Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsraildən olan müşahidəçilər Azərbaycanda seçkilərin şəffaf və demokratik şəraitdə keçdiyini bildiriblər

İsraildən olan müşahidəçilər Azərbaycanda seçkilərin şəffaf və demokratik şəraitdə keçdiyini bildiriblər

10.02.2020 [12:00]

İsraildən olan müşahidə missiyasının üzvləri keçirdikləri mətbuat konfransında Azərbaycanda fevralın 9-da baş tutan növbəti parlament seçkilərini yüksək dəyərləndirdiklərini bildiriblər. “Azərbaycan hakimiyyətinin İsraildə böyük nüfuzu var. Mən ölkənizdə keçirilən növbəti parlament seçkilərini müşahidə etmək məqsədilə bir neçə gün əvvəl Bakıya gəlmişəm. Paytaxtınızın inkişafı, bulvarın genişlənməsi keçmiş bakılı kimi, məni çox sevindirdi. Bakıdakı inkişafı görəndə Azərbaycan hakimiyyətinin nə üçün İsraildə böyük nüfuz qazandığının səbəbini anladım”.
Bu sözləri mətbuat konfransında İsraildən olan beynəlxalq müşahidəçi Roman Gureviç deyib. Fikirlərinə davam edən israilli müşahidəçi Azərbaycandakı seçkilərin şəffaf və demokratik şəraitdə keçdiyini bildirib. Bakıda yerləşən 6 seçki məntəqəsində müşahidə apardıqlarını və daha çox gənclərin seçkilərə maraq göstərdiyini bildirən R.Qureviç deyib: “Gənclərin səsverməyə həvəsi çox müsbət haldır. Seçki məntəqələrində veb kameraların quraşdırılmasını da yüksək dəyərləndirirəm. Müşahidə apardığımız məntəqələrdə hər hansı qanun pozuntusu ilə rastlaşmadıq”.
Seçkilərin nəticələri ilə bağlı fikirlərini bölüşən digər müşahidəçi Boris Qrosman qeyd edib ki, artıq Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur: “Hesab edirəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Yaşlı nəslin nümayəndələrinin seçkilərə gələrək səs verməsi, sadəcə, valehedici idi. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin fəal olacaqlarına ümidimiz az idi. Lakin hər şey gözlədiklərimizin əksinə oldu”.
İsraildən gələn digər müşahidəçi Aleksey Tessarskiy Azərbaycanda parlament seçkilərinin yüksək fəallıq şəraitində keçdiyinə xüsusi diqqət çəkib: “Müxtəlif yaş qrupundan olan insanların kəskin hava şəraitinə baxmayaraq, seçki məntəqələrinə gəlmələri və səs vermələri hər cür xoş sözə layiqdir. Biz müşahidə apardığımız seçki məntəqələrində heç bir qanun pozuntusuna rast gəlmədik. Məntəqələrin əməkdaşları maraqlandığımız məlumatları bizə məmnuniyyətlə və dolğun şəkildə təqdim edirdilər”.

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30