A+   Yenilə  A-
Regionlarda məktəb tikintisi uğurla davam etdirilir

2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
Məlum olduğu kimi, Azərbaycanda quruculuq işləri uğurla davam edir. Bu baxımdan, təhsil infrastrukturunun yenidən qurulması böyük əhəmiyyət kəsb edir. Ötən illər ərzində Azərbaycanın bir çox şəhər və kəndlərində yeni məktəb binalari tikilib, köhnə binalar əsaslı təmir olunub, avadanlıqlar yeniləri ilə əvəzlənib. Məktəblərin maddi-texniki bazaları gücləndirilib. Bütövlükdə, 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir ki, bunların da böyük hissəsi artıq istifadəyə verilib.
Hazırda bu sahədə işlər uğurla davam etdirilir. Bölgələrdə məktəb binalarının inşa edilməsi və ya əsaslı təmir olunması istiqamətində ardıcıl olaraq tədbirlər görülür.
Verilən məlumata görə, Quba rayonunun Zərdabi qəsəbəsində də 960 şagird yerlik yeni məktəb binası inşa olunacaq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəb üçün tikiləcək yeni bina üçmərtəbəli olacaq.
Hazırda təhsil ocağının köhnə binasının sökülməsi işləri həyata keçirilir. Həmin binanın yerində inşa ediləcək yeni məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laboratoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək. Məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.
Yeri gəlmişkən, qeyd edək ki, Quba rayonunun daha bir kəndində də yeni məktəb binası inşa olunur. Birinci Nügədi kəndində tikilən 792 şagird yerlik, üçmərtəbəli məktəb binası gələn il istifadəyə veriləcək. Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə iyundan başlanılıb. 3500 kvadratmetr sahəni əhatə edən binanın hazırda üçüncü mərtəbəsi və köməkçi tikililər inşa olunur.
İş icraçısı Məhsim Ramazanov bildirib ki, binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq.
Beş korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Qeyd edək ki, yeni tədris ilinin əvvəlində Quba rayonunda 8 modul tipli və şəhid Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 960 şagird yerlik binası məktəblilərin istifadəsinə verilib.
Salyanda Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün yeni bina tikilir
Salyan rayonunda Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün tikilən ikimərtəbəli yeni məktəb binasında isə inşaat işlərinin 80 faizi görülüb. 180 şagird yerlik binanın tikintisinə bu ilin iyununda başlanılıb. İnşaatçıların gərgin əməyi sayəsində az vaxt ərzində binada hörgü işləri başa çatıb, dam örtüyü vurulub, pəncərələr yerləşdirilib, elektrik, su və kanalizasiya xətləri çəkilib, fasad rənglənilib, ərazidə yaşıllıqlar salınıb. Hazırda binanın daxilində suvaq işləri aparılır, idman zalının dam örtüyünün vurulmasına hazırlıq işləri görülür. Binada sinif otaqları ilə yanaşı laboratoriya, tibb və kompüter otaqları, yeməkxana, idman və akt zalları və fənn kabinetləri olacaq. Təhsil ocağı müasir istilik sistemi, yeni inventar və texniki vasitələrlə təchiz ediləcək.
Xızıda 420 şagird yerlik məktəb binası inşa olunub
Xızı rayonunda da 420 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunub. Rafiq İsmayılov adına Xızı şəhər 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina bu ilin sonuna kimi şagirdlərin istifadəsinə veriləcək. Hazırda son tamamlama və tərtibat işləri aparılan məktəb binasının tikinti sahəsi 2 min 164 kvadratmetrdir.
Otuz sinif otağından ibarət tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.
Xızı Rayon Təhsil Şöbəsindən bildirilib ki, son 5 ildə rayonda 4 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu təhsil ocaqlarından ikisi modul tipli məktəblərdir.
Yardımlının Avun kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib
Oktyabrın 17-də Yardımlı rayonunun Avun kənd ümumi orta məktəbi üçün inşa edilmiş modul tipli bina istifadəyə verilib. 56 şagird yerlik yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Yeni məktəb binasının açılış mərasimində çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov məktəbin müəllim və şagirdlərini əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə edilib. Dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişib, müasirləşib, əhalinin rifah halı daha da yaxşılaşıb. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur.
