Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır

Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır

22.06.2021 [08:58]

“İyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşada belə bir görüşün reallaşacağı bir il əvvəl hər kəsə, bəlkə də, əlçatmaz bir xəyal kimi görünə bilərdi. O səbəbdən də tam mübaliğəsiz demək olar ki, iyunun 15-də təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla bütün dünyanın nəzərləri Şuşaya yönəlmişdi. Azərbaycan cəmiyyətinin də bu görüşdən böyük gözləntiləri var idi və hesab edirəm ki, bu gözləntilər yaxşı mənada özünü doğrultdu. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladıqları bu Bəyannamə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin yeni mərhələsini başladacaq”.
Bu fikirləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Eyni zamanda, Bəyannamə iki ölkənin Təhlükəsizlik Şuralarının müntəzəm olaraq birgə iclaslarının keçirilməsi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi və bu kontekstdə Zəngəzur dəhlizinin açılması, o cümlədən iki qardaş ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlı olduqca mühüm məsələləri ehtiva edir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır”, - deyə AMİP sədri əlavə edib.

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31