A+   Yenilə  A-
Güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının təməlində dayanan əsas amildir

Prezident İlham Əliyev: İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir
Son 16 ildə müstəqil Azərbaycanın həyatı müxtəlif istiqamətləri əhatə edən dərinməzmunlu islahatlarla səciyyələnib. Azərbaycan Prezidentinin qətiyyətlə həyata keçirdiyi islahatlar dayanıqlı iqtisadi inkişafın, ölkədə şəffaflığın, əlverişli biznes mühitinin təmin edilməsi, inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması məqsədini daşıyır. Ciddi konseptual yanaşmalar, dəyişən dünya trendləri və Azərbaycanın potensialı, cəmiyyətin sosial sifarişi nəzərə alınmaqla hazırlanan islahatların uğurla reallaşdırılması sayəsində ölkəmizin həyatı dəyişib, yeni müsbət reallıqlar yaranıb. Əsas məqamlardan biri ondan ibarətdir ki, aparılan islahatlar milli iqtisadiyyatımızı əhəmiyyətli dərəcədə gücləndirib və onun qarşısında daha geniş inkişaf perspektivləri açıb. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən indiyədək ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb, eyni zamanda, qarşıya yeni vəzifələr qoyub. “İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir. Bu, bizə güc verir, inam verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik”, - deyə dövlətimizin başçısı bildirib.
İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinin, o cümlədən də xarici siyasətdə tutduğu prinsipial mövqeyin əsas baza prinsipidir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bunu ölkəmizin timsalında da açıq-aydın görmək mümkündür. Hazırda respublikamızın həyatı bütün istiqamətlərdə müsbət reallıqlarla səciyyələnir. Belə ki, ölkə boyu tarazlı inkişaf təmin edilir, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Uğurla reallaşdırılan böyük investisiya tutumlu layihələr hesabına bu gün Azərbaycan güclü infrastruktur təminatına malik ölkəyə çevrilib. Yeni çəkilən rahat yollar, qazlaşdırmanın ən ucqar dağ kəndlərini belə əhatə etməsi, generasiya güclərinin artırılması, içməli və suvarma suyu ilə təminatın yüksək səviyyəyə qaldırılması, müasir standartlar səviyyəsində tikilən sosial təyinatlı obyektlərin əhalinin istifadəsinə verilməsi, həmçinin insanların gəlir imkanlarının artırılması ölkədə vətəndaş məmnunluğunu təmin edir. Qısa müstəqillik tarixində Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib. Regionda reallaşdırılan bütün irimiqyaslı enerji və nəqliyyat layihələrinin moderatoru rolunda məhz respublikamız çıxış edir.
Azərbaycanın timsalında diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, ölkəmiz özünün inamlı inkişafını sırf daxili imkanlar hesabına təmin edir. Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil qismində çıxış edir. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün, əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”.
Son 16 ildə Azərbaycanın dövlət siyasətində bir qayda olaraq iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi təmin edilib. Bunun da nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Son 16 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. Məqsədyönlü yanaşmanın nəticəsidir ki, respublikamızda bazar iqtisadiyyatına transformasiya prosesi uğurla başa çatıb. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da artır. Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən 260 milyard dollardan çox investisiya yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da artır. Azərbaycan öz vəsaitlərinə böyük qənaətlə yanaşır. Bir tərəfdən uğurlu iqtisadi inkişaf sayəsində qazanılan vəsaitlər qarşıda duran məsələlərin həllinə, quruculuq-abadlıq işlərinə və bu kimi digər məqsədlərə yönəldilir, həmçinin digər tərəfdən ölkənin sabahı üçün güclü maliyyə təminatları yaradılır. Artıq respublikamızın strateji valyuta ehtiyatları 49 milyard dollara çatıb. Halbuki, 2004-cü ildə bu rəqəm cəmi 1,8 milyard dollar civarında idi.
Şübhə yoxdur ki, indiki mərhələdə müəyyənləşdirilən yeni paradiqmalar perspektivdə milli iqtisadiyyatımızı daha güclü edəcək, onun rəqabət qabiliyyətini daha da artıracaq. Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması qarşıya strateji vəzifə kimi qoyulub. O cümlədən qeyri-neft sektorunun inkişafı məqsədilə reallaşdırılan tədbirlər Azərbaycanın iqtisadi gücünü daha da artırır. Bütövlükdə ötən 16 ildə respublikamızda qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Təsadüfi deyil ki, 2019-cu ilin ötən 9 ayında milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri 15 faizdən çox olmaqla qeyri-neft sənayesində və 7 faiz olmaqla kənd təsərrüfatında qeydə alınıb.
Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür
Ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsinə müsbət təsir göstərən amillər sırasında aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəli qurulması da mühüm rol oynayır. Deyilənlər baxımından vergi sistemində məqsədyönlü şəkildə görülən işlər xüsusilə təqdirəlayiqdir. Son vaxtlarda Azərbaycanda vergi siyasəti daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir. Vergi sisteminin məhz yeni çağırışlara uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşdırılması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. Bundan əvvəl bir müddət Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəhbərlik etmiş Mikayıl Cabbarov KİV-ə müsahibəsində bildirib ki, cari ildə respublikamızda qabaqcıl dünya praktikası ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu prosesin ölkədəki iqtisadi artıma, oturuşmuş biznes vərdişlərinə və işgüzar mühitə xələl gətirmədən həyata keçirilməsi üçün müvafiq tədbirlər həm inzibatçılıq mədəniyyəti, həm də qanunvericilikdə müvafiq dəyişikliklər vasitəsilə tətbiq olunub. Son vaxtlarda vergi orqanları tərəfindən aparılan səyyar vergi yoxlamalarının sayı təxminən üç dəfə azaldılıb. Vergi orqanlarının praktikası və yanaşması imkan verir ki, bir çox vergidən yayınma halları texnoloji informasiya bazasının təkmilləşdirilməsi və zənginləşdirilməsi nəticəsində əldə edilmiş məlumatların təhlili vasitəsilə, yoxlamaya getmədən, subyektivlik amilini aradan qaldırmaq və insan amilinin rolunu minimuma endirməklə aşkara çıxarılsın. Vergi sistemində aparılan struktur islahatları barədə danışan Mikayıl Cabbarov bu islahatların fəlsəfəsinin vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi olduğunu bildirib.
Vergi sistemində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi prioritet istiqamət təşkil edir. Növbəti illərdə elektron xidmətlərin sayının genişləndirilməsi, bu xidmətlərin mobil cihazlar vasitəsilə əldə edilməsi imkanlarının yaradılması, vebportalın funksionallığının genişləndirilməsi nəzərdə tutulur. Hazırda qeyd olunan istiqamətlərdə zəruri işlər həyata keçirilir.
Vergi ödəyiciləri islahatlar çərçivəsində vergi sistemində apelyasiya sisteminin formalaşdırılmasından razılıq edirlər. Əlbəttə, heç bir fəaliyyət qüsursuz deyil və vergi orqanının qərarları ilə razılaşmayanların olması hər zaman mümkündür. Buna görə də vergi sistemində apelyasiya sisteminin fəaliyyətinə çox böyük önəm verilir. Burada sahibkarın və vergi ödəyicisinin şikayətinə baxılarkən məsələyə “yalnız vergi toplamaq” prizmasından deyil, “qanun düzgün tətbiq edilməlidir” fəlsəfəsi ilə yanaşılır. Həyata keçirilən bütün bu kimi tədbirlər, vergi orqanlarında əvvəllər müşahidə edilən neqativ halların aradan qaldırılması, şəffaflığın yüksək səviyyədə təmin olunması öz növbəsində vergilərin vaxtında və tam həcmdə ödənilməsinə müsbət təsir göstərib. Prezident İlham Əliyev 2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə plandan əlavə 350 milyon manat həcmində vəsait toplanmasını bilavasitə şəffaflığın təzahürü kimi səciyyələndirib: “Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağındadır. Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik”.
