Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya: Parlamentin hər iki palatası konstitusiyaya dəyişiklik ilə bağlı qanun layihəsini təsdiq edib

Rusiya: Parlamentin hər iki palatası konstitusiyaya dəyişiklik ilə bağlı qanun layihəsini təsdiq edib

14.03.2020 [10:41]

Prezident Vladimir Putin tərəfindən parlamentə təqdim olunan Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qanun layihəsi Rusiya Federal Məclisinin hər iki palatası - Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiq edilib. Bundan sonra sənəd Rusiyanın regionlarının qanunverici orqanlarına göndərilib.
“RİA-Novosti”nin yaydığı məlumata görə, artıq bütün regional parlamentlər Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiq edib. Martın 13-də sözügedən qanun layihəsi Rusiyanın bütün bölgələrinin qanunverici orqanları tərəfindən dəstəklənib.
Federasiya Şurasının Konstitusiya hüququ üzrə komitəsinin sədri Andrey Klişas bu proses barədə deyib: “Federasiya Şurasına bütün 85 regional parlamentlərdəki səsvermənin nəticələri daxil olub. Hamısı müsbətdir. Federasiya Şurasının bu məsələni plenar iclasda müzakirə etməsi nəzərdə tutulur”.
Sənəd təsdiqləndikdən sonra Prezident Vladimir Putin tərəfindən imzalanacaq, daha sonra dərc olunacaq. Ana yasaya edilən dəyişikliklər əsasən dövlət başçısına, hökumət üzvlərinə və müxtəlif səviyyələrdə fəaliyyət göstərən məmurlara qarşı irəli sürülən yeni tələbləri, sosial zəmanətləri möhkəmləndirməyi, parlamentin səlahiyyətlərində dəyişiklik etməyi, federal ərazilərin özgəninkiləşdirilməsini qadağan etməyi və digər bir sıra məsələləri nəzərdə tutur. Bundan əlavə, düzəlişlər hazırkı prezidentin 2024-cü ildə yenidən vəzifəyə namizəd olmasına imkan verir.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30