağlı bunu deyə bilmirlər, çünki burada daxili siyasi vəziyyət kifayət qədər sabit və dayanıqlıdır.
Əvəzində başqa məqamı qabartmağa cəhd edirlər. Onlar Azərbaycanın güclənməsinin Ermənistan tərəfindən işğal edilmiş torpaqların hərbi yolla azad olunmasına təkan verəcəyindən bəhs edirlər. Başlıca diqqət yetiriləsi məqam da məhz bundan ibarətdir. Çünki BBQ də daxil olmaqla, “beyin mərkəzləri” və beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etməsi variantını qəbul etmək istəmirlər. Bunu sanki aksiom kimi qafalarına yerləşdiriblər.
Üç “risk”, yaxud təcavüzkarın dolayı müdafiəsi
Məqsəd isə aydındır: Ermənistanın işğal etdiyi əraziləri ermənilərin xeyrinə müxtəlif üsullarla və dolayısı ilə qanuniləşdirmək, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə imkan verməmək! Bu məqsədi fərqli yollarla ört-basdır etməyə çalışsalar da, reallıqdır. Beynəlxalq Böhran Qrupu da risklərdən danışarkən, daha çox Azərbaycanın öz torpaqlarını azad etməsi “riski”nin artdığını nəzərdə tutur. Sübut üçün bu təşkilatın son hesabat-məruzəsindəki üç “proqnoz”un məzmununa baxaq.
Maqdalena Qrono yazır ki, birinci proqnoza görə, Dağlıq Qarabağdakı separatçılar (o, bu termini işlətmir, zira, reallıq budur) önləyici zərbə vura bilərlər. Niyə? Çünki Azərbaycanın hərbi əməliyyatlara başlamasından ehtiyat edirlər. Onlar 2016-cı ilin Aprel döyüşlərində itirdikləri əraziləri geri qaytarmağa çalışarlar. Belə çıxır ki, 2016-cı ildə Azərbaycan ermənilərin işğal etdiyi ərazilərinin bir qismini azad etməyib, separatçılar torpaq itiriblərmiş! Onda günahkar Azərbaycandır ki, döyüşüb ərazisinin bir qismini azad edib. Bu, birinci risk.
İkinci proqnoza görə, Azərbaycan özü yeni döyüşə başlaya bilər. Səbəb? Ermənistanda siyasi vəziyyətin qarışıqlığı! Guya Azərbaycan rəhbərliyi Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasından istifadə edib, qondarma “dqr”-ə hücum edə bilər. Bu, qərəzli, sadəlövh və proqnoz xatirinə irəli sürülən növbəti cəfəngiyatdır. Əvvəla, Azərbaycanın istənilən situasiyada öz ərazi bütövlüyünü bərpa etmək haqqı var. Bu, BMT-nin Nizamnaməsinin uyğun maddəsində də dəqiq təsbit edilib.
İkincisi, Azərbaycanın bu məqsədə çatması üçün Ermənistandakı daxili siyasi vəziyyətin necə olmasının elə bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan Ermənistandan bütün parametrlər üzrə dəfələrlə güclüdür və onu qısa müddətdə milçək kimi əzər. Azərbaycan üçün problemi son nəticədə Ermənistanın böyük dövlətlər arasında olan havadarları yaradırlar. Bu, açıq etiraf edilməyən konkret reallıqdır.
Üçüncüsü, diqqət edin, məruzə müəllifi pərdəarxası Ermənistanı məsum və mümkün təcavüzün potensial qurbanı kimi təqdim etməyə çalışır. Yəni, Azərbaycan hər hansı hərbi əməliyyata başlasa, bu, özlüyündə risk və vəziyyəti sabitlikdən çıxarmaqdır. Əslində isə risk və vəziyyəti sabitlikdən çıxaran Ermənistanın işğalçı siyasətini davam etdirməsi, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda və onun ətrafında olan Azərbaycan rayonlarında yerləşməsidir. Bunun beynəlxalq hüquqda adı təcavüz və işğaldır ki, ona qarşı da atılan istənilən addım risk deyil, mövcud riski aradan qaldırmaqdır. Məsələn, Suriyada, yaxud İraqda beynəlxalq koalisiya adı altında Qərbin minlərlə insanı məhv etməsinin adını necə qoyurlar: terrorla mübarizə! Dünyanı İŞİD-dən xilas etmək! Halbuki onlar beynəlxalq hüququ kobudcasına pozaraq, başqa ölkələrin ərazisində hələ də kimliyi bilinməyən silahlı qruplara qarşı hərbi əməliyyatlar aparırlar və orada milyonlarla insan didərgin düşür, yüz minlərlə insan isə məhv edilir!
Bütün bunlar dura-dura, BBQ və ona bənzər təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etmək cəhdlərini risk adlandırmağa çalışırlar. Budurmu obyektiv, müstəqil analiz? Yaxud proqnoz? Əsla elə deyil, sadəcə, növbəti dəfə təcavüzə haqq qazandırmaq və münaqişənin ədalətli həllini ləngitmək üçün növbəti beyin hücumu ediblər. Üçüncü “proqnoz”dan da bu, aydın hiss edilir.
Orada yazılır ki, “bütün tərəflər gərginlik yarada biləcək hər hansı addımlardan qaçmalıdırlar” (bax: Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018). “Bütün tərəflər” dedikdə, Dağlıq Qarabağdakı separatçılar da tərəf kimi nəzərdə tutulur. Əlavə olaraq, yenə də təcavüzkar Ermənistan “günahsız”dır, Azərbaycan isə vəziyyəti nəzarətdən çıxara biləcək addım ata bilər. Axı, öncəki iki “proqnoz”da qeyri-sabitliyi Azərbaycanın hücumlarının yarada biləcəyi sətiraltı olaraq vurğulanıb, Ermənistanın işğalçılığı haqqında bir söz belə deyilməyib!
Belə çıxır ki, yenə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən narahat olanlar vardır. Onlar hər nə olsa da, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini istəmir və bunun üçün bütün vasitələrdən yararlanmağa cəhd göstərirlər. Yəni Azərbaycan, əslində, yalnız Ermənistanla mübarizə aparmır, əsas onun arxasında dayanan qüvvələrdir. Beynəlxalq Böhran Qrupunun “proqnoz”ları da məhz həmin qüvvələrin növbəti oyunbazlığıdır.
Newtimes.az

 
  • Oxunub:  2430  |  
  • Tarix:  16-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA