Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə növbəti görüşləri keçirilib

YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə növbəti görüşləri keçirilib

23.01.2020 [10:34]

Yeni Azərbaycan Partiyasından 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşləri keçirilib. İlk görüş Yevlax rayonunun Yuxarı Qarxun kənd sakinləri ilə baş tutub.
Əvvəlcə Yuxarı Qarxun kəndində Qarabağ müharibəsi veteranı Coşqun Məmmədovun ailəsində qonaq olan İlham Məmmədov xeyir-duasını ailənin iki övladı Fəridlə Pünardan alıb. Çay süfrəsi ətrafında gedən səmimi söhbət zamanı İlham Məmmədov Fəridlə Pünarın səhhəti ilə bağlı məsələlərin bundan sonra da hər zaman diqqətdə olacağını deyib. Sonda ailə üzvləri İlham Məmmədova təşəkkür edib, qarşıdan gələn seçkidə ona uğurlar arzulayıblar.
Daha sonra İlham Məmmədov Yuxarı Qarxun kənd sakini, Ağdərə və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmiş Qarabağ müharibəsi veteranı Həsənoğlu Teymur Salik oğlunun qonağı olub. Hazırda dövlət tərəfindən ona tikilən evə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Teymur Həsənoğlu hər zaman ölkə başçısının diqqət və qayğısını hiss etdiklərini deyib.
Orada həyətdə həmçinin digər kənd sakinləri ilə də söhbət aparılıb, deputatlığa namizəd onların müraciət və təkliflərini dinləyib.
İlham Məmmədov bildirib ki, YAP-ın bu seçkilərdə irəli sürdüyü namizədlərin hər biri Milli Məclisdə seçicilərimizi təmsil etməyə layiq olan partiya üzvləridir.
“Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, təhlükəsizliyi və rifahı dayanır. Bizim dövlətimiz sizin kimi sadə vətəndaşlarla güclüdür”, - deyən İlham Məmmədov sonda seçki platformasını açıqlayıb, sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
İlham Məmmədovun növbəti görüşü isə Yevlax şəhər ictimaiyyətinin nümayəndələri ilə olub. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Yevlax rayon şöbəsində keçirilən görüşdə çıxış edən seçicilər fevralın 9-da məhz Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30