Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qabil Hüseynli: İqtisadi rayonların yeni bölgüsü istər iqtisadi, istərsə də siyasi-strateji cəhətdən yeni reallıqları özündə əks etdirməkdədir

Qabil Hüseynli: İqtisadi rayonların yeni bölgüsü istər iqtisadi, istərsə də siyasi-strateji cəhətdən yeni reallıqları özündə əks etdirməkdədir

10.07.2021 [09:26]

“Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü istər iqtisadi, istərsə də siyasi-strateji cəhətdən yeni reallıqları özündə əks etdirməkdədir. Bununla yanaşı, yeni bölgü iqtisadi səmərəliliyi də özündə ehtiva edir. Vurğulamaq yerinə düşər ki, 2004-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan hazırda uğurla icra olunan “Regionlarının sosial-iqtisadi inkişafı” Dövlət proqramları bölgələrimizin davamlı və tarazlı inkişafını təmin edib”.

Bu fikirləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan qələbə yeni siyasi və iqtisadi reallıqlar da yaradıb: “İqtisadi rayonların yeni bölgüsü həm də Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin növbəti nəticəsi kimi səciyyələndirilməlidir. Bu həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır. Yeni bölgü işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə, işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfə olacaq. Ən əsası, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi həm tarixi, həm də sosial-iqtisadi reallıqları özündə əks etdirməkdədir. Yeni iqtisadi bölgüdə “Şərqi Zəngəzur” tarixi adının yer alması isə təqdirəlayiqdir”.

PƏRVİZ

Paylaş:
Baxılıb: 377 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31