Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Elşad Musayev: Azərbaycanla Türkiyə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Elşad Musayev: Azərbaycanla Türkiyə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

10.07.2021 [09:24]

“İki qardaş ölkə olaraq Azərbaycanla Türkiyə arasında münasibətlər bütün dövrlərdə yüksək səviyyədə olub. Bu əlaqələr son dövrlər, xüsusilə də Şuşa Bəyannaməsinin imzalanması ilə özünün ən yüksək mərhələsinə qədəm qoyub”.

Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

E.Musayev bildirib ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsinin daha bir göstəricisidir: “Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi artıq başa çatıb. Bakıda keçirilən təlimdə iştirak edən Azərbaycan və Türkiyə ordularının bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər. Eyni zamanda, Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələri də uğurla iştirak edib”.

Partiya sədrinin sözlərinə görə,  iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının dərinləşdirilməsi üçün atılan addımlar təqdirəlayiqdir: “Eyni zamanda, bundan sonrakı mərhələdə də Azərbaycan ilə Türkiyə milli maraqların müdafiəsi və təhlükəsizlik məsələlərində daim bir-birinin yanında olacaq, vahid mövqedən çıxış edəcəklər”.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31