Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 2019-cu il Gəncə-Qazax iqtisadi rayonu üçün də uğurlarla yadda qalıb

2019-cu il Gəncə-Qazax iqtisadi rayonu üçün də uğurlarla yadda qalıb

04.03.2020 [09:38]

Bəhs edilən dövrdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələr yerinə yetirilib
(əvvəli ötən sayımızda)

Bunun 66 faizi istehsal, 34 faizi isə xidmət sahələrinin payına düşür. Əvvəlki illə müqayisədə sənayedə 6,7 faiz, kənd təsərrüfatında 10,0 faiz, tikintidə 37,6 faiz, nəqliyyatda 26,6 faiz, rabitədə 13,3 faiz, ticarətdə 2,9 faiz artım olub. 2019-cu ilin yanvar-dekabr aylarında sənaye xarakterli xidmətlərin həcmi 16 milyon 880 min manat təşkil edib və 2018-ci illə müqayisədə 6,7 faiz çoxalıb. Hesabat dövründə büdcə gəlirləri 10 milyon 338 min manat proqnoza qarşı 14 milyon 288 min manat olub.
Qeyd edək ki, rayon iqtisadiyyatının 45,6 faizini kənd təsərrüfatı təşkil edir. Hesabat dövründə rayon üzrə 220 milyon 49 min manat dəyərində 385 min 113 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 50 min 52 ton dənli bitkilər istehsal olunub. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,3 faiz artaraq 32,4 sentner, o cümlədən buğdanın məhsuldarlığı 33 sentner təşkil edib.
Ötən il Tovuzda 158 min 706 ton kartof istehsal olunub. Məhsuldarlıq 33,5 sentner artaraq 250,5 sentnerə yüksəlib. Artıq kartofçuluqla məşğul olan iri fermer təsərrüfatları meydana gəlir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq istehsal olunan məhsulun saxlanılması və uyğun vaxtlarda realizasiya olunması məqsədilə 22 min 500 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisinə başlanıb. Logistik mərkəz kimi fəaliyyət göstərəcək bu obyektin tikintisi regionda kartofçuluğun inkişafına əhəmiyyətli təsir göstərəcək.
Bu mövsümdə fermerlər 38,4 hektar istixanalarda 3072 ton məhsul yetişdiriblər. Məhsul satışından 4 milyon 100 min manat gəlir əldə olunub. Eyni zamanda, 1329 hektar tərəvəz əkini sahəsindən 28 min 475 ton məhsul götürülüb. Hesabat ilində 20 hektar sahədə yeni üzüm bağları salınıb və bununla da üzümlüklərin ümumi sahəsi 745 hektara çatdırılıb. Mövsüm ərzində rayonda 16 min 283 ton məhsul istehsal olunub. Ötən illə müqayisədə məhsuldarlıq 44 sentner artaraq 245,6 sentnerə çatıb. Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi yaradılıb. Ötən il Tovuzda 26 hektar sahədə yeni müasir meyvə bağları salınıb və rayonda bağların ümumi sahəsi 1395 hektara çatdırılıb. Mövsüm ərzində bağlardan əvvəlki ildəkindən 4095 ton çox olmaqla 21 min 756 ton məhsul götürülüb.
Rayonda ötən il heyvandarlığın inkişafı sahəsində də müsbət nəticələr əldə edilib. Belə ki, əvvəlki illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 10,8 faiz, yumurta istehsalı 2 faiz, yun istehsalı 0,2 faiz artıb. Heyvandarlıqda məhsuldarlığın artırılması və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. 2017-ci ildə inşasına başlanmış heyvandarlıq üzrə 1500 başlıq Aqroparkın tikintisi 2019-cu ildə başa çatıb və fəaliyyətə başlayıb.
2019-cu il Daşkəsən rayonu üçün də uğurlu olub. Bu barədə Daşkəsən rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağında məlumat verilib. Yığıncaqda çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, 2019-cu ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 228 milyon 833 min manat olub, əvvəlki ilə nisbətən 8,2 faiz, bəzi sahələr üzrə isə xeyli artıb.
Ümumi məhsul buraxılışı 2019-cu ildə sənaye üzrə 141 milyon 467 min manat, nəqliyyat və anbar təsərrüfatı üzrə 3 milyon 276 min manat, informasiya və rabitə üzrə 238 min manat, ticarət-nəqliyyat vasitələrinin təmiri üzrə 23 milyon 395 min manat olub.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib. 2019-cu ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 110,9 faiz, xərclər üzrə 93,8 faiz yerinə yetirilib. Ötən il rayon üzrə iqtisadi fəal əhali 20 min 692 nəfər olub, onlardan məşğul əhali 19 min 644 nəfərdir.
2019-cu il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da bəzi sahələr üzrə həmin işlər davam etdirilməkdədir. Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir.
Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Yeni inzibati binanın tikintisi başa çatıb, təmizləyici qurğunun tikintisində isə son tamamlama işləri görülür.
