YAP Nəsimi rayon təşkilatı “Prezidentin ilk 100 günü” adlı tədbir keçirib
17.07.2018 [09:24]
İyulun 16-da Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Prezident İlham Əliyevin dördüncü dəfə Prezident seçilməsinin ilk 100 günlük fəaliyyətinə həsr olunmuş “Prezidentin ilk 100 günü” adlı tədbir keçirib.
Öncə Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasiminə həsr olunan “Yolumuz Heydər Əliyev yoludur” adlı videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi varisi kimi 2003-cü ildən Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevin 4-cü dəfə Prezident seçilməsinin 100 gününün Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 49-cu ildönümü ilə üst-üstə düşməsi bu tarixi hadisələri birgə qeyd etməyə şərait yaratdı. Məlahət İbrahimqızı Azərbaycan xalqının dəstəyi ilə yenidən dövlət başçısı seçilən Prezident İlham Əliyevin son 100 gündə gördüyü işlərdən bəhs edərək bu qısa müddətdə böyük tarixi hadisələrin şahidi olduğumuzu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov Ulu öndərin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən söhbət açıb, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasından, əldə olunan siyasi və iqtisadi müstəqillikdən bəhs edib. Cənab İlham Əliyevin dördüncü dəfə Prezident seçilməsinə toxunan natiq qeyd edib ki, Onun rəhbərliyi ilə görülən işlər, bəlkə də, iki əsr müddətində görülən işlərə bərabərdir. A.Əsgərov Nəsimi rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə təşkil etdiyi tədbirlərə toxunaraq 2016-cı il Aprel döyüşlərinə həsr olunmuş klip hazırlandığını, gənclərin hərbi-vətənpərvərlik ruhunun qorunması sahəsində tədbirlər keçirildiyini vurğulayıb.
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Azərbaycanda hərbi quruculuq və əldə edilmiş nailiyyətlərin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. R.Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordunun Onun siyasi varisi Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Cənubi Qafqazın ən güclü ordusuna çevrildiyini qeyd edib.
Təhsil nazirinin müavini, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü Məhəbbət Vəliyeva isə çıxışında dövlətin təhsil sahəsinə diqqət və qayğısından bəhs edərək son illərdə 300-dən çox məktəbin əsaslı təmir olunmasından, 142 min müəllimin əməkhaqqının artırılmasından danışıb, son illərdə qəbul imtahanlarından sonra 1350 abituriyentin müəllimlik ixtisasını seçməsində bu amilin rolu olduğunu da vurğulayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına daim qayğı göstərdiyini qeyd edən M.Vəliyeva hər il 15 sentyabrda onların məktəblərin açılışında iştirak etmələrini xatırladıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, professor Mustafa Babanlı Prezident İlham Əliyevin 4-cü dəfə dövlət başçısı seçilməsindən sonra bir neçə regional və beynəlxalq əhəmiyyətli hadisələrin baş verdiyini qeyd edib. O, bu sırada bu ilin iyun ayında Türkiyənin Əskişəhər vilayəti ərazisində TANAP layihəsinin açılışı ilə bağlı tədbiri xüsusi qeyd edib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

