Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı və Bordonun qardaşlaşmasının 40 illiyi qeyd olunub

Bakı və Bordonun qardaşlaşmasının 40 illiyi qeyd olunub

03.12.2019 [09:42]

Bu il paytaxtımız Bakı ilə Fransanın Bordo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaranmasının 40 ili tamam olur. Məhz 1979-cu ildə Bordoda şəhərlərin qardaşlaşması barədə sənəd imzalanıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əlamətdar tarixlə əlaqədar Fransanın Azərbaycandakı səfirliyi və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağ şəhərdə yerləşən Nobel qardaşlarının ev muzeyində tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, elm, ədəbiyyat, mədəniyyət xadimləri, tanınmış idmançılar, iş adamları iştirak ediblər.
Fransanın Azərbaycandakı səfiri Zakari Qrosa Fransa-Azərbaycan əlaqələri, Bordo şəhəri, onun tarixi, bu günü barədə məlumat verib, Azərbaycan-Fransa münasibətlərinin, həmçinin Bakı ilə Bordo arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. O, Bakı və Bordonun çox fəal və cəlbedici şəhərlər olduğunu qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Fransa və Azərbaycanı bağlayan amillər çoxdur. Hələ 1708-ci ildə Səfəvilər ilə Fransa arasında diplomatik və ticarət müqavilələri bağlanmışdır. Qacarlar dövlətinin zamanında da sıx əməkdaşlıq var idi.
“Bu gün Fransa-Azərbaycan əlaqələri inkişaf edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Fransaya rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafına təkan verdi. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə Fransaya, Fransanın dövlət başçıları Azərbaycana səfərlər ediblər. Heydər Əliyev Fondu Fransa-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində önəmli işlər görüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılıb. Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə Bakıda Azərbaycan-Fransa Universiteti yaradılıb.
Heydər Əliyev Fondu 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı abidələrin, 2008-ci ildə isə Luvr Muzeyinin bərpası işlərində iştirak edib. Xalq diplomatiyası səviyyəsində də əlaqələr inkişaf edir. Bir çox azərbaycanlı turistlər Fransaya, fransız turistlər Azərbaycana səfər edirlər”, - deyə Eldar Əzizov vurğulayıb.
Qeyd olunub ki, 40 il keçməsinə baxmayaraq, Bordo şəhəri ilə yaranmış sıx əməkdaşlıq bu gün də davam edir. Hər iki şəhər liman şəhəridir və formalaşmış iqtisadi və sənaye mərkəzləridir. Hər iki şəhərin zəngin tarixi var. Bakı və Bordo arasında əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcək.
Sonra Bordo şəhərinin meri Nikolas Florenin təbrik məktubu oxunub.
Sonda Bordo şərablarının təqdimatı keçirilib.

Paylaş:
Baxılıb: 264 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31