Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Yasamal birinci seçki dairəsi Dairə Seçki Komissiyasında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir

Yasamal birinci seçki dairəsi Dairə Seçki Komissiyasında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir

26.08.2015 [10:06]

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində avqustun 25-də 15 saylı Yasamal birinci seçki dairəsi Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Sərdar Süleymanov 15 saylı Yasamal birinci seçki dairəsi Dairə Seçki Komissiyasında Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilindən danışıb. Bildirilib ki, 43 min 230 seçicisi olan dairə seçki komissiyasının ərazisində 31 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən 10-da veb-kamera quraşdırılıb. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılır. Qeyd edilib ki, Dairə Seçki Komissiyası səsvermə prosesinin əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.
Kursun ikinci günündə “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzularında məruzələr dinlənilib. İxtisaslaşdırılmış kurslarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən ətraflı danışılıb.
Avqustun 26-da başa çatacaq kurslar 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələri dairə seçki komissiyalarında da keçirilir.

 
Paylaş:
Baxılıb: 1555 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30