Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Elnarə Məhərrəmova seçicilərlə görüşüb

Elnarə Məhərrəmova seçicilərlə görüşüb

25.01.2020 [10:15]

Yeni Azərbaycan Partiyasının (YAP) 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədi Elnarə Məhərrəmovanın Düz Rəsullu və Çay Rəsullu kəndlərində seçicilərlə növbəti görüşü baş tutub. Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının seçki qərargahının üzvləri Kərəm Məmmədov, Fəzail Kərimov və Firdovsi Əliyev qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat veriblər. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatılıb. Bu isə seçicilərin həm də ölkəmizdəki inkişafın davamlı olmasına səs verməsi deməkdir.
Çıxış edən YAP-ın namizədi E.Məhərrəmova ona etimad göstərərək deputatlığa namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasına minnətdarlığını bildirib. Daha sonra təmsil etdiyi Yeni Azərbaycan Partiyasının hər zaman xalqının mənafeyi müstəvisindən çıxış etdiyini söyləyən namizəd bu gün demokratik Azərbaycanın yüksək inkişaf tempi əldə etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti vətəndaşların sosial təminatının yüksəlməsinə yol açıb. E.Məhərrəmova gədəbəyli seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıb.
Daha sonra çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30