Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Naxçıvanın muxtariyyəti nadir beynəlxalq model kimi hüquqi, siyasi və tarixi baxımdan bir fenomendir

Naxçıvanın muxtariyyəti nadir beynəlxalq model kimi hüquqi, siyasi və tarixi baxımdan bir fenomendir

07.02.2015 [11:15]

Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarix boyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, qədim dövrlərdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar.
Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni yenə müasir dövrün reallıqları prizmasında qiymətləndirərək böyük həqiqəti bir daha ifadə edirlər: Naxçıvan bu gün də Şərqin qapısıdır və onun muxtariyyət qazanması regional əhəmiyyət kəsb edən siyasi hadisə olmaqla yanaşı, mühüm strateji əhəmiyyətə malik olan bölgənin Azərbaycanın tərkibində qalmasına şərait yaradıb. Yəni muxtariyyət həm də ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması baxımından vacib amil kimi diqqəti cəlb edir.
Buna görə də istər tarixçilər, istərsə də siyasətçilər Naxçıvanın muxtariyyət qazanmasını mühüm tarixi-siyasi hadisə kimi qiymətləndirirlər.
Fevralın 9-da həmin tarixi-siyasi hadisənin - qədim diyarın muxtariyyət qazanmasının 91-ci ildönümü tamam olur.
Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamında muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola yüksək qiymət verərək Naxçıvanın daim milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirməsini, muxtariyyətin Azərbaycanın beynəlxalq münasibətlərindəki yerini xüsusi vurğulaması dediklərimizi bir daha təsdiq edir.
Bu gün bir çox Avropa siyasətçiləri Naxçıvanın muxtariyyətini nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Bu, təbiidir. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun qeyd etdiyi kimi, Avropanın analoji qurumlarından yalnız Gürcüstanın Acarıstan Muxtar Respublikası və Finlandiyaya məxsus Aland adaları beynəlxalq müqavilə ilə yaradılsa da, Naxçıvan Muxtar Respublikasının statusu, buradakı muxtariyyətin siyasi səlahiyyətləri yuxarıda qeyd olunan hər iki muxtar qurumdan fərqlidir.
Naxçıvanla eyni beynəlxalq müqavilə ilə muxtar qurum formasında təşkil olunan Acarıstanın siyasi səlahiyyətləri məhduddur və daha çox inzibati-iqtisadi səlahiyyətlərə aiddir. Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası tərəfindən yaradılan Aland adalarındakı muxtariyyət isə dövlət statusuna malik deyil. Hər iki muxtar qurumdan fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi (geri çağırılması) prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir.
Digər tərəfdən, Naxçıvan muxtariyyəti daxili qanunvericilik, sərbəst büdcə siyasəti sahəsində, muxtariyyətin mərkəzi hakimiyyətlə əlaqələr mexanizminin istər siyasi, istərsə də hüquqi cəhətdən müsbət mənada heç yerdə təkrarlanmayan xüsusiyyətlərə malikdir. Unitar dövlət olan Azərbaycanın tərkibində muxtar dövlətin, prezidentlik üsul-idarəsi olan dövlətin tərkibində parlamentar respublikanın mövcud olması da bu xüsusiyyətlərdən biridir.
Ən əsası isə bütün bu xüsusiyyətlər və özünəməxsusluqlar burada mükəmməl siyasi-hüquqi mexanizmlərin təşəkkül tapmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, Naxçıvan muxtariyyətinin bu xüsusiyyətləri Avropanın müxtəlif dövlətlərarası təşkilatları tərəfindən də dəfələrlə qeyd olunub. Naxçıvanın muxtariyyət modeli 2013-cü il oktyabrın 30-da Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd edilib. Sessiyada İtaliyadan olan məruzəçi Bruno Marzianonun “Avropada xüsusi statusa malik region və ərazilər” adlı hesabatında Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu da xüsusi qeyd edilərək belə bir modelin çox faydalı olduğu vurğulanıb. Bu cür dəyərləndirmə 1997-ci ildə Venesiya Komissiyasının Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinə verdiyi rəydə də öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası olduqca mürəkkəb, çətin, eyni zamanda, şərəfli yol keçib. Tarix boyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir məkrli qüvvə naxçıvanlıların iradəsini qıra, bu diyarı Azərbaycandan qopara bilməyib . Bu baxımdan muxtariyyət statusu Naxçıvanın siyasi taleyində də mühüm əhəmiyyət kəsb edib. Ona görə də dahilər yurdunun muxtariyyət qazanmasının ildönümlərinin qeyd olunması həm də Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir.
Ötən il iyulun 4-5-də dahilər yurdunda “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən Beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tarixi həqiqətləri ifadə edərək deyib ki, Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli erməni həmlələrinə məruz qalıb. Ali Məclisin Sədri bildirib ki, 1990-cı ilin iyul ayında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür verdi.
Ali Məclisin Sədri Vasif Talıbov onu da qeyd edib ki, Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 90 il ərzində burada gedən sosial-iqtisadi inkişafdır. Ali Məclisin Sədri deyib: “Bu gün Ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən yeniləşmə və quruculuq xətti muxtar respublikada həyatın bütün sahələrini əhatə etmişdir. Qarşıda dayanan əsas vəzifə blokada vəziyyəti ilə bağlı yaranan çətinliyi aradan qaldırmaq, əhalinin məşğulluğunu təmin etmək, yeni infrastruktur, emal və sənaye sahələri yaratmaq, sosial sahələrin - təhsilin, mədəniyyətin, səhiyyənin və elmin daha da inkişaf etməsinə nail olmaqdır”.
Bu, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin uğurlu siyasi xəttidir. Həmin siyasət Naxçıvan Muxtar Respublikasında böyük şövqlə həyata keçirilir, Vətənə məhəbbətdən güc alan naxçıvanlılar qədim diyarda möcüzələr yaradırlar. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün naxçıvanlılar qədim diyarın iqtisadiyyatını, elm və təhsilini, mədəniyyətini çox böyük uğurla inkişaf etdirirlər. Son illər Naxçıvan Muxtar Respublikasının Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırılması da bu baxımdan təsadüfi deyil.

Paylaş:
Baxılıb: 1332 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30