Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Məlahət İbrahimqızı: Milli dəyərlərimizə, mənəviyyatımıza zidd reklamlara qarşı birgə addım atmalıyıq

Məlahət İbrahimqızı: Milli dəyərlərimizə, mənəviyyatımıza zidd reklamlara qarşı birgə addım atmalıyıq

13.01.2015 [09:45]

“Bəzi reklam lövhələrində milli-mənəvi dəyərlərimizə və əxlaqımıza zidd olan şəkillər yerləşdirilir. “Reklam haqqında” Qanunda bu məsələ ilə bağlı çox önəmli maddələr var”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı söyləyib.
O bildirib ki, reklam haqqında qəbul edilən qanun bu cür özbaşınalığı tənzimləyir: “Əgər cəmiyyətdə qanundan kənar məsələlər mövcuddursa, bu, ictimai qınaq obyektinə çevrilməlidir. Ümumiyyətlə, reklamlar cəmiyyətdə və ictimai mühitdə tərbiyələndirici informasiya ilə yanaşı, həm də maarifləndirici xarakter daşıyırlar. Ona görə də biz milli dəyərlərimizə, mənəviyyatımıza zidd reklamlara qarşı birgə addım atmalıyıq. Bu reklam qanununun pozuntusu kimi qiymətləndirilib müvafiq adekvat addımlar atılmalıdır. Onu da xüsusilə diqqətinizə çatdırım ki, bəzən özəl kanallarımızda spirtli içkilərin reklamına icazə verilir. Hesab edirəm ki, bu da qanundan kənar hərəkətlərdir. Bir sözlə, qanunun icazə vermədiyi haldır ki, bu da bir növ milli-mənəvi dəyərlərimizin pozulmasıdır. Təbii ki, kimsə içmək istəyirsə, biz qadağan etmirik. Ancaq belə şeylərin təbliğ olunması düzgün deyil”.

Paylaş:
Baxılıb: 1257 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30