Paşinyanın son addımları Moskvada qəzəblə qarşılanıb
02.08.2018 [08:37]
Rusiyanın nüfuzlu ekspertləri onu ikiüzlülükdə günahlandırırlar
Son günlər işğalçı Ermənistanda yeni baş nazir Nikol Paşinyanın və onun komandasının Rusiyanın maraqlarına zidd addımları Moskvada qəzəblə qarşılanıb. Bu məqamda bildirək ki, işğalçı-terrorçu rejimin sabiq başçısı Robert Koçaryanın həbs olunmasından sonra həmin istintaq üzrə dindirilməyə çağırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi general Yuri Xaçaturova qarşı da Ermənistanın Xüsusi İstintaq Xidməti tərəfindən ittiham irəli sürülüb və həbs olunması barədə vəsatət qaldırılıb. İrəvan Məhkəməsinin həbs qərarından 5 milyon dram məbləğində girov müqabilində xilas olan adıçəkilən generalın həbsi məsələsi Rusiyanın bəzi mətbuat orqanlarında geniş müzakirə olunmaqdadır.
Məsələn, Rusiyanın aparıcı “Vzqlyad” qəzetində yer alan “Niyə Paşinyan Rusiyaya qarşı kəskin bir addım atdı?” başlıqlı yazıda Y.Xaçaturovun həbsinə cəhd Ermənistanın indiki rəhbərliyinin Rusiyaya qarşı ciddi təxribatçı addımı kimi qiymətləndirilir. Yazıda belə bir müqayisə aparılır: “Təsəvvür etmək çətindir ki, NATO-nun üzvü Norveç öz ərazisində NATO baş katibi Yens Stoltenberqi vergidən yayındığına görə saxlayıb. Rusiya ilə bağlı belə bir iddiaya çox oxşar hadisə baş verib: Ermənistan hakimiyyəti rəsmi Moskva üçün ən əhəmiyyətli hərbi və siyasi blok hesab edilən KTMT-nin fəaliyyətdə olan baş katibinə ittiham irəli sürüb”. KTMT-nin Avrasiya regionunda mühüm hərbi alyanslardan biri kimi qiymətləndirildiyi yazıda, eyni zamanda, bu qurumun Rusiya üçün xarici siyasət baxımından həlledici əhəmiyyətə malik olduğu bildirilir. Yazıda həmçinin qurumun və Rusiyanın KTMT-yə üzv ölkələrdə baş verən hadisələrə ciddi şəkildə reaksiya verə biləcəyi də qeyd edilir.
Qəzet bu məsələ ilə bağlı ekspertlərə də müraciət edib. Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov qəzetə açıqlamasında indiki halda Ermənistanda baş verənləri yeni baş nazir N.Paşinyanın anti-Rusiya siyasətinin tərkib hissəsi adlandırıb: “Paşinyanın Rusiya ilə yaxın qonşuluq və əməkdaşlıq siyasətini davam etdirmək istədiyi barədə sözləri səmimi deyil. Görürük ki, dostluq haqqında həvəslə danışır, amma rusiyayönümlü siyasətçiləri təqib edir. KTMT rəsmisinin təqibi - Rusiya rəhbərliyi ilə münasibətlərin yaxşı olmadığının təzahürüdür”. S.Markovun sözlərinə görə, Rusiya nəzərə almalıdır ki, Ermənistanda antirus siyasətçi hakimiyyətə gəlib. Rusiyalı ekspert rəsmi Moskvanın Ermənistanla münasibətlərinə yenidən baxılması təklifi ilə çıxış edib, hətta Paşinyanın nazı ilə çox oynamamağı məsləhət görüb.
MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə “Svobodnaya pressa” (“Azad mətbuat”) nəşrinə müsahibəsində N.Paşinyanın addımlarını onun seçki vədlərinin yerinə yetirilməsi kimi dəyərləndirməklə yanaşı, bu qərarları qanun pozuntusu adlandırıb: “Bu, müəyyən bir presedent yaradır. Çünki Ermənistan Konstitusiyasına görə, keçmiş prezident Robert Koçaryanı həbs etmək mümkün deyil”. V.Yevseyev belə addımlarla N.Paşinyanın hakimiyyəti tam əlinə almağa çalışdığını, lakin bununla daxili siyasi vəziyyəti sarsıtdığını iddia edib. Rusiyalı politoloq KTMT-nin baş katibinin həbsinə cəhdi isə “nonsens” adlandırıb. Ekspert Y.Xaçaturovun həbsinə cəhddən sonra Ermənistanda hadisələrin inkişafının qalmaqallı ssenari üzrə getdiyini iddia edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistanda baş verən son hadisələrə münasibət bildirərkən qəzəbini gizlətməyib. Onun sözlərinə görə, Ermənistanın yeni hökuməti siyasi cəhətdən birləşdirici yanaşmaların təşviqini davam etdirmək yönündə ümidləri doğrultmayıb: “Son günlərdə yaşanan hadisələr müsbət əhval-ruhiyyəni pozur, Ermənistanın yeni rəhbərliyinin sələflərinə qarşı siyasi təqiblərə əl atmayacaqları barədə bəyanatlarına tam şəkildə ziddir”. S.Lavrov həmçinin qeyd edib ki, İrəvanın müttəfiqi kimi, Rusiya həmişə erməni dövlətində sabitliyin olmasında maraqlıdır: “Ona görə də orada baş verənlər, o cümlədən MDB məkanında fəaliyyət göstərən, Ermənistanın da üzv olduğu təşkilatların normal şəkildə vəzifələrini yerinə yetirməsinə təsir edə biləcək hadisələr bizi narahat etməyə bilməz. Son günlərdə biz bir neçə dəfə Ermənistan rəhbərliyinə narahatlığımızı çatdırmışıq. Biz vəziyyətin konstruktiv məcrada davam edəcəyini gözləyirik”.
Göründüyü kimi, N.Paşinyanın Sankt-Peterburq səfəri ərəfəsində rusiyayönümlü bəyanatlar verməsinə baxmayaraq, həm daxildə, həm də xaricdə onun atdığı son addımların birbaşa Rusiyaya qarşı yönəldiyi nəzərdən yayınmır. Buna görə də rusiyalı ekspertlər “siyasətdə piyada” olan N.Paşinyanı açıq şəkildə rəsmi Moskvaya qarşı ikiüzlülükdə, qeyri-səmimilikdə günahlandırırlar. Xarici işlər naziri S.Lavrovun açıqlaması isə son hadisələrin rəsmi Moskvanın kəskin narazılığına səbəb olduğunu əyani olaraq göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

