Nikol Paşinyanın absurd bəyanatları heç bir məntiqə və mövcud reallıqlara uyğun deyil
13.06.2018 [09:12]
Ermənistanın baş naziri Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi formata və status-kvonun saxlanmasının yolverilməzliyi barədə həmsədrlərin mövqeyinə hörmətsizlik nümayiş etdirir
Ötən həftə Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra verdiyi sərsəm bəyanatlar bu şəxsin nəinki beynəlxalq siyasətdə naşı olduğunu, hətta daxili auditoriyaya da düzgün hesablanmış siyasi xəttə malik olmadığını göstərdi.
Belə ki, bu şəxsin son 1 ayda verdiyi bəyanatları həm məntiq, həm də arqument baxımından bir-birini təkzib edir. Son bəyanatı da bu qəbildəndir: “Mənim hüquqi və mənəvi baxımdan Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqım yoxdur”. Səbəb odur ki, onun baş nazir seçilməsində Dağlıq Qarabağ erməniləri iştirak etməyiblər. Guya o, ümumxalq səsverməsi ilə baş nazir seçilib? Fakt odur ki, bu diletant siyasətçi narazı kütlənin təzyiqi ilə ikinci cəhddən sonra parlamentdəki azlığın və keçmiş iqtidarın bir neçə deputatının ona səs verməsi ilə müvəqqəti olaraq baş nazir postuna yiyələnib. N.Paşinyan bu həqiqətləri yada salmadan sərsəm açıqlamasını izah etmək üçün özünün də inanmağa çətinlik çəkdiyi bir neçə səbəb sadalayır. Açıqlamanın sonunda isə Azərbaycanı hədələyir. Əgər Ermənistanın baş naziri kimi özünü kənara çəkirsənsə, Dağlıq Qarabağda işğal faktının aradan qaldırılması üçün Azərbaycanın hər hansı həmləsinə cavabı niyə sən verirsən?
Digər bir məqam, dünənə qədər sosial şəbəkələrdə öz oğlunu reklam edib, Dağlıq Qarabağa əsgər göndərəcəyi barədə videogörüntü yayan bir şəxs indi Dağlıq Qarabağın ona dəxli olmadığını bəyan edirsə, deməli, bu adamın savadından şübhə etməyə ciddi əsaslar var. Ermənistanda hamıya məlumdur ki, Dağlıq Qarabağda yerləşən əsas hərbi hissələr birbaşa Ermənistan Müdafiə Nazirliyinə tabedir, orada Ermənistan vətəndaşları hərbi xidmət keçirlər. Dağlıq Qarabağda yaşayan ermənilər birbaşa Ermənistandan təyin olunan büdcə ilə təchiz olunurlar. Dağlıq Qarabağda məskunlaşdırılmış ermənilər, sadəcə, işğalçı rejimin girovuna çevriliblər. Bu halda, Azərbaycan həm işğal altındakı torpaqlarının, həm də girovluqda qalan vətəndaşlarının azad edilməsi üçün yalnız Ermənistanla danışıqlar apara bilər. Bütün bu reallıqlar göstərir ki, Nikol Paşinyanın absurd bəyanatları heç bir məntiqə və mövcud reallıqlara uyğun deyil.
N.Paşinyanın bəyanatlarından Dağlıq Qarabağda təyin olunan və Ermənistan silahlı qüvvələrinin yedəyində fəaliyyət göstərən hansısa şəxsləri danışıqlar masasına tərəf kimi oturtmaq cəhdləri, daha doğrusu, arzusu sezilir. Onun bu formatda danışıqların səmərəli olmadığı barədə bəyanatlarına gəlincə, son 20 ildir aparılan danışıqlar prosesi məhz erməni tərəfinin pozuculuq fəaliyyəti nəticəsində elə bir həlledici mərhələyə çatmadı ki, sonrakı prosesə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları da qoşulsun. Digər tərəfdən, elə 20 ildir ki, Dağlıq Qarabağdakı işğala və separatçı rejimə rəhbərlik edənlər Ermənistanda hakimiyyətdə olublar və təbii olaraq danışıqlarda iştirak ediblər. Bu fakt da N.Paşinyanın münaqişənin sülh yolu ilə həll olunmamasına səbəb kimi göstərdiyi arqumentin puçluğunu göstərir.
Bu sərsəm bəyanatlarla guya daxili və xarici auditoriyaya yenilik gətirdiyini zənn edən “küçə siyasətçisi” ən azı onu anlamır ki, məhz Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi və ətraf 7 rayonu işğal altında olan Azərbaycanın güzəşt yeri yoxdur, mövqeyi isə birmənalıdır: Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır.
Ermənistanın yeni rəhbərliyinin indiyə qədər aparılan danışıqlarda konkret hansı məsələlərin müzakirə obyekti olması, kimin daha konstruktiv mövqe sərgiləməsi, hansı tərəfin isə qeyri-konstruktiv davranmasından xəbəri yoxdur. Buna görə də Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi formata və status-kvonun saxlanmasının yolverilməzliyi barədə həmsədrlərin mövqeyinə hörmətsizlik nümayiş etdirir.
Amma onun “küçə siyasətçisi” ərköyünlüyündən doğan bəyanatları nə Dağlıq Qarabağ ermənilərini, nə də gələcəkdə hakimiyyətini qorumaq yönündə hər hansı səmərə vəd etmir. Əksinə, hələ də Dağlıq Qarabağda və Ermənistanda öz hərbi və psixoloji təsirini qoruyan 2016-cı il aprel döyüşlərinin nəticələri, bütün regional və beynəlxalq layihələrdən kənarda qalan Ermənistana nisbətən Azərbaycanın hərbi, siyasi və diplomatik üstünlüyü işğalçı ölkəni çıxılmaz vəziyyətə salıb. İnqilab dalğası üzərində hakimiyyətə gələn, həmin eyforiyanın ab-havasından hələ qurtulmaq iqtidarında olmayan və idarəçilikdə təcrübəsiz N.Paşinyanın daxildə illərdir yığılıb qalan problemləri qismən həll edəcəyinə belə inanmaq çətindir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

