Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Arif Fərzəliyev: Şuşa Bəyannaməsinin imzalanması regionun gələcək inkişafı baxımından strateji önəm daşıyır

Arif Fərzəliyev: Şuşa Bəyannaməsinin imzalanması regionun gələcək inkişafı baxımından strateji önəm daşıyır

22.06.2021 [09:05]

“Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri və Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcıdır. Bəyannamə Türkiyə ilə Azərbaycanın gələcək çoxşaxəli əməkdaşlığının yol xəritəsidir. Xüsusilə, sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi, hər iki ölkənin bir-birinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürməsi, digəri isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsidir. Həmçinin Şuşada Türkiyə Respublikasının baş konsulluğunun açılması da böyük əhəmiyyətə malikdir”.
Bu fikirləri açıqlamasında YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.
Onun sözlərinə görə, imzalanmış Bəyannamə Azərbaycan-Türkiyə əməkdaşlığının bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir və bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığı əks etdirir: “Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq”.
“Şuşa Bəyannaməsi müxtəlif sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açır. Sənəddə, həmçinin qarşılıqlı investisiya mübadiləsinin inkişaf etdirilməsi istiqamətində müddəalar yer alır. Bu isə iki dövlət arasında ticarət dövriyyəsinin daha da artmasında mühüm rol oynayacaq. Qeyd etdiyimiz kimi, Bəyannamədə əks olunan ən mühüm məqamlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Nəticə etibarilə, Şuşa Bəyannaməsinin imzalanması regionun gələcək inkişafı baxımından strateji önəm daşıyır”, - deyə A.Fərzəliyev əlavə edib.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31