Rusiya mediasında Ermənistanın baş nazirini biabır etdilər
25.07.2018 [09:33]
Paşinyanın yürütdüyü siyasət öz əleyhinə yönəlir
N.Paşinyanın məlum Brüssel uğursuzluğundan sonra siyasi dairələrdə və mətbuatda yeni baş nazirə qarşı tənqidlər çoxalıb. Çünki son günlər təkcə xarici siyasətdə uğursuzluq yaşanmayıb, daxildəki vəziyyət də o qədər ürəkaçan deyil. Ötən həftə baş verən istefalara bu həftə ərzində yeniləri əlavə olunub. Bununla yanaşı, N.Paşinyanın rayon və vilayət rəhbərlərini dəyişmək prosesi də qalmaqalsız ötüşmür. Yerli əhali isə yeni təyinatlar üçün heç bir təcrübəsi olmayan gənclərin seçilməsinə etiraz edir.
Rusiya mətbuatı da N.Paşinyanın NATO sammitinə qatılması, dünya liderlərinin qabağına qaçması barədə tənqidi yazılarını davam etdirir. Lenta.ru saytında gedən “Bürssel uğursuzluğu” yazısından sonra bu dəfə də gazeta.ru saytının “Xatirə şəkli: niyə Paşinyan Poroşenkonu nümunə götürür” yazısında qeyd olunur ki, Ukrayna prezidenti vaxtilə doğru zamanda doğru yerdə olmaqla Qərbin aparıcı ölkələrinin liderləri ilə təsadüfi görüşməyi, şəkil çəkdirməyi böyük diplomatik uğurlar kimi qələmə verməklə məşhur olmuşdur. Brüsseldə N.Paşinyanın bu təqlid zamanı gülünc vəziyyətlərə düşməsi də vurğulanır. Təqdim olunan görüntü və şəkillərin əslində aldadıcı olduğunu, bütün görüşlərin, daha doğrusu, salamlaşmaların məhz N.Paşinyanın şəxsi təşəbbüsü ilə baş tutduğunu qeyd edən sayt siyasi müşahidəçilərin bunları Ermənistan üçün mühüm məsələlərin həllində rəsmi İrəvanın mövqeyini dünyanın aparıcı dövlətlərinin bölüşdüyü barədə rəy yaratmaq cəhdləri kimi qiymətləndirdiyini yazır.
Yazının ən maraqlı məqamı isə ABŞ prezidenti ilə N.Paşinyanın şəkilçəkdirmə səhnəsidir: “Ermənistanın Baş nazirinin Trampla görüşməsi xüsusilə gülünc idi. Amma N.Paşinyanın diplomatik uğuru kimi qələm verilən bu hadisənin adi salamlaşma olmasını anlamaq üçün xarici siyasət məsələlərində peşəkar mütəxəssis olmağa ehtiyac yoxdur”. Saytın bunu izah etmək üçün apardığı müqayisə isə N.Paşinyan üçün lap biabırçı olub. Belə ki, realiti-şouların aparıcısı olan erməni maneken Kim Kardaşyanın bu yaxınlarda Ağ Evə səfərini xatırladan sayt Donald Trampın ona Brüsseldə N.Paşinyandan qat-qat daha çox diqqət və vaxt ayırdığını yazıb.
Bununla yanaşı, yazıda Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bəyan etsə də, Qərbə doğru istiqamət götürdüyü vurğulanır. Bunun sübutu üçün onun komandasında yer alan Soros Fonduna yaxın və Rusiya əleyhdarı olan kadrlardan bir neçəsinin adı sadalanır. Belə ki, Ermənistanın yeni Seçki Məcəlləsi üzərində aparılan işlərə rəhbər təyin edilən Dariel İohannisyan “Məlumatlı vətəndaşlar birliyi” yaratmışdır və onun saytındakı tərəfdaşları kimi Soros Fondu və Demokratiyaya Dəstək üzrə Avropa Fondu göstərilib. Region idarəetmə və inkişaf naziri təyin olunmuş Suren Papikyan isə öz növbəsində, paytaxt məktəblərindən birində Rusiya bayrağını görəndə qəzəblənməsi ilə tanınır.
N.Paşinyanın Brüssel səfərindən sonra hərbi sahədə Rusiya ilə Ermənistan arasında narazılıqlar baş verib. Belə ki, Ermənistanda yerləşən Rusiyanın 102 nömrəli hərbi bazasının qoşunlarının təlimlərini hakimiyyət böyük qalmaqala çevirib. Rusiya hərbi bazasının rəhbərliyi planlaşdırılmış təlim barədə əlaqədar orqanlara məlumat verildiyini açıqlasa da, N.Paşinyan bunu təxribat kimi qiymətləndirib. Xaricdən idarə olunan bəzi erməni saytları isə dünənə qədər “ermənilərin qarantı” hesab edilən Rusiya bazasını “qeyri-sabitlik amili” kimi qiymətləndirməklə yanaşı, rus qoşunlarının Ermənistandan çıxarılması məsələsini gündəmə gətiriblər.
Bu münasibətlərin kulminasiya nöqtəsi isə bu günlərdə müdafiə naziri David Tonoyanın həmin hadisə ilə bağlı fikirlərini bildirərkən verdiyi bəyanat olub: “Rusiya hərbi bazasının statusu ilə bağlı sənədin bəzi müddəalarına yenidən baxıla bilər”. Bu açıqlama həm Rusiyada, həm də Ermənistanda böyük rezonans doğurub. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri A.Hovannisyan bu açıqlamanı təkzib etməyə çalışsa da, həmin müsahibənin televiziyada yayımlanması bu cəhdi uğursuz edib. Bu açıqlamadan dərhal sonra Rusiya prezidenti ilə N.Paşinyan arasında telefon danışığının olması da məsələnin ciddiliyindən xəbər verir. Erməni əsilli rusiyalı politoloq Karine Gevorkyan da Panik kəndindəki insidentin baş nazir N.Paşinyanın əleyhinə yönələ biləcəyi barədə xəbərdarlıq edib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

