Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tətildən sonra iş rejiminə niyə adaptasiya ola bilmirik?

Tətildən sonra iş rejiminə niyə adaptasiya ola bilmirik?

02.04.2024 [12:33]

Havar Şəfiyeva

Bir neçə günlük tətillər zamanı işə yenidən adaptasiya olmaq bir çox insanlara çətin gəlir. Mütəxəssislər bunun səbəbini bəzən gündəlik öyrəşdiyi həyat rejimi ilə, bəzən isə psixoloji amillərlə əlaqələndirirlər.

Mütəxəssislər aparılan araşdırmalara istinadən bildirirlər ki, bir həftədən çox olan tətillərdən sonra işə adaptasiya olmaq 3 gün davam edir. İki həftəlik tətil üçün həmin proses 4 gün çəkir. Mütəxəssislərin fikrincə, hər 10 nəfərdən 6-sı tətildən sonra işə çıxmaqda çətinlik çəkir. Hər 10 nəfərdən 4-ü isə işdən evə qayıdan zaman çox narahat olur. Tətil və ya məzuniyyətdən sonrakı həmin gərginliyi hamıya aid etmək olmaz. Psixoloji gərginlik bir keçid dövründən digər keçid dövrüdür və fərdi xarakter daşıyır. Bəzən insanlar ilboyu dincələ bilirlər. Bəziləri üçün üç ay yayda dincəlmək yenidən iş həyatına qayıtmağa mane olmur.

Mütəxəssislərin dediyinə görə, işə döndükdən sonra ilk günlərdə bütün işləri qısa zamanda həll etməyə çalışmaq düzgün deyil. İşə yeni başlanılan həftələr ərzində daha az iş yükü ilə çalışmaq lazımdır. Əks halda tətil zamanı əldə olunan enerji və müsbət emosiyalar ən qısa zamanda yox ola bilər.

Bir neçə günlük tətillər zamanı və yaxud gündəlik iş saatında arada dincəlmək mümkün olduğu halda işə adaptasiya daha asanlıqla baş verə bilər. Məsələn, yuxudan əvvəl idman edəndə, yaxud oxu saatı, dostlarla keçirilən vaxt olursa və bunlar gündəlik istirahətə aid olursa, onda tükənmişlik sindromu yaşanmır. Belə olanda tətildən sonra işə qayıtdıqda adaptasiya asanlıqla baş verir, ilkin iş planlarını əvvəlcədən qurmaq olur və heç bir psixoloji təsir göstərmir.

Psixoloq Aytən Ələkbərova "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, kiçik yaşlı uşaqların belə baxçaya adaptasiyası bir neçə gün vaxt aparır: "Bu, rejim pozulmasından əlavə həm də  psixoloji xüsusiyyətlərə görə baş verir. Tətil günlərində insanlar gündəlik planlarına uyğun olaraq daha çox istirahət edirlər. Bayram günlərindən sonra iş rejimi başlayanda çətinliklə üzləşməsinlər deyə daha çox diqqətli olmalıdırlar".

Təbii ki, tətil və ya məzuniyyətdən sonra yaranan  gərginliyi hamıya aid etmək olmaz. Psixoloji gərginlik bir keçid dövründən digər keçid dövrüdür və fərdi xarakter daşıyır.

Psixoloq bildirir ki, hazırda yaz mövsümi olduğuna görə bəzən fəsil dəyişkənliyi də  insanların  emosiyalarında gərginlik yaradır: "Qeyd edim ki, bu günlərdə  özümüzün də iş rejimimiz  gərgin olur. Hər bir şey insanın düşüncəsindən asılıdır. İnsan öz iş rejiminə uyğunlaşıbsa  baş verən müvəqqəti  hallardan da çıxış yolunu tapır. Lakin hər kəs öz psixi xüsusiyyətlərinə uyğun olaraq addımlamalıdır".

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31