Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən namizədi Sevinc Hüseynova seçicilərlə görüşüb

YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən namizədi Sevinc Hüseynova seçicilərlə görüşüb

22.01.2020 [11:00]

YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən namizədi Sevinc Hüseynovanın rayonun Qoşabulaq və Totuqlu kəndlərində seçicilərlə görüşü keçirilib. Tədbirdə YAP Gədəbəy rayon təşkilatının Seçki Qərargahının üzvləri Alim Verdiyev, Xəyyam Vəliyev, Kərəm Məmmədov, Məlahət Əliyeva və başqaları iştirak ediblər. Tədbirdə qeyd edilib ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatılıb. Vurğulanıb ki, bu gün xalqımız Yeni Azərbaycan Partiyasına inanır, bu partiyanın irəli sürdüyü namizədlərə etimad göstərir. Tədbirdə Gədəbəy seçicilərinin də daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verəcəklərinə əminlik ifadə olunub.
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsi üzrə deputatlığa namizədi Sevinc Hüseynova çıxışında bildirib ki, ölkəmizdə, o cümlədən bölgələrdə bütün sahələr üzrə paralel şəkildə yenidənqurma, müasirləşdirmə işləri aparılır. Bu yeniliyin vətəndaşların rifahına xidmət göstərdiyini deyən S.Hüseynova kənd təsərrüfatına edilən yardımların, ayrılan subsidiyaların, eləcə də qəbul olunmuş Dövlət proqramlarının əhəmiyyətindən bəhs açıb: “Bu gün bölgələrimizdə kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm qoyur. Kiçik və orta sahibkarlığın inkişafına verilən dəstək bunu deməyə əsas yaradır. Mən inanıram ki, seçicilərimiz fevralın 9-da YAP-ın namizədlərini dəstəkləyəcəklər. Çünki YAP hər zaman ölkəmizin inkişafında, yeni qanunların işlənib hazırlanmasında mühüm rol oynayır”.
Tədbirdə çıxış edən seçicilər Sevinc Hüseynovaya səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 661 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30