A+   Yenilə  A-
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır

Rusiya ilə Azərbaycanın iqtisadiyyat, siyasət, təhsil və mədəniyyət sahələrində intensiv əlaqələri dünya politoloqlarında maraq doğurur. Onlar bir çox dövlətlər arasında qeyri-sabit və münaqişəli qarşılıqlı əlaqələr fonunda bu qeyri-xarakterik fenomenin səbəblərini öyrənməyə çalışırlar. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bayram tədbirində söylədiyi nitqində, o cümlədən belə vəziyyətin səbəblərini izah edib. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində hazırda strateji tərəfdaşların qarşılıqlı münasibətlərinin necə formalaşmasından və birinci şəxslərin mövqelərinin bu münasibətlərə necə təsir göstərdiyindən danışıb.
- Prezident İlham Əliyev öz nitqində bir neçə dəfə vurğulayıb ki, Azərbaycana sevgisini etiraf edən bəzi ölkələrə etibar etməyə dəyməz. Eyni zamanda, xüsusi qeyd edib ki, Rusiyada Azərbaycana böyük hörmətlə yanaşırlar. Dmitri İvanoviç, Azərbaycanın Rusiya ilə sıx münasibətlərinin indiki vəziyyətini necə xarakterizə edərdiniz?
- Respublika dünyanın 141 ölkəsi arasında qlobal rəqabətlilik indeksində cəmi bir il ərzində 11 bənd yüksələrək 58-ci yeri tutur. İqtisadi uğurlar respublika rəhbərliyinə minimal əməkhaqqının məbləğini iki dəfə, minimal pensiyanın məbləğini 70 faiz artırmağa imkan verib. Müxtəlif dünya miqyaslı tədbirlərin uğurla keçirilməsi Azərbaycanın vizit kartlarından birinə çevrilib. Təəccüblü deyil ki, bu gün bir çox ölkələr respublika ilə dostluq etmək istəyirlər. Azərbaycan bu yaxınlarda öz üzərinə Qoşulmama Hərəkatına sədr statusunu götürüb. Özü də bütün iştirakçı ölkələr yekdilliklə ona səs veriblər, çünki ən ağır tarixi sınaqlar və provokasiyalar qarşısında baş əyməyən respublika öz qəti siyasi iradəsini dəfələrlə nümayiş etdirib. Azərbaycanı kiminləsə ittifaqa məcbur etmək olmaz, hansı ölkə ilə əməkdaşlıq edəcəyini yalnız o, özü müəyyənləşdirə bilər. Odur ki, qarşılıqlı münasibətlərimiz bir istiqamətdə addımlayan iki müstəqil dövlətin azad tərəfdaşlığıdır. Qeyd edim ki, Azərbaycan istənilən layihədə daim qarşılıqlı fayda prinsipinə əməl edir və öz maraqlarından imtina etməyəcək. Məhz Rusiya ilə münasibətlərə gəldikdə isə ölkələrimizin dostluğu zamanın sınağından keçib: bizi ümumi tarix, rus dili və mədəni ənənələr bağlayır, çünki Rusiya ilə Azərbaycan bütün sahələrdə əməkdaşlığı birlikdə möhkəmləndirirlər, o cümlədən müxtəlif beynəlxalq məkanlarda öz maraqlarını birlikdə müdafiə edirlər.
- Azərbaycanın Avropa İttifaqının hər hansı ölkəsi ilə deyil, məhz Rusiya ilə tərəfdaşlığı seçməsini nə ilə izah edə bilərsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevə Avropaya inteqrasiya etməyi məsləhət görəndə, o, rişxəndlə belə cavab verib: “Biz haraya inteqrasiya etməliyik, böhrana?” Özünüz düşünün: Azərbaycan dünyəvi dövlətdir, lakin, eyni zamanda, ənənəvi əxlaqi dəyərləri rəhbər tutan müsəlman dövlətidir. Son vaxtlar “Stop İslam!” şüarını səsləndirərək müsəlmanları sıxışdıran Avropa ölkələri onun hansı ortaq maraqları ola bilər? Bütün bunlar müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin təmsilçilərinin mehriban qonşuluq və həmrəylik şəraitində dinc yanaşı yaşayaraq, bir-birini zənginləşdirdiyi multikulturalizm prinsipləri ilə daban-dabana ziddir. Çoxmillətli və çoxkonfessiyalı Rusiya bu baxımdan hər hansı Avropa ölkəsindən qat-qat üstündür. Bu arqumentlərə hər iki ölkənin iqtisadi inkişafının ümumi meyilləri də əlavə olunsa, Azərbaycanın strateji tərəfdaş olaraq Rusiyanı seçməsinin səbəbi çox aydın görünər.
- Sizcə, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı uzunmüddətli perspektivdə hansı üstünlükləri verir?
- Bu, uzunmüddətli yüksəliş dövrü yaşayan bərabərhüquqlu və qarşılıqlı faydalı formatdır, özü də qarşılıqlı əlaqələr iqtisadiyyat, siyasət, ölkələrimizin təhlükəsizliyinin təmin edilməsində və humanitar sahədə çoxvektorlu xarakter daşıyır. Son vaxtlar Rusiya və Azərbaycan möhkəm təməl və sahmanlı əməkdaşlıq mexanizmləri qura biliblər. Məsələn, bu, ticarətin və qarşılıqlı investisiyaların artmasını, müştərək istehsalatların yaradılmasını, informasiya və rəqəmsal sahədə təcrübə mübadiləsinin aparılmasını, nəqliyyat potensialının inkişafını və humanitar əlaqələrin genişlənməsini nəzərdə tutan “yol xəritələri”nə də aiddir. Hər yerdə, o cümlədən parlamentlərarası əlaqələrdə münasibətlərin intensivləşməsi görünür: biz fəal ünsiyyət saxlayırıq, mütəmadi olaraq qanunvericilik fəaliyyəti təcrübəsini və ölkələrimizin prezidentləri səviyyəsində əldə edilmiş razılaşmaların reallaşdırılmasına dair təklifləri mübadilə edirik.
Vladimir Vladimiroviç Putin ilə İlham Heydər oğlu Əliyevin birgə səyləri sayəsində Rusiya ilə Azərbaycan arasında xüsusilə etibarlı xarakter daşıyan münasibətlər bərqərar olub ki, bu da bütün sahələrdə qarşılıqlı fəaliyyətə güclü təkan və dinamika verir. Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Rusiyaya səfəri zamanı ona “Dostluq” ordeninin təqdim edilməsini dövlətlərarası dostluq və mehriban qonşuluq əlaqələrinin rəmzlərindən biri kimi qiymətləndirirəm. Mehriban Əliyeva təkcə Azərbaycanın müasir beynəlxalq imicini yaratmır. O, Moskvada olduğu müddətdə ölkəmizin birinci şəxsləri ilə danışıqlar aparıb, ikitərəfli əməkdaşlıq məsələlərini və onların perspektivlərini müzakirə edib. Bu isə o deməkdir ki, bizim birgə səylərimizlə yeni qarşılıqlı faydalı layihələr həyata keçiriləcək. Axı, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq çoxşaxəlidir, onun potensialı isə hələ uzun müddət tükənməyəcək.

 
  • Oxunub:  4290  |  
  • Tarix:  07-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+4 +7