2019-cu il ərzində Daşkəsən şəhərində 10 çoxmərtəbəli yaşayış binasının dam örtüyü təmir edilib. Daşkəsən şəhərinin bəzi küçələrinə və çoxmənzilli yaşayış binalarının ətrafına yeni asfalt örtüyü salınıb, istinad divarlarında və səkilərdə təmir işləri aparılıb. 2019-cu il ərzində Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı, N.Nərimanov adına 3 saylı, S.Vurğun adına 4 saylı və Qaraqollar kənd tam orta məktəblərində, 20 yerlik Daşkəsən qəsəbə uşaq bağçasında, Qabaqtəpə kənd xəstəxanasında və Quşçu kənd folklor evində təmir işləri aparılıb. Gurbulaq, Çanaqçı və Zinzahal kəndlərində modul tipli məktəb binaları tikilərək istifadəyə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində, Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb.
Qeyd edilib ki, Daşkəsən rayon Məşğulluq Mərkəzi tərəfindən 2019-cu il ərzində 32 nəfər işsiz vətəndaş özünəməşğulluq proqramına cəlb edilib və onlardan 30 nəfər işaxtaran vətəndaş təlimlərdə iştirak edib və təlimi başa çatdıraraq qiymətləndirmədən keçiblər. Qiymətləndirmədən keçmiş vətəndaşlardan 15 nəfəri iribuynuzlu mal-qara, 7 nəfəri isə xırdabuynuzlu mal-qara ilə təmin edilib.
Rayonda kənd təsərrüfatının inkişafı sahəsində də bir sıra işlər görülüb. Belə ki, rayonda 3 kartofçuluq və 1 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
2019-cu ilin məhsulu üçün 320 hektar sahədə buğda əkilərək 721 ton məhsul, 110 hektar sahədə isə arpa əkilərək 154 ton məhsul götürülüb. 2019-cu il ərzində rayon ərazisində 1122 hektar sahədə kartof, 60 hektar sahədə kələm, 40 hektar sahədə tərəvəz və 160 hektar sahədə vələmir əkilib. Əkilmiş sahələrdən 11350 ton kartof, 960 ton kələm və 6 ton tərəvəz bitkiləri istehsal olunub.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 2019-cu il ərzində 378 baş iribuynuzlu heyvan süni mayalandırılıb. Mayalandırılmış heyvanlardan 196 baş bala alınıb.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2019-cu il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş hər arı ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayon ərazisində 5619 arı ailəsinə görə subsidiya verilib.
2019-cu il ərzində 31 nömrəli Yol İstismarı MMC tərəfindən respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üzrə 1272,2 min manatlıq iş görülüb. Daşkəsən-Əmirvar-Qabaqtəpə və Quşçu-Çovdar-Çaykənd avtomobil yollarında son tamamlama işləri görülür.
İl ərzində əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib.
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Göygöldə də ötən il ərzində bir sıra nailiyyətlər əldə edilib. Belə ki, Göygöldə 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağındakı çıxışında rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bildirib ki, 2019-cu ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq rayonun iqtisadiyyatı dinamik inkişaf edib, 8 xidmət, 3-ü emal olmaqla 11 istehsal obyekti istifadəyə verilib. 2019-cu il ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 208 milyon 348,8 min manat olub. Bundan 149 milyon 733,4 min manatı (71,8%) istehsal sahələrini, 58 milyon 615,4 min manatı (28,2%) xidmət sahələrini əhatə edir. Adambaşına 3224,9 manat dəyərində məhsul istehsal edilib.
Hesabat ili ərzində rayonda 1556 yeni iş yeri açılıb, bunun da 881-i daimidir. Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 596 vahidə çatıb, hesabat dövründə aqrar sahənin inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 24 sahibkara 1 milyon 532 min manat məbləğində güzəştli kredit verilməklə 79 yeni iş yeri yaradılıb.
2019-cu ildə 44 milyon 193,8 min manat əsas kapitala investisiya qoyulub, bundan 39 milyon 664,7 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib.
2019-cu ildə Göygöl rayon Statistika İdarəsinin yeni inzibati binası istifadəyə verilib, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində 130 mənzillik 5 mərtəbəli 3 binanın tikintisi başa çatdırılıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin inzibati binasının və Qafqaz tipli hotelin tikintisi davam etdirilir.
Eləcə də 8 yaşayış məntəqəsini birləşdirən, 42,3 km-lik Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb və tamamlama işləri aparılır. Toğanalı, Əzgilli, Nadil, Zurnabad avtomobil yollarında, Çaykənd, Qarabulaq, Quşçu, Quşqara kənddaxili yollarında da təmir işləri aparılıb.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30