Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistanda cinayətlərin sayı artıb

Ermənistanda cinayətlərin sayı artıb

01.04.2024 [14:26]

Ermənistanda il ərzində törədilən cinayətlərin sayında 8 faizlik artım qeydə alınıb.

"news.am"-ın xəbərinə görə, bu barədə hesabatı ölkənin Baş Prokurorluğu açıqlayıb.

Bildirilib ki, təkcə 2023-cü il ərzində 40666 cinayət törədilib ki, bu da əvvəlki dövrlə müqayisədə 3054 fakt daha çoxdur.

Məlumata əsasən, törədilən cinayət faktlarının 80,9 faizi az ağır, 49,3 faizi orta ağır hesab olunan qanun pozuntuları ilə əlaqədardır.

Sənəddə göstərilir ki, ölkədə ağır cinayətlər kateqoriyasına aid hadisələrin göstəricisi 31,6 faiz təşkil edir.

Hesabata əsasən, 2023-cü illərdə ölkədə törədilən ağır və xüsusilə ağır cinayətlərin göstəricisi 19,1 faiz səviyyəsində qərarlaşıb.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31