Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / DST missiyası Azərbaycanın koronavirusa cavab tədbirlərini genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib

DST missiyası Azərbaycanın koronavirusa cavab tədbirlərini genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib

14.03.2020 [11:01]

Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu (COVID-19) pandemiya olaraq xarakterizə edib. Bu, bütün ölkələrə əhalisini və dünyanı qorumaq üçün fəaliyyətə keçməyə çağırışdır və qlobal həmrəyliyə nail olmaq çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu DST-nin koronavirus pandemiyasına qarşı Azərbaycan hökumətinə hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün ölkəmizə səfərə gəlmiş missiyanın yekunlarına dair mətbuat konfransında nümayəndə heyətinin rəhbəri Karolina Braun deyib. O, pandemiya ilə əlaqədar çətinliklər və onların həlli yolları üzərində Bakıda olduqları müddət ərzində intensiv iş apardıqlarını və bu işdə onlara göstərilən dəstəyə görə Azərbaycanın rəsmi qurumlarına minnətdarlığını bildirib. “Azərbaycanın koronavirusa cavab tədbirlərini genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”, - deyə missiya rəhbəri bildirib.
Onun sözlərinə görə, martın 9-dan 13-dək davam edən 5 günlük səfər çərçivəsində ekspertlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təmsilçiləri ilə respublika və regional səviyyəli xəstəxanalara, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd keçid məntəqələrinə baş çəkib, ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərlə tanış olublar. DST-nin ekspert qrupu aşağıdakı sahələri inkişaf etdirmək üçün səhiyyə orqanları ilə əməkdaşlıq edib: nəzarət və laboratoriya müayinəsi; risk kommunikasiyası; infeksiyanın qarşısının alınması və nəzarət; xəstələrə qulluq; zəruri dərmanlarla əlçatımlılıq, eləcə də ictimai yerlərdə lazımi məsafənin qorunması tədbirləri daxil olmaqla səhiyyə sisteminə təsirin azaldılması.
Karolina Braun DST-nin koronavirusa görə ekspress testlərinin hazırlanması üçün işlər aparılmasını diqqətə çatdırıb: “Ola bilsin ki, bu bir müddət sonra mümkün olsun. Hazırkı şəraitdə isə DST-nin testləri ilə müayinələr xüsusi laborator şəraitində aparılır. Bu virus yeni olduğundan bir çox ölkələr ona qarşı test hazırlaya bilmirlər. Buna görə də ölkələr testləri Dünya Səhiyyə Təşkilatından alırlar”.
Həmçinin Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19 virusunun dünyada yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etdiyi və bu qərar DST tərəfindən təqdir edildiyi bildirilib.
DST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı öz növbəsində bildirib ki, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir: “Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bu günə qədər Azərbaycanda 19 koronavirusa yoluxma faktı qeydə alınıb. Onun sözlərinə görə, xəstələrin 3-ü artıq sağalıb.
Qeyd edək ki, Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (DST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası DST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. DST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30