Robert Koçaryan ətrafında qalmaqal onun gələcəkdə baş nazir olmaq şansını artırır
10.08.2018 [08:43]
Ekspertlərin qənaətinə görə, Paşinyan güzəştə getsə, süni parlament böhranı ilə onu hakimiyyətdən kənarlaşdıra bilərlər
Dağlıq Qarabağda separatçıların lideri kimi siyasi meydana atılan cinayətkar Robert Koçaryanın qanunvericiliyə əsasən parlament üzvlərinə verilən səlahiyyətlə zaminliyə götürülməsi üçün Ermənistan Baş Prokurorluğuna ünvanlanan vəsatətin rədd edilməsinə baxmayaraq, Dağlıq Qarabağdakı separatçıların qondarma deputatları da daxil olmaqla müəyyən qüvvələr cinayətkara sahib çıxmaqda davam edirlər.
Qeyd edək ki, R.Koçaryana Dağlıq Qarabağdan dəstək gəlməsi müxtəlif müzakirələrin yaranmasına gətirib çıxarıb. Belə ki, separatçıların başçısı olan Bako Saakyanın yeni baş nazir Nikol Paşinyana sədaqətini nümayiş etdirməsinə baxmayaraq, belə bir addıma imkan verməsi bəzi şübhələrin yaranmasına səbəb olub. Yerli mətbuatın yazdığına görə, bu, əslində, N.Paşinyana arxadan zərbədir. Çünki B.Saakyan elə bir sistem yaradıb ki, onun icazəsi olmadan nəinki hansısa müraciətin ünvanlanması, hətta İrəvana hansısa məktubun yollanması mümkün deyil. Sual olunur ki, bəs N.Paşinyan niyə B.Saakyanın, əslində, ona qarşı çevrilmiş bu addımını cəzasız qoyur? Burada bir çox səbəb axtarmaq olar, amma ən əsası N.Paşinyanın oğlunun Dağlıq Qarabağda olmasıdır. Yəni dolayısı yolla N.Paşinyanın oğlu B.Saakyanın girovuna çevrilib. Hətta onun və müdafiə naziri David Tonoyanın oğlu üçün Xankəndidə ev kirayələndiyi də iddia edilir.
Bununla yanaşı, R.Koçaryanın müdafiəsinin arxasında böyük planların dayandığı barədə də iddialar geniş yayılmaqdadır. Bəzi dairələrdə Ermənistanda gündəmi işğal edən R.Koçaryanın həbsinin mövcud sistemi dağıtmaq üçün yetərli olmadığı qənaəti hakimdir. Belə ki, Koçaryan həbsdə olsa da, illərdir başqa dövlətin işğal edilmiş torpaqlarında, Ermənistanın özündə cinayət, korrupsiya və digər yollarla əldə edilən milyonlar kənardadır. Lazım gələndə həmin milyonlardan sistemin saxlanması naminə istifadə ediləcəyi də mümkündür. Konkret olaraq dünənə qədər bu rejimin hesabına yaşayanları əks-inqilabçı kimi təşviq etmək və təşkilatlandırmaq üçün həmin milyonların xərclənəcəyi iddiaları da var.
Bütün bu hadisələrin fonunda erməni mətbuatı R.Koçaryan həbs olunsa da, kriminal avtoritetlər kimi hansısa dairələrdə müəyyən səbəblərdən nüfuzunun qaldığını yazır. Həmin təhlillərə görə, həbsxanada belə R.Koçaryan “qan və qisas”, “despotizm və terror”un simvolu olmaqda davam edir, habelə indiki və keçmiş vəzifəli şəxslərin davranışlarına təsir etmək imkanına malikdir. Bu vəziyyəti inqilab yolu ilə hakimiyyətə gələnlər üçün ciddi siqnal hesab edən müşahidəçilər eks-prezidentin təsir resurslarının 46 deputatla məhdudlaşmayacağına, hətta bu rəqəmin parlament çoxluğu həddinə yaxınlaşacağına şübhə etmirlər. Əvvəllər qeyd etdiyimiz kimi, nə qədər ki, yenidən parlament seçkiləri keçirilməyib, bu təhlükə mövcud olacaq və gələn ilin yazına qədər növbədənkənar seçkilər keçirmək istəyən Nikol Paşinyan üçün sürpriz - parlament böhranı yaratmaqla R.Koçaryanın baş nazir seçilmək ehtimalı da gündəmə gələ bilər. Yəni heç kim zəmanət verə bilməz ki, gələn ilin yazında 46 yox, 53 deputat R.Koçaryana dəstək çıxmayacaq və N.Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədliyi irəli sürülməyəcək. Çünki Ermənistan cəmiyyətinin inqilabi eyforiya rejimində hələ nə qədər yaşayacağını proqnozlaşdırmaq çətindir. Buna görə də yeni hakimiyyətin mövqeyindən çıxış edən ekspertlər keçmiş işğalçı-cinayətkar rejimin qidalandığı sistemin tam şəkildə aradan qaldırılması və “əks-inqilabçı”ların növbədənkənar seçkiləri pozmaq və parlament böhranı yaratmaq yolu ilə revanşının qarşısının alınması üçün N.Paşinyanı seçkilər barədə ciddi düşünməyə çağırırlar.
Beləliklə, süni parlament böhranı yaradılması ehtimalı barədə siqnalların nəzərə alınması, devrilən rejimin revanş riskinin azaldılması ilə Koçaryanın manevr imkanlarını məhdudlaşdırmaq üçün yeni hökumət parlament seçkilərini mümkün qədər tez keçirməlidir. Əks halda hazırda ikihakimiyyətlilik, hətta üçhakimiyyətlilik mənzərəsi müşahidə edilən Ermənistanda vəziyyətin nəzarətdən kənara çıxması ehtimalları özünü doğrulda bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

