A+   Yenilə  A-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma qəbiristanlıqda və türbədə aparılan abadlıq, bərpa və təmir işləri barədə məlumat verərək deyib: Cənab Prezident, ümumilikdə bu, Nəsiminin qardaşı Şahi Xəndanın xatirəsinə Şahxəndan qəbiristanlığı adlanır. Qəbiristanlıqdakı bu ərazi kənarda gördüyünüz məhəccərlərlə hörülü idi. Biz əhali ilə fərdi söhbət apardıq, xahiş etdik, icazə aldıq, məhəccərləri sökdük və ərazini abadlaşdırdıq.
Prezident İlham Əliyev: Görürəm, abadlaşdırılıb, qədim məzarlardır.
Tahir Məmmədov: Bunlar qədim məzarlardır. Bu məzarların hamısını torpağın altından çıxartdıq.
Prezident İlham Əliyev: Neçənci əsrə aiddir?
Tahir Məmmədov: Ümumilikdə Şahi Xəndanın qəbri XIV əsrə aiddir və bu qəbiristanlıq o dövrdən mövcuddur.
Prezident İlham Əliyev: Şəhər qəbiristanlığı kimi istifadə olunur?
Tahir Məmmədov: Bəli, hələ də istifadə olunur. Əlavə yerlər var. Şamaxıda bu cür iki böyük qədim qəbiristanlıq var. Bu və Yeddi günbəz qəbiristanlığı, hansında ki şahın ailə üzvləri dəfn olunubdur. Abadlıq işlərindən sonra burada belə bir genişlik yaranıb.
Prezident İlham Əliyev: Görürəm, bu əraziyə əl gəzdirilib.
Tahir Məmmədov: Biz indi fərdi şəkildə söhbət aparırıq ki, bütün bu məhəccərləri ərazidən götürək və ərazi bu cür açılsın. Arxada da çox qədim qəbirlər var, turistlər rahat keçib oraya da baxa bilsinlər. Buraya xaricdən çox turist gəlir və buranın energetikasını hiss etmək üçün binaya toxunurlar, gəzirlər.
Cənab Prezident, gəldiyimiz bu yol əvvəlcə asfalt idi. Abidənin təxminən müəyyən hissəsi gördüyümüz hündürlükdə torpaqla örtülü idi. Biz avstriyalı bərpaçı-memar Erik Pumerin tövsiyələri və onun təlimatı əsasında bu işləri apardıq, Heydər Əliyev Fondunun dəstəyi ilə. Birinci təlimat bundan ibarət idi ki, biz abidəni sudan azad etməliyik və bura gördüyümüz səviyyəyə - abidənin bünövrəsindən də aşağıya qədər qazıldı.
Prezident İlham Əliyev: Qapının da bir hissəsini torpaq örtmüşdü.
Tahir Məmmədov: Bəli, örtmüşdü və çöldən sular içəri sızırdı və orada rütubət çox idi. Ona görə binanın tam konservasiyasına qədər təlimat üzrə üstünü belə örtülü saxlayacağıq. Konservasiya olunana qədər daşların içi qurumalıdır. Türbənin içi havalandırma sistemi ilə qurudulur. Binanın ətrafında torpaq uçqunlarının qarşısını almaq üçün istinad divarları hörüldü. Memarların təklifi ilə biz binanın eskizini turistlər üçün əyani olsun deyə səkkizguşəli ulduz formasında yerə həkk etdik.
Prezident İlham Əliyev: Yəni, bu, binanın yuxarıdan görünüşüdür.
Tahir Məmmədov: Bəli, ortası da bu cür dairəvidir.
Mehriban Əliyeva: Yəqin ki, bərpa davam edəcək?
Tahir Məmmədov: Bəli, konservasiya davam edəcək. Daşlar quru olmadığına görə hələ içərisini bərpa etməmişik.
Mehriban Əliyeva: Quruyandan sonra iş davam edəcək?
Tahir Məmmədov: Bəli, davam edəcək.
* * *
Dövlətimizin başçısı və birinci xanım türbənin içərisinə daxil olublar.
* * *
Mehriban Əliyeva: Burada bir neçə məzar var?
Tahir Məmmədov: Burada iki məzar var. Mülahizələrə görə, biri Nəsiminin qardaşı Şahi Xəndanın qəbridir. Digəri isə bir qadının qəbridir, anasının, yaxud da onun nişanlısının olması ehtimalı var.
Prezident İlham Əliyev: Orada nə yazıldığı bəllidir?
Tahir Məmmədov: Hazırda bizim alimlərimiz onu araşdırırlar.
Mehriban Əliyeva: Yuxarı da yaşıldır.
Tahir Məmmədov: Bəli, tavanı tamamilə mamır örtmüşdü. İndi daşlar quruyub, gözlə görünür. Yaza, yaya qədər qurutma prosesi davam etməlidir.
Prezident İlham Əliyev: Bura mühafizə olunmalıdır. Gözətçilər var?
Tahir Məmmədov: Bəli, gözətçilər var.
Mehriban Əliyeva: Yəqin ki, məzarlar da torpağın altında olub, üstünü su örtüb.
Tahir Məmmədov: Torpaqdan içəri daim su sızırdı. Ona görə bu məzar daşları rütubətdən kövrəlib qırılıb. Həmin təlimat üzrə arxa tərəfdə, bünövrədən yuxarı xüsusi işlər görülüb. Orada heç bir sementdən və başqa materialdan istifadə olunmayıb.
Prezident İlham Əliyev: Bu da səkkizguşəli ulduzdur. İndi gərək alimlər gəlib bu yazıların tərcüməsini bizə təqdim etsinlər.
Tahir Məmmədov: Sovetlər dönəmində bura bir dəfə bərpa olunub. O vaxt sementdən, digər materiallardan istifadə ediblər, hansı ki bu, uyğun deyil. Cənab Prezident, bu, Sizin bizə ilk tapşırıqlarınızdan biri idi. Təbii ki, çalışırıq çox məsuliyyətlə və həssas yanaşaq. Tapşıranda da demişdiniz ki, müasir standartlara uyğun konservasiya etmək lazımdır.
Prezident İlham Əliyev: Yaxşı ki, siz xarici mütəxəssisləri bu işlərə cəlb etmisiniz. Deyəsən, həmin şirkət Qız qalasının da konservasiyası ilə məşğul olub?
Mehriban Əliyeva: Bəli, Avstriyanın.
* * *
Dövlətimizin başçısı və birinci xanım türbənin önündə şəkil çəkdiriblər.
* * *
Prezident İlham Əliyev: Burada da qədim məzarlar var. Turistlər buraya gəlirlər?
Tahir Məmmədov: Bəli, turistlər çox gəlirlər. Nəsimi festivalında xaricdən Nəsimi irsini araşdıran alimlər çox gəlmişdilər. Türbəyə çox böyük məhəbbətlə, diqqətlə yanaşdılar.
Prezident İlham Əliyev: Bura çox yaxşı abadlaşdırılıb.
Tahir Məmmədov: Cənab Prezident, indi Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxıdakı tarixi Gülüstan qalasının bərpası layihəsinin üzərində iş gedir. Bu işi də Avstriyadan olan bərpaçı alimlər görürlər. Artıq 3D skan prosesini bitirib, indi modelini hazırlayırlar. Sonra isə bərpa prosesi nəzərdə tutulur.
* * *
Prezident İlham Əliyev təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib.

 
  • Oxunub:  7050  |  
  • Tarix:  07-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+4 +7