Paşinyan korrupsiya ilə mübarizədə acizliyini etiraf edir
18.07.2018 [09:30]
İşğalçı ölkənin baş nazirinin apardığı uğursuz siyasət onun komandasında çatların yaranmasına səbəb olub
Bir neçə ay öncə Ermənistanda hakimiyyəti ələ keçirən Nikol Paşinyanın rəhbərliyi ilə aparılan kriminal-işğalçı rejimin keçmiş liderlərinin yaxınlarına qarşı “qanunsuz gəlir əldə olunması, korrupsiya və digər cinayətlərə qarşı mübarizə” çərçivəsində həbslər davam edir. Belə ki, Nikol Paşinyanın baş nazir postunu ələ keçirməsindən sonra start verilən proses fonunda keçmiş prezident və baş nazir Serj Sarkisyanın qardaşları, onların övladlarının bəziləri qanunsuz yolla varlanma, korrupsiya və digər cinayətlərdə günahlandırılaraq həbs edilib, bəziləri barədə isə axtarış elan olunub.
Xarici KİV-in məlumatlarına görə, bu günlərdə həbs olunan S.Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyana qarşı ittihamlar isə çoxşaxəlidir. Xatırladaq ki, bundan əvvəl 25 iyunda onu həbs edib, sonra azadlığa buraxmışdılar. Bu dəfə isə ona rəsmi şəkildə ittiham irəli sürülüb. Hələlik 2 ay müddətinə həbs olunan Serjin qardaşı oğluna qarşı bir ucu 2007-ci ilə qədər gedib çıxan bir çox vətəndaşı girov götürmə, pul tələbetmə və digər cinayətlərdə sifarişçi olduğu barədə iddialar var.
Lakin N.Paşinyanın baş nazir olmasından sonra start verilən həbs dalğası daxildə bununla yekunlaşmır. Belə ki, Ermənistan milli təhlükəsizlik xidmətinin son açıqlamalarına görə, bu qurum hərbi xidmətə çağırışla bağlı həkim, hərbi komissarlıq və digər orqanların əməkdaşlarının cəlb olunduğu korrupsiya sxemini aşkarlayıb. Sözügedən açıqlamada qeyd edilir ki, bu korrupsiya dəstəsi saxta diaqnoz qoyulması yolu ilə həqiqi hərbi xidmətdən azad etməklə məşğul olub. Hazırda 40 nəfərin ordudan yayınması ilə bağlı 5 nəfər vəzifəli şəxs həbs olunub.
İşğalçı ölkə ilə bağlı digər maraqlı məqam odur ki, N.Paşinyanın apardığı siyasət “bumeranq effekti” ilə gəlib öz komandasına dəyir. Bu günlərdə öz oğlunu nümayişkaranə şəkildə, özü də adından danışıqlarda iştirak etmək istəmədiyi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın separatçı ermənilərini qorumaq üçün hərbi xidmətə göndərməsi, ardınca müdafiə nazirinin də eyni addımı atması isə N.Paşinyanın komandasında çatların yaranmasına səbəb olub. Belə ki, N.Paşinyanın kadr çatışmazlığı ucbatından və digər səbəblərdən başına yığdığı komandanın əksər üzvləri hərbi xidmətdən yayınan gənclərdir. Erməni mediasının yazdığına görə, bu məsələni təşvişlə, amma sakitcə müzakirə edən komanda üzvlərinin tək təsəllisi baş nazir N.Paşinyanın da heç vaxt hərbi xidmətdə olmamasıdır.
Lakin Ermənistanda baş verən qalmaqallar bununla bitmir. Yayılan məlumatlara görə, bu günlərdə bir qrup erməni baş nazirin yeni müavini Ararat Mirzoyanın mətbuat katibi Karpis Paşoyanın əleyhinə piket keçirib. Bu etiraz aksiyasına səbəb K.Paşoyanın Aprel döyüşlərində öldürülmüş erməni əsgərinin İrəvan Dövlət Universitetinin divarına qraffitlə həkk olunmuş şəklinə münasibət bildirərkən işlətdiyi sözlər olub. K.Paşoyanın 18 yaşında hələ bir çox şeyi dərk etməyən bu uşaqları rahat buraxmağı tövsiyə etməsi narazılıqla qarşılanıb. Bu açıqlamadan sonra ona sosial şəbəkələrdə “xain” damğası ilə hücum edilib, işğalçı ordunun təmsilçiləri tərəfindən hədələr gəlib. Son nəticədə işğalçılıq siyasətinin əsiri olan faşizm ideologiyası ilə qidalananlar qalib gəliblər. Hələ təzəcə vəzifəsini icra etməyə başlayan K.Paşoyan istefa verdiyini açıqlayıb.
Bütün bu hadisələrin fonunda yenə sosial şəbəkələrdə ortaya çıxan N.Paşinyan korrupsiya ilə mübarizədə acizliyini etiraf edib. Onun sözlərinə görə, aparılan bu siyasətə qarşı hüquq-mühafizə orqanlarında bəzi dairələr müqavimət göstərir, hətta təxribatçılıqla məşğul olur.
Yerli mətbuatın yazdığına görə, Sarkisyan rejiminin süqutundan sonra, may ayından indiyə qədər olan dövrdə Ermənistanda kriminal vəziyyət də gərginləşib. Bütün sahələrdə tam xaosun hökm sürdüyü regionlarda insanların qanunsuz silah əldə etməsi, oğurluq halları daha da artıb. Hakimiyyətin ötürülməsi prosesinin getdiyi indiki durumda Ermənistanda bəzi istehsal müəssisələrinin fəaliyyətini dayandırması isə onsuz da iqtisadi tənəzzül dövrünü yaşayan işğalçı ölkənin vəziyyətini daha da ağırlaşdırır.
Bütün bunlarla yanaşı, daxildə qarşıya qoyduğu məqsədə çatmaq üçün mübarizədə acizliyini etiraf edən N.Paşinyanın xarici siyasətdə də uğursuzluğu sübut olunub. Bunu erməni politoloq Areq Qalustyan çox peşəkarcasına xarakterizə edib. Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının real siyasət yürütdüyü bir vaxtda Ermənistanın xarici siyasəti, demək olar ki, yerli-dibli mövcud deyil. Hətta erməni mütəxəssislər N.Paşinyanın özünün də girovuna çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatlarının sərsəmliyinin fərqinə varıblar ki, bu “sirk” oyununun dayandırılmasını tələb edirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

