Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Elçin Mirzəbəyli: Prezidentin Fərmanı mühüm tarixi, hüquqi və siyasi əhəmiyyətə malikdir

Elçin Mirzəbəyli: Prezidentin Fərmanı mühüm tarixi, hüquqi və siyasi əhəmiyyətə malikdir

10.07.2021 [09:27]

“Azərbaycan Respublikası Prezidentinin Fərmanı iqtisadi önəmi ilə yanaşı, bir çox aspektlərdən də mühüm tarixi, hüquqi və siyasi əhəmiyyətə malikdir. Fərmandakı bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yer alması, ilk növbədə, tarixi ədalətin bərpasıdır. Məlum olduğu kimi, “Dağlıq Qarabağ” ifadəsi və bölgüsü 1921-ci il iyulun 4-5-də Rusiya Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin (RKBT MK) Qafqaz Bürosunun plenumunun iclas protokolu ilə Azərbaycan xalqının iradəsinə zidd olaraq ortaya atılmışdı və Prezident İlham Əliyev 100 il sonra bu tarixi ədalətsizliyi tarixin arxivinə göndərdi. Bundan sonra ermənilər və himayədarları RKBT MK-nın kağız parçasını Nikol Paşinyanın Münxen fiaskosu zamanı səsləndirdiyi “dillər əzbəri” olan ifadəsi - “Kokeyşn Byuro”nun “protokolu” kimi xatırlayıb ənənələrinə uyğun olaraq yeddi dəsmalla ağlaya bilərlər”.

Bu fikirləri açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib. Baş redaktorun sözlərinə görə, Prezidentin Fərmanında Xankəndi və Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi, bu istiqamətdə olan bütün spekulyasiyalara son qoymaqla bərabər, həm də sözügedən yaşayış mənqətələrinin ölkənin digər inzibati ərazi subyektləri ilə eyni statusa malik olduğunu vurğulayır: “Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının “Şərqi Zəngəzur” adlı vahid iqtisadi rayonda birləşdirilməsi də, şübhəsiz ki, mühüm tarixi, hüquqi və siyasi əhəmiyyətə malikdir. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Sərəncam və fərmanları Azərbaycan Respublikasının hüquqi-normativ aktları sayılır. Prezidentin Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, eyni zamanda, Zəngəzur yaylasının de-fakto vahid inzibati ərazi subyekti kimi hüququ status qazanması deməkdir”.

PƏRVİZ

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31