Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə növbəti görüşünü keçirib

Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə növbəti görüşünü keçirib

05.02.2020 [09:49]

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. YAP-ın 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədi Emin Hacıyevin təşviqat kampaniyası çərçivəsində 9-cu mikrorayonda seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat verib. YAP şəhər təşkilatının sədri seçiciləri fevralın 9-da seçki məntəqələrinə gedib “Daha güclü Azərbaycan naminə” ölkəmizin gələcək inkişafını hədəfləyən YAP-ın namizədlərinə səs verməyə çağırıb: “Bu gün ölkəmizdə abadlıq-quruculuq işləri davam etdirilir. YAP hər zaman dövlətçilik maraqlarının müdafiəsində ön sıralarda yer alıb. Mən əminəm ki, hər zaman Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirən Sumqayıt seçiciləri bu seçkilərdə də YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək”.
Seçicilər qarşısında çıxış edən YAP-ın namizədi Emin Hacıyev bildirib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcək: “Bu gün Azərbaycanda mühüm islahatlar aparılır. Bu islahatlar bütün vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət göstərir. Bu işdə Prezidentimizin ən yaxın dəstəkçisi məhz Yeni Azərbaycan Partiyasıdır. Mən əminəm ki, seçicilərimiz düzgün seçim edəcək və YAP-ın namizədlərinə səs verəcəklər”.

Paylaş:
Baxılıb: 419 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30