Paşinyan hökuməti Ermənistana nəzarəti itirir
29.08.2018 [08:59]
Son vaxtlar korrupsionerlərə və dələduzlara vətəndaşlıq, terrorçulara isə siyasi fəaliyyət imkanı verilməsi işğalçı ölkənin daxilində yeni narazılıqlara səbəb olub
Ermənistanda son günlərdə baş verən hadisələr Nikol Paşinyan hökumətinin səriştəsizliyini və işğalçı ölkəyə nəzarəti tamamilə itirdiyini açıq şəkildə nümayiş etdirir. Belə ki, məhz Paşinyan və onun komandasının yarıtmaz fəaliyyətinin nəticəsi olaraq polisi öldürənlər həbsdən azad edilir, bu terrorçular siyasi fəaliyyətə başlamaq barədə bəyanatlar verir, xaricdə adı korrupsiyada hallananlara isə Ermənistanda vətəndaşlıq verilir. Təbii ki, bu anormal hadisələr ölkə daxilində ciddi narazılıqla səbəb olur.
Yayılan məlumatlara görə, son günlər “Sasuna tsrer” silahlı terror qruplaşmasının həbsdəki üzvlərinin əksəriyyətinin azad olunması Ermənistanın daxilində və xaricdə ciddi etirazla qarşılanıb. Xatırladaq ki, adıçəkilən silahlı terror təşkilatı Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərin işğalında iştirak edib. Təbii ki, işğalçı dövlətdə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, “türkə nifrət ruhunda” köklənmiş cəmiyyətə sahib Ermənistanda onların həmin cinayətlərə görə cəzalandırılmasını gözləmək sadəlövhlük olardı. Bu terrorçu dəstənin azad olunmasına sadə ermənilərin etiraz etmələrinin səbəbi isə onların bundan öncəki hakimiyyət dönəmində silahlı basqınla İrəvanda polis bölməsini ələ keçirməyə cəhd etdiklərinə görə həbs olunmalarıdır. Yəni həmin vaxt polis bölməsini ələ keçirən, polisləri girov götürən, onlardan 3-nü öldürən silahlı terrorçuların heç nə baş verməmiş kimi azadlığa çıxması sadə erməniləri qəzəbləndirib.
Məsələnin sensasiyalı tərəfi isə həbsdən çıxan bu azğınlaşmış dəstə üzvlərinin eyniadlı partiya yaratdıqlarını elan etmələridir. Erməni KİV-in məlumatına görə, silahlı dəstənin rəhbərlərindən olan Varujan Avetisyan təkcə siyasi fəaliyyətə başladıqlarını elan etməyib, həmçinin elə N.Paşinyan üçün də “proqram xarakterində” olan gələcək planlarını açıqlayıb. Bu planlardan ən başlıcası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, sərhədlərin qorunması funksiyasının isə Rusiya sərhədçilərindən erməni qüvvələrinə keçməsidir. Beləliklə, Nikol Paşinyanın belə özünə xal toplamaq üçün dilə gətirməyə cəsarət etmədiyi bu cür radikal bəyanatlar səsləndirən faşist ideologiyalı şəxslərə meydan verilməsi indiki baş nazir və komandasının gələcəkdə Ermənistana hansı “inkişaf” vəd etdiklərindən xəbər verir.
Bu günlərdə erməni mediasının gündəmini “işğal edən” digər bir hadisə isə erməni əsilli, özünü milyonçu elan edən, müxtəlif silah kolleksiyalarına sahib olan və kokaini viaqra ilə qarışdırmağı sevən narkotik aludəçisi, çılpaq şəkillərlə sosial şəbəkələrdə ulduza çevrilən Den Bilzeryanın Ermənistana səfər etməsi, qardaşı Adamla birlikdə vətəndaşlıq alması və hərbi qeydiyyata durmasıdır. Yeri gəlmişkən, Rusiyanın “Vesti” telekanalı Den Bilzeryanın əsl kimliyi barədə maraqlı məlumat verib. Məlum olub ki, qumardan qazandığı pulları halal hesab edən bu “milyonçu” vergilərdən yayındığına görə cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxaraq ABŞ-dan Karib adalarına qaçan dələduz Pol Bilzeryanın oğludur. Bir il əvvəl isə onun atası Pol Bilzeryanın da Ermənistan vətəndaşlığı aldığı məlum olub.
Hüquqşünas Vadim Lyalin bir neçə il əvvəl vergidən yayınma və açıq fırıldaqçılıqda şübhəli bilinən P.Bilzeryanın məhz ABŞ-da qanunsuz yolla əldə etdiyi pulları “yumaq” üçün Ermənistanda vətəndaşlıq aldığını iddia edib. Ekspertlər hesab edirlər ki, bu erməni ailəsinin tarixində maliyyə maxinasiyaları, fırıldaqları, demək olar ki, həmişə birinci yerdədir. Onların birdən-birə Ermənistan vətəndaşı olmaq fikrinə düşmələrinin əsl səbəbinin qanunsuz olaraq əldə edilən pulların leqallaşdırılması olması isə, deyəsən, “korrupsiyaya qarşı mübarizə apardığını” elan edən N.Paşinyan hakimiyyətini narahat etmir.
Beləliklə, göründüyü kimi, Nikolun “demokratik Ermənistan”ının iç üzü zaman keçdikcə daha aydın şəkildə dünyaya bəlli olur. Yəni narkomana, korrupsionerə, beynəlxalq miqyaslı dələduza vətəndaşlıq, asayiş keşikçilərini öldürən, girov götürən terrorçulara isə siyasi fəaliyyət imkanının verilməsi Paşinyan hakimiyyətinin hansı “idarəçilik metodlarına” malik olduğuna işarədir. Və mövcud vəziyyət onsuz da işğalçılıq siyasəti nəticəsində cinayətkarlar üçün kifayət qədər münbit zona hesab olunan Ermənistanda yeni təhlükəli hadisələrin baş verməsinə şərait yaradır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

