Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əli Əhmədov: Prezident İlham Əliyevin çadır şəhərciklərinin ləğvinə dair proqramı ölkəmizin tarixində həyata keçirilən miqyasca ən nəhəng, mahiyyətcə ən humanist layihələrdən biri, bəlkə də, birincisidir

Əli Əhmədov: Prezident İlham Əliyevin çadır şəhərciklərinin ləğvinə dair proqramı ölkəmizin tarixində həyata keçirilən miqyasca ən nəhəng, mahiyyətcə ən humanist layihələrdən biri, bəlkə də, birincisidir

05.03.2020 [09:30]

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov özünün rəsmi “facebook” səhifəsində BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso ilə görüşündə ona təqdim edilmiş fotolar barədə təəssüratlarını paylaşıb.
Əli Əhmədovun toxunduğu mövzunun aktuallığını nəzərə alıb, onu oxucularımıza təqdim edirik:
- Bu gün BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso ötən əsrin 90-cı illərində Azərbaycanda olarkən çəkdiyi bir neçə fotoşəkli mənə təqdim etdi. Şəkillərdə məcburi köçkünlərin yaşadığı şərait əks olunub. Bu şəkillər məni xəyalən həmin illərə qaytardı: 100 minlərlə naəlac insan çadırlarda, ən ağır şəraitdə yaşamağa məhkum idi. O zaman ayrı-ayrı ölkələr, beynəlxalq humanitar təşkilatlar Azərbaycana ərzaq göndərirdi ki, məcburi köçkünlər heç olmasa aclıqdan əziyyət çəkməsinlər.
İndi isə həmin məcburi köçkünlər onlar üçün salınmış 100-dən çox yeni şəhərcikdə ən müasir mənzillərdə yaşayırlar. Fərqi müqayisə etmək naminə həmin şəhərciklərdən ikisinin şəklini də təqdim edirəm. Bu şəkillərə baxıb etiraf etməyə bilməzsən ki, Prezident İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi “Azərbaycanda heç bir çadır şəhərciyi qalmayacaq” proqramı ölkəmizin tarixində həyata keçirilən miqyasca ən nəhəng, mahiyyətcə ən humanist layihələrdən biri, bəlkə də, birincisidir. Bundan da az əhəmiyyət kəsb etməyən ikinci cəhət isə ondan ibarətdir ki, indi köçkünlərin beynəlxalq təşkilatların humanitar yardımına ehtiyacı yoxdur. Onların bütün ehtiyaclarının qarşılanmasını dövlət öz üzərinə götürüb.
Təqdim etdiyim şəkillərə Azərbaycana ləkə vurmağı özünün peşəsinə çevirmiş radikallar və onların yalan istehsal edən təbliğatçılarının baxmasını çox istərdim. Dəyişəcəklərinə ümid etmirəm. Utanc hissi keçirəcəkləri də inandırıcı deyil. Məqsədim Azərbaycanda nə qədər möhtəşəm inkişaf və dəyişikliklərin baş verdiyini təqdim olunan şəkillərlə bir daha göstərməkdir.

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30