Ölkədə paralel şəkildə kadr və struktur islahatları aparılır
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. Ancaq yalnız iqtisadi potensiala arxayın olmaqla respublikanın perspektiv inkişafını təmin etmək mümkün deyil. İnkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. 23 oktyabr 2019-cu il tarixində isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Sənəddə də qeyd olunduğu kimi, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.
Bütövlükdə, ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Yeri gəlmişkən, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan struktur islahatları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Xəbər verildiyi kimi, bu günlərdə Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrin iqtisadiyyatlarının cari vəziyyəti, maliyyə, biznes və investisiya sferalarında müşahidə olunan trendlərin ətraflı analiz olunduğu növbəti hesabatını açıqlayıb. Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatları yüksək qiymətləndirilib.
Ölkəmizdə yeni mərhələdə institusional islahatlarla paralel olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qaldırılır. Belə ki, idarəetməyə daha gənc kadrlar cəlb olunur. Bu da təbiidir. Ölkə Prezidenti dövlət orqanlarında, icra strukturlarında çevikliyi artırmaq, islahatları dərinləşdirmək istəyir. Kadrlar da məhz qarşıya qoyulan tələblərə uyğun işləməlidirlər, islahatların dərinləşməsinə öz töhfələrini verməlidirlər. Prezident İlham Əliyev ölkədə kadr siyasətini dəyişməklə əslində idarəetməyə yeni nəfəs, daha güclü enerji gətirmək istəyir. İndiki mərhələdə yüksək səviyyəli kadrlara tələblərin kifayət qədər yüksək olduğunu nəzərə çatdıran dövlət başçısı “İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”, - deyə vurğulayıb.
Göründüyü kimi, Prezident İlham Əliyevin kadrlara verdiyi tələblər kifayət qədər ciddidir. Məhz belə yüksək hazırlığa, geniş dünyagörüşünə və zəngin mənəvi keyfiyyətlərə malik kadrlarla ölkəmizin bundan sonra da dayanıqlı inkişafını təmin etmək mümkündür.
Heç bir hədə-qorxu, heç bir təhdid Azərbaycanın apardığı siyasətə təsir edə bilməz
Hazırda dünyada gedən proseslər hər kəsə bəllidir. Qlobal miqyasdakı geosiyasi gərginliklər fonunda yalnız güclü dayaqlara malik dövlətlər ayaqda möhkəm dayanır və öz ölkələrinin, xalqlarının milli maraqlarına uyğun siyasət həyata keçirirlər. Biz iqtisadi tənəzzülün, maliyyə çatışmazlığının acı fəsadlarını forpost dövlətə çevrilən Ermənistanın timsalında açıq şəkildə görürük. Bütünlüklə dalana dirənən, ianələr hesabına yaşayan Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur, insanlar yoxsulluq və səfalət üzündən bu ölkəni tərk edirlər. Güclü iqtisadi potensiala malik olan ölkəmiz isə sırf milli maraqlara əsaslanan siyasət həyata keçirir. Öz hesabına yaşayan respublikamız dünyada ləyaqətli ölkə kimi tanınır. Əlbəttə, dünyada Azərbaycanı istəməyən dairələr, antimilli mərkəzlər də var. Biz zaman-zaman həmin mərkəzlərdən respublikamıza hücum və təzyiq cəhdlərinin şahidi olmuşuq. Ancaq onlar hər dəfə qarşılarında güclü, monolit Azərbaycan görüblər və geri çəkilmək məcburiyyətində qalıblar. Bu kimi məqamlardan bəhs edən Prezident İlham Əliyev deyib: “Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik”.
Yuxarıda deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7170  |  
  • Tarix:  07-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+4 +7