Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”

“Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”

22.06.2021 [08:48]

Azərbaycan ilk vaxtlardan etibarən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ardıcıl mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə COVID-19 əleyhinə vaksinasiya da uğurla davam etdirilir.
Yeri gəlmişkən, Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova açıqlamasında deyib ki, hazırda vətəndaşların əksəriyyəti koronavirus əleyhinə vaksin olunmaq istəyir: “İnsanlar bilirlər ki, peyvənd olunmaq onları həm COVID-19-dan qurtaracaq, həm də yoluxsalar belə, xəstəliyi yüngül keçirməyə kömək edəcək. Ən əsası, normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”.
Ləman Qalimova bildirib ki, Azərbaycanda əhalinin dörd vaksindən birini seçərək könüllü şəkildə peyvənd olunmaq imkanı var. Ümumilikdə, vətəndaşlar da görülən tədbirləri yüksək qiymətləndirir və bu qlobal bəladan qurtulmaq üçün peyvəndləmədə fəal iştirak edirlər: “Hazırda ölkəmizdə peyvənd olunanların sayı getdikcə artır. İlk dozanı vurduranların sayı 1,8 milyonu ötüb. Hər iki dozanı qəbul edənlərin sayı 1 milyona yaxınlaşır. Sanitar-epidemioloji vəziyyət də nəzarət altındadır. Hər kəsi vaksinasiyada aktiv iştirak etməyə, qoyulan qaydalara riayət etməyə, kütləvi toplaşma yerlərindən mümkün qədər uzaq olmağa, vaksin olunsalar belə, sosial məsafə saxlamağa, gigiyena qaydalarına, tibbi maska istifadəsinə əməl etməyə çağırıram”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31