Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20.02.2020 [09:24]
Nərminə Quliyeva: Gənclərimiz xarici ölkələrdə keçirilən müxtəlif musiqi festivalları və müsabiqələrdə nailiyyətlər əldə edirlər
Müsahibimiz Əməkdar müəllim, pedaqoji elmlər namizədi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevadır.
- Nərminə xanım, siz gənc yaşlarınızdan çoxsaylı uğurlara imza atmısınız. Böyük səhnədə ilk çıxışınız, qazandığınız uğurlarınız barəsində təəssüratlarınızı bizimlə bölüşərdiniz...
- Bəli, uşaq yaşlarımdan müxtəlif müsabiqələrdə, festival və konsertlərdə müvəffəqiyyətlə çıxış etmişəm. Orkestr ilə ilk çıxışım Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında S.Hacıbəyovun rəhbərliyi ilə olub. O vaxt G.F.Hendelin fortepiano konsertini ifa etmişdim. Sonradan A.Rzayevin, G.Qalıninin, F.Mendelsonun, E.Qriqin konsertlərini ifa etmişəm. Lakin məhz görkəmli dirijor Niyazinin rəhbərliyi ilə ifa etdiyim K.Sen-Sansın konserti mənə çox böyük uğur qazandırdı. Təsiredici və yadda qalan konsertlərdən danışarkən istedadlı pianoçu, professor Nəzakət Rimazi ilə birgə Kapellhausdakı çıxışımızı qeyd edə bilərəm. Çünki bu Azərbaycanda yeganə və bir royal üçün dörd əlli əsərlərdən ibarət olan ilk konsert idi. Fortepiano dueti hər zaman çox populyar janr olub. Lakin Azərbaycanda iki royalda dörd əl üçün yazılmış əsərlərə daha çox üstünlük verilib. Biz isə yalnız bir royal üçün yazılmış və işlənmiş V.A.Motsartın, F.Şubertin, S.Raxmaninovun əsərlərindən ibarət konsert tərtib etmişdik. Konsert uğurla keçdi və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Yaxşı xatırlayıram ki, Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert keçiriləcəkdi və mən də bəstəkarın populyar mahnılarından ibarət iki royal üçün “Fantaziya”nı işləyərək konsertdə ifa etdim. Konsertdən sonra Tofiq Quliyevdən çoxlu təriflər eşitdim. Belə görkəmli bəstəkardan tərif və təşəkkür eşitmək mənim üçün böyük hadisə idi.
- Nərminə xanımın sevimli bəstəkarı və ifasını daha çox dinlədiyi pianoçu kimdir?
- Mənim sevimli bəstəkarım Sergey Raxmaninovdur. Onun ikinci konsertini hər dəfə dinləyəndə göz yaşlarımı saxlaya bilmirəm. Sevimli pianoçum isə əlbəttə ki, Xalq artisti Fərhad Bədəlbəylidir.
- Məqalələrinizin birində oxumuşdum ki, siz Fərhad Bədəlbəylini fortepiano ifaçılığında əfsanə adlandırmısınız. Bəs o əfsanə ilə nə vaxtsa eyni bir təhsil ocağında fəaliyyət göstərəcəyiniz ağlınıza gələrdimi?
- Heç vaxt ağlıma gəlməzdi. O doğrudan da mənim üçün “əfsanə”, əlçatmaz bir zirvədir. Mən hələ uşaq olarkən, məktəbdən qaçıb, böyük həvəslə onun konsertinə qulaq asmağa gedirdim. Professor Fərhad Bədəlbəyli emosional, temperamentli bir ifaçıdır. Onun konsertindən sonra Fərhad müəllimin temperamentindən sanki bizə də keçirdi və gələcək inkişafımızı stimullaşdırırdı. Hesab edirəm ki, onun kimi demokratik, onun kimi sadə bir rektor Azərbaycanda azdır. Çünki o müəllimləri də, tələbələri də çox asanlıqla qəbul edir, onları dinləyir, çətinlikləri varsa, əlindən gələn köməkliyi göstərir. Musiqi mədəniyyətimizin, xüsusən də fortepiano ifaçılığının inkişafında onun rolu çox böyükdür.
- Musiqimizin təbliği, musiqi maarifçiliyi ilə bağlı müxtəlif bölgələrdə ustad dərslər, böyük layihələr həyata keçirmisiniz. İstərdik bu barədə ətraflı məlumat verəsiniz...
- Öncə keçirdiyim bu layihələrə görə Azərbaycan Respulikasının Mədəniyyət Nazirliyinə və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Hər zaman mənə dəstək olublar. Azərbaycanın demək olar ki, bütün bölgələrinə və rayonlarına tələbələrimizi apararaq həm konsertlər təşkil etmişik, həm də həmkarlarımla ustad dərslər keçirmişik. Dəfələrlə bölgələrimizdən olan istedadlı uşaqları kəşf edərək, Bakıya yönəltmişik. Onlar da musiqi təhsillərini Bakıda uğurla davam etdiriblər. Naxçıvana getdiyimiz zaman da bizi çox yaxşı qarşılamışdılar. Həm musiqi məktəbində, həm musiqi kollecində, həm də Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında skripka ifaçımız professor, Xalq artisti Zəhra Quliyeva ilə ustad dərslər keçirdirdik. Dərslərimizə maraq və ehtiyac olduğuna görə bizi gecə saat 12-yə kimi buraxmırdılar. Çünki şagird, tələbə və müəllim heyətində çox böyük həvəs, öyrənmək arzusu var idi.
