Paşinyan indi də Rusiyaya yaltaqlanır
27.07.2018 [09:45]
Erməni mətbuatı isə onun Sankt-Peterburqa səfərini məntiqsiz addım kimi qiymətləndirir
Ermənistan baş nazirinin guya Qərbə istiqamət götürməsi, Rusiyanın təsirindən qurtulmağa çalışması barədə son günlər Rusiya və Ermənistan mətbuatında yer alan yazılardan sonra işğalçı dövlət üçün qeyri-müəyyən vəziyyət yaranıb. Hətta Rusiyanın qəzəbinə tuş gələn Ermənistanı, daha doğrusu, yeni hökuməti bu vəziyyətdən çıxarmaq, münasibətləri yumşaltmaq üçün Moskvadakı siyasi dairələrdə və mediada kök salmış erməni əsilli və ermənipərəst şəxslər də hərəkətə keçiblər.
Belə ki, təcili olaraq İrəvana səfər edən və az qala keçmiş prezident S.Sarkisyanı qərbpərəst kimi təqdim edən rusiyalı politoloq K.Gevorkyandan sonra “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktov İrəvana uçaraq Ermənistanın baş naziri Nikol Paşinyandan müsahibə alıb. Erməni aksentində rusca müsahibə verən N. Paşinyan Rusiya ilə münasibətlərdə bir çox məsələlərlə bağlı tamam fərqli fikirlər səsləndirib. Baş redaktorun bəzi sualları N.Paşinyanı çətin vəziyyətdə qoyub. O cümlədən onun guya müharibə təhlükəsinin artdığı barədə fikirləri ilə bağlı sual da cavabsız qalıb. Ermənistandakı Rusiya hərbi bazası məsələsi ilə bağlı əvvəl səsləndirdiyi fikirlərin əksinə olaraq 102 nömrəli hərbi bazanın Ermənistanın təhlükəsizliyinin təminatçısı olduğunu və bunun ölkəsinin milli maraqlarına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədinin Rusiya sərhədçiləri tərəfindən qorunması bundan sonra da davam etdiriləcək. Konstitusiyaya dəyişikliklərdən də bəhs edən N.Paşinyan parlament seçkiləri üçün dəqiq heç bir tarix verməyib: “Oktyabrda, noyabrda və ya dekabrda, hətta gələn ilin may ayına qədər keçirilə bilər”.
Bununla yanaşı, N.Paşinyan bir daha mövqesizliyini sübut edib. Belə ki, bir qədər əvvəl Ermənistan baş nazirinin iyulun 27-də Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının toplantısında iştirak etməyəcəyi barədə açıqlamalar verilmişdi. Rusiya prezidenti V.Putinlə telefon danışığından sonra Ermənistan baş naziri iştirak barədə qərar qəbul edib. Onun bu addımı heç də birmənalı qarşılanmayıb. Erməni saytları yazır ki, onu Sankt-Peterburqa getməyə məcbur edən həmin telefon danışığı olub. Bəzi erməni media qurumları N.Paşinyanın AİB-in iclasında iştirakının heç bir məntiqi izahı olmadığı, “Facebook” səhifəsində gətirdiyi bəhanələrin onun məqsədlərinə uyğunsuzluğu barədə fikirlər yayıb.
N.Paşinyan Sankt-Peterburqa yola düşməyə hazırlaşsa da, daxili vəziyyət heç də stabil deyil. “Hraparak” qəzetinin verdiyi məlumata görə, iyulun 28-də bütün ermənilərin katolikosu II Qareginə qarşı növbəti etiraz aksiyası keçiriləcək. Katolikos II Qareginə qarşı etiraz dalğasının nəzarətdən çıxacağı da istisna olunmur. Çünki budəfəki aksiyanın təşəbbüskarlarına Ermənistan Apostol kilsəsinə qarşı “müharibə elan edən” digər dini qurumların nümayəndələrinin qatılacağı gözlənilir.
Erməni ictimaiyyətinin diqqətlə izlədiyi digər bir məsələ Robert Koçaryanın dindirilməsidir. “Jamanak” (“Zaman”) qəzetinin verdiyi məlumata görə, Robert Koçaryan iyulun 26-da 1 mart hadisələri ilə bağlı istintaqa ifadə verməyə çağırılıb. Maraqlı olan onun bu ifadədə nə dediyi və ifadənin videoyazısının ictimaiyyətə açıqlanacağı deyil. Hazırda erməni vətəndaşları daha çox R.Koçaryanın şahid qismində dindirildikdən sonra şübhəli kimi məsuliyyətə cəlb edilib-edilməyəcəyi məsələsini müzakirə edirlər. Təbii ki, bu halda toxunulmazlığının ləğv olunması məsələsi gündəmə gəlir. Vəkil N.Norikyanın sözlərinə görə, Ermənistanın keçmiş prezidentini toxunulmazlıqdan məhrumetmə proseduru Konstitusiyada və digər hüquqi aktların heç birində müəyyənləşdirilməyib. Bununla yanaşı, vəkil qeyd edib ki, kifayət qədər sübut və fakt olsa, R.Koçaryana qarşı ittiham irəli sürmək mümkün olacaq.
Beləliklə, gündə bir mövqedən çıxış edən N.Paşinyanın son açıqlamalarından bəlli olur ki, Ermənistanda hökm sürən qeyri-müəyyən vəziyyət ilin sonuna qədər davam edə bilər. Bu isə o deməkdir ki, onun daxildə və xaricdə yürütdüyü məntiqsiz və “ziqzaqvari” siyasətin gülünc məqamları ilə hələ çox rastlaşacağıq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

