A+   Yenilə  A-
Heydər Əliyev yoluna sədaqətin bariz nümunəsi

Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlılığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür.
Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, əlverişsiz geopolitik transformasiyalar nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.
Bütün bunların başlıca səbəbi Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Vasif Talıbov Azərbaycanda müstəqil dövlətçiliyin qurulması, respublikanın ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi dövlətin bərqərar olması kimi ali məqsədlər naminə Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuş və müdrik rəhbərin yanında olmaqla əsl mənada Onun məktəbini keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən siyasi kursun reallaşmasında fəal iştirak etmişdir. Cənab Vasif Talıbovun bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlıdır. Habelə onun apardığı məqsədyönlü iş sayəsində qonşu xarici dövlətlərlə - Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə normal münasibətlər inkişaf etdirilmiş, çoxsaylı müqavilələr imzalanmışdır. Belə münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək etmişdir.
Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.
Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Qeyd edək ki, İslam mədəniyyətinin paytaxtı və ölkəmizin Gənclər paytaxtı kimi mühüm tarixi missiyanı yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər ötən 2019-cu il ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.
İnkişafın ən mühüm göstəricilərindən biri, yəni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən başlıcası ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 839 milyon manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 1,5 faiz üstələyir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artaraq 6202 manatı ötüb.
Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. 2019-ci il ərzində iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Ötən il ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutub və maddi istehsalın payı 58 faiz təşkil edib.
Muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, inzibati binalar, o cümlədən məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları ən modern üslubda, lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir kommunikasiya, o cümlədən yüksək sürətli internetlə tam təmin edilib.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən şəhərlərə köçməyin kütləvi hal almasıdır. Naxçıvanda isə belə bir problem yoxdur. Kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, ölkəmizdəki ən keyfiyyətli yolların çəkilməsi, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib. Məlumat üçün bildirək ki, bu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Məhz görülən məqsədyönlü işlərin nəticəsidir ki, ötən il 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunmuş, bunun da xeyli hissəsi ixrac edilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq və təhlükəsizlik mülahizələri rəhbər tutularaq muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə qida təhlükəsizliyi sistemi ən yüksək səviyyədə qurulmuşdur. Bu baxımdan, kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Taxıl öz kaloriliyinə görə insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Bu sahənin inkişafına qayğı, diqqət göstərmədən bir çox sahələrin inkişafı mümkün deyil. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 33 min 308 hektar sahədən 102 min tondan artıq məhsul götürülüb.
Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər muxtar respublikanın istehsal sahələrinin genişlənməsinə və iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olmuşdur. Cari ilin ötən dövründə sahibkarlara 24 milyon 546 min manat kredit verilmiş, 72 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır ki, bunun da nəticəsində hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. İstehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olmuşdur.
Xüsusi vurğulamaq lazımdır ki, blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada bütün nəqliyyat və logistika sahələrində infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir. Belə ki, ötən il ərzində muxtar respublikada 93,9 kilometr uzunluğunda yeni asfalt yol salınmış, 3 körpünün tikintisi, 3 körpünün isə əsaslı təmiri başa çatdırılmış, 97 min metr fiber-obtik, 143 min metr rabitə xətləri çəkilmişdir.
Muxtar respublikanın iqtisadi inkişafında əsas prioritetlərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən sistemli tədbirlər, xüsusilə ixracın stimullaşdırılması, istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. 2019-cu ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86,0 faizi, yaxud 425 milyon 539 min ABŞ dolları ixracın payına düşmüş, müsbət saldo yaranmışdır.
Sevindirici haldır ki, əhali arasında hüquq maarifi və profilaktik tədbirlərin gücləndirilməsi nəticəsində cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məşkunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı artaraq 460 min nəfərə yaxın olmuşdur.
Bütün bu amillər heç şübhəsiz, turizm sahəsinin inkişafına da ciddi təkan vermişdir. Turizmin inkişafı sahəsində görülən işlərin və yaradılan şəraitin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlmişdir. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” isə Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2017-ci ildə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlib.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası ilə quru sərhədləri mövcud deyil. Cənubdan xarici dövlətlərlə, yerdə qalan istiqamətlərdə isə Azərbaycan torpaqlarını işğal etmiş düşmən Ermənistan Respublikası ilə həmsərhəddir. Bu faktor Naxçıvan üçün təhlükəsizlik probleminin strateji baxımdan nə dərəcədə əhəmiyyətli olduğunu müəyyən edir. Ona görə də, Naxçıvanda daim silahlı qüvvələrə diqqət və qayğı ən yüksək səviyyədə həyata keçirilmişdir. Ordunun maddi-texniki təchizatı ən müasir dünya standartlarına uyğun təşkil olunmuş, mütəmadi keçirilən hərbi təlimlər nəticəsində daim hərbə hazır vəziyyətə gətirilmişdir. 2013-cü ildə Naxçıvanda yerləşən hərbi hissələrin əsasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yaradılması burada dislokasiya olunmuş silahlı qüvvələrin döyüş qabiliyyətini daha da artırmışdır. Belə ki, təkcə 2018-ci ildə keçirilmiş Günnüt əməliyyatı nəticəsində 11 min hektardan artıq ərazi düşməndən təmizlənmiş, Ermənistanın strateji kommunikasiyaları ordumuzun nəzarətinə keçmişdir. Ümumiyyətlə Naxçıvanda güclü silahlı qüvvələrin mövcudluğu daim İrəvanı təhdid altında saxlayaraq bütövlükdə ölkəmizin strateji təhlükəsizliyinə mühüm töhfə verməkdədir.
Göründüyü kimi, 30 ilə yaxındır, blokada şəraitində yaşasa da, Naxçıvan Muxtar Respublikası hərtərəfli və dayanıqlı inkişafa nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyib: “...Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.
Yuxarıda sadalananlar Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafa nail olunmasının göstəriciləri, böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir. Bu isə muxtar respublikanın şəhər və kəndlərinin simasını köklü şəkildə dəyişdirir. Hazırda Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Bütün bu nailiyyətlərin əldə edilməsində hələ təhsil aldığı və əmək fəaliyyətinə başladığı dövrlərdən doğma torpağına və xalqına qırılmaz tellərlə bağlı bir ziyalı, Prezidentimiz İlham Əliyevə sadiq və bacarıqlı dövlət xadimi kimi cənab Vasif Talıbovun misilsiz xidmətləri var. Öz mənalı ömrünün 60-cı ilinə qədəm qoyan Vasif müəllimə bundan sonra da vətənimiz, dövlətçiliyimiz, xalqımız və qədim Azərbaycan torpağı Naxçıvanımızın çiçəklənməsi naminə göstərdiyi xidmətlərinə görə daha böyük müvəffəqiyyətlər arzulayır, şəxsi və ictimai-siyasi fəaliyyətində yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı diləyirik.
Uğurlar olsun!
Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini

 
  • Oxunub:  2910  |  
  • Tarix:  14-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır
21 Fevral 09:20
Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6