- Artıq uzun müddətdir ki, BMA-da pedaqoji fəaliyyət göstərirsiniz. Dərs dediyiniz onlarla tələbəniz beynəlxalq və respublika müsabiqələr laureatı, prezident təqaüdçüləridirlər. Ümumiyyətlə bugünkü tələbələrin hazırlıq səviyyəsi, ümumi dünyagörüşü, seçdiyi sənətə maraqları haqqında nə deyə bilərsiniz?
- Bəli, istedadlı gənclərimiz var və onların geniş dünyagörüşünə sahib olduqlarını, seçdikləri bu sənətə böyük məhəbbət və rəğbət bəslədiklərini görürəm. Bunun nəticəsidir ki, gənclərimiz xarici ölkələrdə keçirilən müxtəlif musiqi festivalları və müsabiqələrdə nailiyyətlər əldə edirlər. Ümumiyyətlə, tələbələrin hazırlıq səviyyəsi həm tələbənin, həm müəllimin birgə gərgin fəaliyyəti nəticəsində baş verən prosesdir. Bu səbəbdən də mən tövsiyə edərdim ki, musiqi məktəblərində uşaqların bünövrəsi, təməli düzgün qoyulsun. Sonra isə tələbəlik illərində artıq repertuar yığımı ilə məşğul olub, mürəkkəb virtuoz əsərlər üzərində çalışmağa başlasınlar. Ümumiyyətlə, professional səviyyələrini yüksəltsinlər.
- Siz həmçinin BMA-nın tədris işləri üzrə prorektorusunuz. İdarəçiliklə, yaradıcılıq işləri və pedaqoji fəaliyyət nə dərəcədə bir-birini tamamlayır? Bütün bunların öhdəsindən gəlmək çətin olmurmu?
- Əlbəttə, çox çətindir. Hazırda prorektorluq işini ən vacib və lazımlı hesab edirəm. Çalışırıq ki, Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasında təlim-tədris işini Konservatoriyamızın yüz illik ənənələri və müasir təhsil texnologiyaları əsasında quraq. Bu istiqamətdə işləyərək, biz Avropa təhsil məkanına inteqrasiya edə bilərik və xarici ölkələrdə olan musiqi sənətindəki rəqabət üstünlüklərini əldə edə bilər, iş bazarında öz layiqli yerimizi tutmağa müvəffəq olarıq. Beləlikə, bizim tələbələrimizin, məzunlarımızın və müəllimlərimizin mobilliyi təmin olunar. Bizim ifaçılarımızı Avropada ən tanınmış Konservatoriyalara qəbul edirlər, ən möhtəşəm beynəlxalq orkestrlərə dəvət alırlar, müsabiqələrdə qalib olurlar. Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir. Bu məqsəd öz həllini hər bir pedaqoqun sinfində tapmalıdır. Mən də bir pianoçu-pedaqoq kimi öz tələbələrimə ifaçılığın sirlərini aşılayıram. Sinfimdə təhsil alan gənc pianoçuları nəinki professional bir ifaçı kimi, həm də yüksək mədəniyyət sahibi olan, insani keyfiyyətləri özündə cəmləşdirən bir vətəndaş kimi görmək istərdim.
- Boloniya sisteminin musiqi təhsil ocaqlarına tətbiqi, sizcə, özünü nə dərəcədə doğruldur?
- Düşünürəm ki, Avropa məkanına inteqrasiya ediriksə, bu, vacibdir. Bizim diplomlarımız xarici ölkələrdə tanındığı üçün boloniya sistemi də tələbələrimizə Avropanın istənilən ölkəsində təhsil almağa, işləməyə çox böyük imkan yaradır. Həmçinin bu sistem yarım il ərzində sistematik, mütəmadi işləyən orta səviyyəli tələbəyə də normal qiymət almağa şərait yaradır. Ona görə də hesab edirəm ki, müəyyən müsbət cəhətlərinə görə Boloniya sistemi tələbənin xeyrinə olan bir sistemdir.
- Müasir dövrdə klassik musiqinin təbliğində aktual problemləri nədə görürsünüz?
- Təbliğat çox önəmlidir. İndi maraqlı layihələr var, hansı ki, klassik musiqini müasir üslubda, caz üslubunda ifa edirlər. Yəni klassik musiqini müasir dövrün tələbinə uyğun olaraq gərək elə təqdim edək ki, uşaqların, gənclərin, cavanların, ümumiyyətlə hər kəsin qəbul edəcəyi tərzdə olsun və sevilsin. Ancaq bu iş incə zövqlə olunmalıdır.
- Tez-tez beynəlxalq və respublika üzrə keçirilən müsabiqələrdə münsiflər heyətinin sədri və üzvü kimi iştirak edirsiniz. Böyük və inkişaf etmiş xarici ölkələrdə Azərbaycan musiqisi və Azərbaycan ifaçılıq məktəbi necə qarşılanır?
- Təbii ki, çox yaxşı qarşılanır. Bu yaxınlarda İspaniyanın Barselona şəhərində oldum. Bir görəydiniz orada bizim tələbələri necə tərifləyirdilər. Münsiflər heyətinin üzvü kimi rus musiqi məktəbinin nümayəndəsi, Barselona Musiqi Akademiyasının professoru S.Paçekin iştirak edirdi. O da gənclərin ifasından çox razı qalmışdı. Mən də həmişə xarici ölkələrə müsabiqələrə gedəndə Azərbaycan bəstəkarlarının əsərlərinin notlarını mütləq özümlə aparıram. Tələbələrimizin repertuarında da mütləq şəkildə bizim bəstəkarlarımızın əsərləri yer alır. Bununla da biz musiqimizi xarici ölkələrdə layiqincə təbliğ edirik.
OFELYA İSGƏNDƏROVA
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
Mətbuat Xidmətinin əməkdaşı
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39