Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xaçmaz məktəblisi: Tur-aksiyadan zəngin təəssüratla qayıdacağıma əminəm

Xaçmaz məktəblisi: Tur-aksiyadan zəngin təəssüratla qayıdacağıma əminəm

14.11.2019 [09:31]

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxırıq. Bu səyahətdə iştirak etdiyim üçün çox sevinirəm. Qərb bölgəsində ilk dəfə olacağam. Gəncənin gözəl şəhər olması barədə çox eşitmişəm. İndi dostlarımla, müəllimlərimlə birlikdə Gəncə şəhərinə, Göygöl və Şəmkir rayonlarına səyahət edib, oradakı abidələrlə, muzeylərlə, turizm məkanları ilə tanış olacağıq. Əminəm ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan bu maarifləndirici tur-aksiyadan zəngin təəssüratla qayıdacağam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xaçmaz rayon Muxtar Osmanov adına Mehrəliqışlaq kənd ümumi orta məktəbinin IX sinif şagirdi Leyla Əhmədova söyləyib.
Maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək qiymətləndirən Xaçmaz məktəblisi bu layihənin şagirdlərə ölkəmizi daha yaxından tanımağa imkan verdiyini bildirib.
“Ölkəmizin dilbər guşələri ilə tanışlıq hər birimizin ürəyincədir. Qərb bölgəsində genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacağıq. Kitablarda, dərsliklərdə oxuduğumuz, televiziya ekranlarından izlədiyimiz tarixi-mədəni abidələri seyr edəcəyik”, - deyə Leyla Əhmədova söyləyib.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30