Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sağlam bədəndə, sağlam ruh...

Sağlam bədəndə, sağlam ruh...

07.04.2024 [11:27]

7 aprel-Dünya Sağlamlıq Günüdür

Sağlam olmaq üçün nə etməliyik?

Günümüzdə sağlam həyat tərzi sürmək bir az çətinləşib. Bunun da müxtəlif səbəbləri var. Məsələn, sürətli həyat tempi, ekologiyasının pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Bu baxımdan sağlamlığımızın qeydinə qalmaq olduqca vacib şərtlərdən biridir. İnsanların bir qismi bu şərtlərə əməl edə bilməsə də, digər qism sağlam həyat tərzi sürür. Təbii ki, bunun üçün ilk və əsas qayda düzgün qidalanmadır. Çünki vitamin, mikroelement və həyat enerjisini qidalardan alırıq.

Yeməkdən yarım saat əvvəl...

Mütəxəssislər də kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir verməyi məsləhət görürlər. Hər bir qidanın isə normadan artıq qəbul edilməsi xoşagəlməz hallara səbəb ola bilər. Bundan başqa, gün ərzində 2-3 litr maye qəbul edilməlidir. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır, yemək əsnasında və qidalanmadan dərhal sonra su içilməməlidir.

Sutka ərzində 10-12 saat yatırsınızsa...

Sağlam olmaq üçün ən azı 4-6 saat dərin yuxunun vacibliyi xüsusilə vurğulayırlar. Mütəxəssislərin qənaətinə görə, sağlam insan üçün 4-6 saat yuxu yetərlidir. Əgər insan sutka ərzində 10-12 saat yatırsa, yaxud səhər tezdən oyananda özünü tam gümrah hiss etmirsə bu artıq sağlamlıqda olan ciddi problemlərə işarədir. Normal, sağlam, dərin yuxu sağlam olmağın əlamətidir.

Bu saatda idman etməyin...

İnsan orqanizmi  saat 06:00-da oyanır. Amin turşuları, hormonlar və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır, lakin şəkər və alkoqoldan uzaq durmaq lazımdır. Ürəyimizin fəaliyyəti isə saat 07:00-da güclənməyə başlayır. Həkimlər bu saatda idman etməməyi və ürəyin yüklənməsinə səbəb olacaq hər hansı fiziki hərəkətə yol verməməyi məsləhət görür.

Yeri gəlmişkən, bu gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətə başlaması ilə əlaqədardır. Belə ki, 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Məhz bu gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Məsələn, ÜST-nın Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradılır. Eyni zamanda, ÜST-nın prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən mövzular müzakirə edilir.

Hər il 13 milyon nəfər...

ÜST-nın hesablamalarına əsasən, qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.

Ümumdünya Sağlamlıq Gününün məqsədləri sırasına bir sıra məsələlər daxildir: Sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği. Bundan başqa, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret çəkməyin, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma da vacib nüanslardan biridir.

Yaşadığımız dövrün ən böyük problemlərindən biri sağlamlığın vacib ünsürlərinə lazımi diqqət yetirməməkdir. Bu baxımdan insan sağlamlığının müdafiəsini əsas hədəfə çevirən mübariz insanlara ehtiyac var. Sağlamlığa gedən yol isə sağlam həyat tərzi və düzgün qidalanmadan keçir. Gəlin, Ümumdünya Sağlamlıq Günündə sağlam və bərabər dünya üçün birlikdə çalışmaq öhdəliyini üzərimizə götürək. Daim sağlam və gümrah olmağınız diləyi ilə!

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 241 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31