Mərasimdə çıxış edənlər 18 Oktyabr Dövlət Müstəqilliyi Günü ərəfəsində onlara ərməğan edilən bu gözəl töhfəyə, ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar.
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
Respublikanın şimal bölgəsində 12 məktəb üçün yeni modul tipli bina quraşdırılır. Bu təhsil ocaqları istifadəyə verildikdən sonra 900 məktəblinin tədris şəraiti yaxşılaşacaq.
Xaçmaz rayonunun Fərzəlioba kəndində də 96 yerlik modul tipli binanın quraşdırılması işləri yekunlaşmaq üzrədir. Şəhid Çingiz Harunovun adını daşıyan ümumi orta məktəbin yeni binası yanğın xəbərdarlıq sistemi, istilik, işıq, su təchizatı, internet, inventar və avadanlıqlarla təmin olunacaq.
2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin direktor müavini Fərhad Əmrahov bildirib ki, şimal bölgəsində istifadəyə verilməsi nəzərdə tutulan 12 modul tipli məktəb binasının əksəriyyətində quraşdırma işləri yekunlaşıb. Qubada 5, Xaçmazda 4, Qusar rayonunda isə 3 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Son iki ildə şimal bölgəsində 38 modul tipli məktəb binası istifadəyə verilib.
Bu binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra Qubanın Ərməkiqışlaq, Susayqışlaq, Yalavanc, Qıraqlı-Cəkli, Küpçalqışlaq, Qusarın Ləzə, Cağar, Yasaboba, Xaçmazın Fərzəlioba, Padar, Ağaverdioba, Qaraçaycek məktəblərinin şagirdləri müasir binada təhsil alacaqlar.
Astarada isə 360 şagird yerlik Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün inşa edilən binalarda son tamamlama işləri aparılır.
Ağsunun Sarvan kəndində modul tipli təhsil ocağı istifadəyə verilib
Ağsu rayonunun Sarvan kənd ümumi orta məktəbi üçün quraşdırılan modul tipli yeni bina istifadəyə verilib.
Təhsil Nazirliyinin sifarişi ilə quraşdırılan yeni məktəb binası 96 şagird yerlikdir. Hazırda məktəbdə 86 nəfər şagird təhsil alır. On bir sinif otağından ibarət binada təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Noyabrın 6-da məktəbin müəllim və şagird kollektivlərinin, kənd sakinlərinin, qonaqların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışıblar.
Sonda tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar.
Naxçıvanda təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri uğurla davam etdirilir
Bu ilin 9 ayında Naxçıvan Muxtar Respublikasında təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri davam etdirilib, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin binasının yenidən qurulması, Şərur rayonunun Kərimbəyli kəndində 270, Babək rayonunun Kültəpə kəndində 360, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, Naxçıvan şəhərində 1140 şagird yerlik 5 nömrəli tam orta məktəb binasının yenidən qurulması başa çatdırılıb, Şərur rayonunun Xələc, Babək rayonunun Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Muğanlı və Muğancıq Mehrab, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Böyükdüz kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilib. Bundan əlavə, Şərur rayonunda Yeni Havuş və Xətai kəndləri üçün məktəb binasının tikintisi davam etdirilir.
Naxçıvan şəhərində 200 yerlik 2 nömrəli körpələr evi-uşaq bağçası binasının tikintisi başa çatdırılıb, Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi davam etdirilir.
Muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2018-ci ildə ölkənin ümumtəhsil müəssisələrində II və ya III növbələrdə oxuyan şagirdlərin sayı ümumi şagirdlərin 15,2 faizini təşkil etdiyi halda, muxtar respublikada bu göstərici 0,7 faiz səviyyəsində olub. 2018-ci ildə muxtar respublikada ümumi və tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında əldə olunmuş nəticələr də ölkə üzrə ümumi göstəricilərdən daha yüksək olub.
Nardar BAYRAMLI

 
  • Oxunub:  3630  |  
  • Tarix:  08-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+4 +6