Ana səhifə »  Daxili siyasət »  Baş nazirin müavini Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb
A+   Yenilə  A-
Baş nazirin müavini Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Quzanlı qəsəbəsində Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Görüşdə çıxış edən Əli Həsənov Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına dair konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqları və müəyyənləşdirilən prioritet istiqamətləri diqqətə çatdırıb.
Baş nazirin müavini bildirib ki, ötən il dünyada həm iqtisadi, həm də siyasi baxımdan böhranlı il kimi yadda qalıb. Dünyada mövcud münaqişələrin həllində heç bir irəliləyiş olmayıb, əksinə, yeni münaqişə ocaqları yaranıb, qaçqın və miqrantların sayı artıb.
Ə.Həsənov qeyd edib ki, dünyada iqtisadi böhran 2008-ci ildən başlasa da, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda bu böhran hiss edilmədi. Yalnız neftin qiymətinin 4 dəfə ucuzlaşmasından sonra manatın məzənnəsi aşağı düşdü.
Bütün bunlara baxmayaraq, ötən il Azərbaycan iqtisadiyyatı inkişaf edib, sosial proqramlar icra olunub. Ümumdaxili məhsul 1,1 faiz, sənaye 2,4 faiz, kənd təsərrüfatı 6,6 faiz, qeyri-neft sektoru 8,4 faiz artıb. Ötən il 60 tibb obyekti və 20 məktəb tikilib, məcburi köçkünlər üçün 5 yeni qəsəbə salınıb, 100 min yeni iş yeri açılıb.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməsinin dinamik sosial-iqtisadi inkişafa yol açdığını vurğulayan komitə sədri məlumat verib ki, son 12 ildə ölkəmizdə 25 elektrik stansiyası tikilib, şəhərlərin 90 faizi, rayonların isə 80 faizi təbii qazla təmin olunub. Həmin müddətdə 10 min kilometrdən çox magistral yollar çəkilib, içməli su layihələri həyata keçirilib, Şəmkirçay, Taxtakörpü su anbarları inşa edilib, Ceyranbatan gölündə sutəmizləyici qurğular tikilib. Regionlarda 41 olimpiya kompleksi, 3 min məktəb, 600 xəstəxana inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə Prezident İlham Əliyevin diqqət və qayğısından danışan Əli Həsənov bildirib ki, bu kateqoriyadan olan insanlar üçün respublikanın şəhər və rayonlarında bütün sosial-texniki infrastruktura malik 94, o cümlədən son 12 ildə 89 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 250 min məcburi köçkün yeni evlərə köçürülüb.
Manatın devalvasiyasından sonrakı vəziyyətə toxunan komitə sədri qeyd edib ki, bundan istifadə etməyə çalışan bəzi işbazlar ölkədə süni qiymət artımı yaratmağa cəhd göstərdilər. Lakin bu halların qarşısı dərhal alındı. Görülən tədbirlər sayəsində unun və çörəyin qiyməti ucuzlaşdı. Dövlətimizin başçısının sərəncamları ilə maaşlar, pensiyalar və sosial müavinətlər artırıldı. Ölkədə əsaslı struktur islahatlarına başlanıldı.
Əli Həsənov qeyd edib ki, dövlətimizin başçısı məmurlara xəbərdarlıq edib, onlara ciddi tapşırıqlar verib. Belə ki, dövlət məmurları xalqın xidmətçisi olmalı, vətəndaşlara qayğıkeş münasibət bəsləməli, onların problemlərinin qanun çərçivəsində həllinə kömək etməlidirlər.
Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu ən mühüm məsələlərdən biri də sahibkarlığın inkişafıdır. İş adamlarına lazımi şərait yaradılmalı, onlara kömək göstərilməli, bütün maneələr aradan qaldırılmalıdır. Digər ümdə vəzifə ərzaq təhlükəsizliyinin təmin edilməsi, istər kənd təsərrüfatı, istərsə də sənaye məhsullarının rəqabətqabiliyyətli olmasıdır. Eyni zamanda, ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət ayrılmalı, idxaldan asılılıq azaldılmalı, inhisarçılığın qarşısı alınmalıdır. İstifadəsiz torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməlidir.
Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısının verdiyi bütün tapşırıqlar insan amilinə yönəldilib. Dövlət xalq üçün çalışır. Atılan bütün addımlar əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir. Ona görə də xalqla Prezident arasında monolit birlik var.
Komitə sədri deyib ki, ölkəmizdə yalnız bir məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Münaqişənin uzanmasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini vurğulayan Əli Həsənov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün iqtisadiyyat və ordu daha da gücləndirilməlidir.
Daha sonra Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək, dünyadakı iqtisadi-siyasi böhrandan, bu proseslərin Azərbaycana təsirindən danışıb. Bildirib ki, qlobal böhranın təsirlərini azaltmaq üçün Azərbaycanda lazımi tədbirlər görülür. Xalq dövlətə, Prezidentə inanır, görülən tədbirləri dəstəkləyir.
Görüşdə çıxış edən Ağdam rayonundan məcburi köçkün Əvəz Mikayılov, Laçın rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arif Feyzullayev, Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev və Xocavənd rayonundan məcburi köçkün Oqtay Göyüşov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, eyni zamanda, bəzi mövcud problemlərdən söz açıblar. Ağdam rayonunun Ayaq Qərvənd kəndinə gedən yolun asfaltlanması, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər üçün evlərin inşası, Goranboy rayonunda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin suvarma suyuna olan tələbatının ödənilməsi, Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərə pay torpaqlarının verilməsi ilə bağlı müraciətlər edilib.
Baş nazirin müavini Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarından olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.

 
  • Oxunub:  25260  |  
  • Tarix:  09-02-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir

17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq
13:24
18 İyul
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcək
12:31
18 İyul
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
11:51
18 İyul
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11:48
18 İyul
Azərbaycan-İtaliya sənədləri imzalanıb
11:46
18 İyul
Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb
11:30
18 İyul
Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir
11:24
18 İyul
Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb
11:17
18 İyul
Ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə təlim keçirilir
11:11
18 İyul
İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub
11:10
18 İyul
Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib
11:07
18 İyul
Tbilisidə Cənubi Qafqaz regionunda medianın inkişafına həsr olunan beynəlxalq konfrans keçirilir
11:05
18 İyul
UEFA Çempionlar Liqası: “Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək
11:04
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü
10:11
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
10:10
18 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:53
18 İyul
İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub
18:19
17 İyul
Pakistanlı iş adamları Azərbaycanla fəal əməkdaşlığa dəvət ediliblər
18:17
17 İyul
Aynur Camalqızı: Hər bir ölkə vətəndaşı, o cümlədən media nümayəndələri bu cür təxribatları yaymağa cəhd göstərənlərə qarşı sərt mövqe sərgiləməlidir
18:01
17 İyul
Allahşükür Paşazadə: Gəncə hadisələrinin İslamla heç bir əlaqəsi yoxdur
18:00
17 İyul
Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır
17:56
17 İyul
Rauf Zeyni: Terror və təxribat vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır
17:50
17 İyul
Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçiriləcək
17:25
17 İyul
MM-in deputatı: Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır
17:20
17 İyul
Elman Nəsirov: Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır
17:16
17 İyul
Məcburi köçkünlərlə növbəti görüş olub
17:10
17 İyul
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17:00
17 İyul
Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb
16:56
17 İyul
Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
16:54
17 İyul
Bilik Fondu tibbi maarifləndirmə istiqamətində tədbirləri davam etdirir
16:50
17 İyul
MM-in deputatı: Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir
16:26
17 İyul
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16:22
17 İyul
The Boston Consulting Group Bakı şəhərinin Baş Planının hazırlanması prosesində iştirak edəcək
16:15
17 İyul
Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar
16:13
17 İyul
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:42
17 İyul
Hikmət Babaoğlu: “Prezident milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
15:19
17 İyul
Beynəlxalq donor təşkilatları ilə görüşdə yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb
15:02
17 İyul
Barselonada Avropa Azərbaycanlılar Konqresi İdarə Heyətinin iclası keçirilib
14:51
17 İyul
Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib
14:46
17 İyul
Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu
14:26
17 İyul
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb
14:15
17 İyul
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
14:09
17 İyul
Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir
14:08
17 İyul
Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,2 milyard manat ayırıb
14:03
17 İyul
Türkiyədə azərbaycanlı tələbələrin birliyi yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA