Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan multikulturalizmi xarici ölkələrdə böyük maraqla qarşılanır

Azərbaycan multikulturalizmi xarici ölkələrdə böyük maraqla qarşılanır

05.03.2020 [09:15]

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi uğurla davam edir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda İsveçrə, İndoneziya, Rusiya universitetlərində “Azərbaycan multikulturalizmi” fənni üzrə növbəti mühazirələr təqdim olunur. İsveçrənin nüfuzlu Frayburq Universitetində fənnin tədrisini Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, İndoneziyanın Qacah Mada Universitetində Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev, Rusiyanın Ural Federal Universitetində professor Aleksandr Nesterov tədris edir. Müəllimlərin verdikləri məlumata görə, təqdim edilən mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanır.
İsveçrədən yenicə qayıdan Rəfi Qurbanov tədris prosesi ilə bağlı bunları söyləyib: “Mühazirələr cari il fevralın 19-29-da BBMM-in və Frayburq Universitetinin “Sosial elmlər” fakültəsinin təşkilatçılığı ilə keçirilib. Dərslərdə tarix, sosial elmlər, ilahiyyat və antropologiya fakültələrinin tələbələri iştirakı ediblər. Ümumilikdə, 20-dən çox tələbənin iştirak etdiyi dərslərdə “Mədəni müxtəliflik kontekstində milli kimlik”, “Dövlət-din münasibətləri”, “Radikalizmlə mübarizədə dini icmaların rolu”, “Milli dəyərlərin təbliğində dövlət siyasəti” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya da toxunulub, işğal olunmuş ərazilərdə milli və mənəvi dəyərlərimizin ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Onu da qeyd edək ki, bu və digər mövzular ətrafında mütəmadi olaraq sosial elmlər fakültəsinin professor və müəllim heyəti ilə də müzakirələr aparılıb. Müzakirələr zamanı Multikulturalizm Mərkəzi ilə Frayburq Universiteti arasında mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub”.
Hazırda İndoneziyanın Qacah Mada Universitetində tədrisi davam etdirən professor Həbib Zərbəliyev də mühazirələrin uğurla davam etdiyini söyləyib. O qeyd edib ki, fevralın 26-da keçirilən dərs Xocalı soyqırımına həsr olunub. Dərsdə ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Xocalı soyqırımı ilə bağlı çəkilmiş sənədli filmlər (“Khojaly genocide documentary”, “Endless corridor” - İndoneziya dilində subtitrlərlə) nümayiş etdirilib və tələbələrin faciə ilə bağlı sualları cavablandırılıb.
BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində bu semestrin sonunadək Koreya, İtaliya və Gürcüstan universitetlərində də “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçiriləcək. Ölkəmizin beynəlxalq arenadakı müsbət imicinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də mədəni müxtəlifliyin idarə edilməsi sahəsində əldə etdiyi uğurlu təcrübənin təbliği məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmə həsr edilmiş mühazirələri digər xarici ölkə universitetlərində də davam etdirməyi planlaşdırır.

Paylaş:
Baxılıb: 248 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31