Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu

“Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu

10.01.2020 [09:08]

“Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı və baxımlı intellektual yarışı “Breyn Rinq”in 14-cü mövsümü yekunlaşıb. Mobil operatorun dəstək olduğu “Nar” komandası ilin qalibi olub. Belə ki, ölkə intellektuallarının mübarizə apardığı yarışda “Nar”, bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “İçəri şəhər” komandası ilə qarşılaşıb və mübarizədə qalib gəlib. Qeyd edək ki, ötən mövsümkü yarışda “Nar” komandası mobil operator tərəfindən təsis edilmiş “Nar” kubokunun sahibi idi. Qaydalara görə isə mövsümün sonunda “Bilik” kuboku və “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışır.
Bu mövsüm yarışda 11 universitet və 15 region komandası da daxil olmaqla, 34 komanda mübarizə aparıb. İctimai Televiziyada yayımlanan “Breyn Rinq”ın 14-cü mövsümü sentyabr ayında başlamışdı.
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif layihələrə dəstək verir. “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30