Ana səhifə »  Daxili siyasət »  Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
A+   Yenilə  A-
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib

Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Müasir istehsal sahələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır, tələbat əsasən daxili imkanlar hesabına ödənilir. Bu gün istifadəyə verilən plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi də özəl sektorun inkişafına göstərilən qayğı nəticəsində yaradılıb. Müəssisənin yaradılmasına 27 milyon manat vəsait sərf olunub ki, onun 5 milyon manatı Sahibkarlığa Kömək Fondunun, 22 milyon manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib. Vüqar Abbasov sahibkarlığın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı sahibkarlığın inkişafından asılı olacaqdır”, - fikrini xatırladaraq deyib: “Azərbaycanda sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Ölkə Prezidenti tərəfindən bu sahənin inkişafı ilə bağlı qanun, sərəncam və digər normativ hüquqi aktlar qəbul olunmuşdur. Dövlət tərəfindən kreditlərin verilməsi isə sahibkarlığın inkişafı üçün daha geniş imkanlar açmışdır. Yaradılan şəraitin nəticəsidir ki, artıq ölkəmizdə sahibkarlar sinfi formalaşıb. Bu gün yeni sənaye müəssisəsinin istifadəyə verilməsi də sahibkarlığa göstərilən qayğının daha bir ifadəsidir”.
Ali Məclisin Sədri deyib: “Şirkət ilk fəaliyyətə başladığı dövrdə uğur qazana bilməsəydi, bu gün yeni istehsal sahələrini yaratmaq da mümkün olmayacaqdı. Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şərait imkan verdi ki, şirkət fəaliyyətini daha da genişləndirsin. Yeni sənaye müəssisəsi yaradılarkən həm Sahibkarlığa Kömək Fondundan ayrılan kreditdən, həm də sahibkarın öz vəsaitindən istifadə olunmuşdur”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə etdiyinə və yeni sənaye müəssisəsinin fəaliyyətə başlamasına görə sahibkara və kollektivə təşəkkür edərək deyib: “Sahibkarlıq sinfi o yerdə formalaşır ki, orada sahibkarlığın inkişafına dövlət qayğısı göstərilir, bu sahə ilə bağlı müvafiq qanunlar qəbul və icra olunur, eyni zamanda, istehsal olunan məhsulların bazarı vardır. Yeni müəssisə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün yaradılan şəraitdən bəhrələnilərək qurulmuşdur. Müəssisənin istehsal etdiyi məhsulların daxili bazarda satışı üçün hərtərəfli şərait var. Bu gün tələbatın yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin açılması qarşıda duran əsas vəzifələrdəndir. Müəssisənin istehsal gücü ayda 1500 tondur. İstehsal olunan məhsullara olan daxili tələbat isə ayda 250 tondur. Tələbatdan artıq istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunacaq və ölkəmizin digər bölgələrində satışı həyata keçiriləcəkdir. Bu da muxtar respublikamızın ixrac potensialının daha da artmasına və idxaldan asılılığın azalmasına imkan verəcəkdir. Eyni zamanda, müəssisədə ilkin mərhələdə 300-ə yaxın yeni iş yerinin açılması və gələcəkdə işçi sayının artması ailələrə dəstəkdir. Bu gün Naxçıvan Muxtar Respublikasında işsizlik problemi yoxdur. Yeni iş yerlərinin açılması hər ailədə bir neçə nəfərin işlə təmin olunmasına imkan verir. Bu da ailələrin yaşayış səviyyəsinin yaxşılaşmasına şərait yaradır”.
Ali Məclisin Sədri deyib: “Daxili bazarda satılan yerli məhsullar keyfiyyətli və rəqabətqabiliyyətli olmalıdır. Vətəndaşları keyfiyyətsiz məhsul almağa məcbur etmək olmaz. Əgər daxili bazara keyfiyyətli yerli məhsullar çıxarılmasa, o zaman insanlar xarici bazarlara üz tutacaqlar. Ona görə də keyfiyyət amilinə ciddi diqqət yetirmək lazımdır. Dövlət sahibkara qayğı göstərirsə, sahibkar da bundan istifadə edərək səmərəli fəaliyyət göstərməli, öz işçilərinin qayğısına qalmalı, onların sosial problemləri ilə məşğul olmalıdır. İşin bu cür qurulması son nəticədə keyfiyyətli məhsul istehsalına imkan verir. Muxtar respublikanın aid təşkilatları bundan sonra da sahibkarlıq müəssisələrinin fəaliyyəti üçün lazımi şərait yaratmalı, daxili bazar qorunmalı, keyfiyyətli məhsul istehsalı diqqətdə saxlanmalıdır”.
Ali Məclisin Sədri müəssisədə keyfiyyətli məhsul istehsal olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb və istehsal prosesi ilə tanış olub.
Məlumat verilib ki, 14 min kvadratmetr sahəsi olan müəssisə istehsal sahəsindən, idarəetmə və iş otaqlarından, laboratoriya, hazır məhsul və xammal anbarlarından ibarətdir. İstehsal sahəsində tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib.
Laboratoriyada məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. Quraşdırılan müasir avadanlıqlar məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığına, o cümlədən xammalın tərkibinin yoxlanmasına imkan verir. Müəssisənin Bakı şəhərində və rayonlarda satış mərkəzləri yaradılıb. Həmçinin məhsullar xarici ölkələrə ixrac olunacaq, gələcəkdə ixracyönümlü məhsulların sayını artırmaqla yeni bazarlara çıxış imkanları yaradılacaqdır.
Müəssisənin ərazisində təhlükəsizlik kameraları quraşdırılıb, işçilər nahar yeməyi, xüsusi geyim forması və nəqliyyat xidməti ilə təmin olunublar.

 
  • Oxunub:  18690  |  
  • Tarix:  15-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA