A+   Yenilə  A-
Elmar Məmmədyarov: Beynəlxalq hüquqa əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək problemlərin həlli üçün ən yaxşı yoldur

Avropa İttifaqının (Aİ) “bir ölçü hamıya uyğundur” yanaşmasını tərk edərək Qonşuluq Siyasətinə yenidən baxış sərgiləməsi xoş bir addımdır. Aİ ölkələrin ehtiyac və istəklərinə əsaslanmalı olan fərqləndirmə və xüsusi hazırlanmış tərəfdaşlıq anlayışını əlavə etməyə çalışdı. Bu ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox. İndi Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün Aİ-dən çoxsaylı fərqləndirmə yollarını gözləyir. Şərq Tərəfdaşlığının gələcək prosesini biz belə görürük.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər naziri Elmar Məmmədyarov Stokholmda “Şərq Tərəfdaşlığı üçün yeni siyasi baxış” mövzusunda yüksək səviyyəli nazirlər seminarında söyləyib.
Nazir deyib ki, hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları və baxışları ola bilər. Məsələn, Azərbaycan Şərq tərəfdaşları arasında Aİ-nin ən böyük investorudur, lakin heç vaxt Şərq Tərəfdaşlığında “qabaqlayıcı” statusuna iddia etməyib.
Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaq. Bir ölkə ki, digər ölkənin ərazilərinin 20 faizini işğal edib, əhalisinin 1 milyonundan çoxunu qaçqın və məcburi köçkünə çevirib, o ölkə özünü demokratik adlandıra bilməz.
Şərq Tərəfdaşlığı strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır. Ancaq burada Aİ Şərq Tərəfdaşlığı prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq böyük ehtimal ilə Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq. Azərbaycan kibertəhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır.
Beynəlxalq hüquq və qayda-qanunlara əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək regionda problemlərin həlli və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün ən yaxşı yoldur. Lakin Şərq Tərəfdaşlığını yeni yaranan təhdidlərə qarşı dayanıqlı və cavab verməyə qadir etmək üçün onun əsas öhdəliklərini yerinə yetirməliyik. On il əvvəl Praqada Şərq Tərəfdaşlığının əsasını qoyan Birgə Bəyannaməni qəbul etdik. Orada biz yekdilliklə Şərq Tərəfdaşlığının beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğal və Şərq Tərəfdaşlığının əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır. 2013-cü ildə Avropa Parlamenti (AP) tərəfindən Avropa Qonşuluq Siyasəti ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən bir Şərq Tərəfdaşlığı ölkəsinin digərinin ərazilərini işğal etməsi Şərq Tərəfdaşlığının əsas prinsiplərini və məqsədlərini pozur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır. Bundan əlavə, AP Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır. Beləliklə, Şərq Tərəfdaşlığının növbəti onillik gündəliyində güclü təhlükəsizlik komponenti olmazsa, bu müddətdə onun Azərbaycan üçün əlavə dəyəri az olacaq.
Beləliklə, qeyd olunan məqamları nəzərə alaraq bildirmək lazımdır ki, Azərbaycan Şərq Tərəfdaşlığının bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir. Şərq Tərəfdaşlığının növbəti onilliyi nə gətirə bilər, onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacaq, strukturlaşdırılmış bir dialoqun əvvəlki dialoq növündən fərqi necə olacaq. Bu cür suallar verdiyimiz və son 10 ildə Azərbaycanın Aİ ilə münasibətləri üçün Şərq Tərəfdaşlığının əlavə dəyərinin nə olduğunu düşünməyə vaxt ayırdığımız tamamilə aydındır. Şərq Tərəfdaşlığının genişləndirilməsi və ya onun institusional bazasının yaradılması barədə bəzi düşüncələr daxil olmaqla müxtəlif fikirlər eşidirik. Azərbaycan individual yanaşmaya üstünlük verir. Biz praqmatik və realist olmalıyıq.
Azərbaycan çox vaxt neft və təbii qazla əlaqələndirilir. Enerji qaynaqlarımızın əhəmiyyətinin yeni bir elementini təqdim edəcəyəm. Birincisi, təbii qazımız çirkləndirici kömürdən daha təmiz bir qalıq yanacağı molekuludur. İkincisi, təbii qazımız Aİ-nin ekoloji cəhətdən dost və enerji səmərəliliyini artırmaq kampaniyasında onun üçün ideal keçid yanacağı rolunu oynaya bilər. Bu, iqlim siyasətinin məqsədlərinə də aiddir. Beləliklə, Aİ-yə gedən qaz kəmərimiz Aİ-nin iqlim siyasətinin məqsədlərinə birbaşa töhfədir. Görürsünüz, bu həm ticarət, həm rabitə (infrastruktur), həm də ətraf mühit məsələsidir.
Bağlılıq Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlığın aparıcı qüvvəsi olmalıdır. Bu gün o, sabitlik mənbəyi və tərəfdaş ölkələrdə dayanıqlılığı gücləndirmək üçün bir vasitədir. Bu mövzu sərmayədarların, maliyyə qurumlarının, özəl sektorun diqqətini cəlb edir. Bu, həmçinin ticarət, yaradıcı bir ticarət deməkdir, proteksionizm deyil. Aİ tərəfindən beynəlxalq çoxtərəfli təşəbbüsün - Avropa Bağlılıq Forumunun irəli sürülməsi Azərbaycanın və müxtəlif qitələrdə daha geniş bağlılıq məqsədlərinə çatmaq yolunda olan ölkələrin mühüm rolunu müəyyənləşdirir.
Bəlkə də, Azərbaycan Aİ üçün böyük bir bazar deyil. Beləliklə, Azərbaycandan Aİ şirkətlərinə rəqabət çox deyil. Lakin xarici investorlarla müqavilələri milli qanun statusuna qaldıran məhz iqtisadiyyat və bazardır. İnvestorlar Azərbaycandakı öz kapitallarından və işlərindən rahatdırlar. Müqavilələrə hörmət etdiyimiz üçün qürur duyuruq. Müqavilələrin yüksək dərəcədə şəffaflığı var. Təbii sərvətlərimizlə dünyaya açıldığımız 1994-cü tarixli “Əsrin müqaviləsi” ilə bu işi bacardıq. Ölkəmizi Avrasiyanın xəritəsinə bir logistika mərkəzi kimi daxil etmək üçün yeni dövrdə yenidən bunu edəcəyik. Aİ-də və ya Şərq Tərəfdaşlığı bölgəsində başqa harada xarici investor gəlib 30-40 il eyni liberal maliyyə/investisiya rejimindən faydalana bilər? Bu, olduqca uzun müddətdir. Bu, böyük bir öhdəlikdir, həm də siyasi iradə tələb edir. Sabitlik vacibdir, hamı qazana bilər. Azərbaycan investorlara dost ölkədir. Bir çox Aİ iş adamı və investorunun bu məqsədlə Azərbaycanı seçməsi təsadüfi deyil. Əslində, Aİ bizim bir nömrəli ticarət və investisiya tərəfdaşımızdır.
Şübhəsiz ki, fiziki qarşılıqlı əlaqə öz-özünə təmin olunmur, onların kommersiya baxımından təmin edilməsi eyni dərəcədə vacibdir. Bu məqsədlə, Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsi ilə artan ticarəti təmin etmək üçün Azərbaycan Orta Asiya ölkələri ilə tariflərin birləşdirilməsi üzərində işləyir. Biz Aİ-nin bu regional magistral layihəni dəstəklədiyini və Aİ ölkələri ilə gələcək əlaqələrin perspektivini qiymətləndiririk. Avstriya, Almaniya, Macarıstan və digər Avropa İttifaqı ölkələrindən olan bir neçə böyük logistika şirkətinin Asiya ilə Avropa arasında yük daşınması üçün bizimlə birgə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə istəkli olmaları təəccüb doğurmur.
Prezident Tusk Azərbaycana son səfərində təsdiqlədi ki, Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevirmək üçün böyük addımlar atılıb və ölkənin həm şimal, həm də cənub qonşularına olan ambisiyalarını qeyd etdi. Xəritədə öz adımızı belə qoyduq - Azərbaycan nəinki çoxmilyardlıq Cənub Qaz Dəhlizinin təminatçısı, həm də Avropa ilə Asiyanın müxtəlif hissələri arasında bir neçə ticarət dəhlizini təşviq edən ölkədir. Ancaq bununla da dayanmırıq, ölkədə maliyyə, iqtisadi, sosial və ekoloji sabitliyi təmin etməklə daha çox investisiya üçün ilkin şərtləri həyata keçiririk. Dünya Bankının 2020-ci il üçün “Doing Business” hesabatında Azərbaycan biznesə başlamaq baxımından 9-cu, kredit/maliyyə imkanlarına görə 1-ci yeri tutması təəccüblü deyil.
Kiçik və orta sahibkarlığın (KOS) inkişafı, ehtimal ki, davamlı iqtisadi inkişaf və vətəndaşlarımızın rifahının yüksəldilməsi üçün əməkdaşlığımızın təməl nöqtəsi olaraq qalacaq. Biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü iqtisadi islahatlar, o cümlədən məhdud qiymət nəzarəti, mənfəətin geri qaytarılması və texnologiyanın ötürülməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, milli və xarici investorlar arasında ayrı-seçkiliyin, xarici valyuta ilə bağlı məhdudiyyətlərin olmaması və digər amillər Azərbaycanda KOS-lar üçün əlverişli şərait yaradır.
Avropa İttifaqı “ABAD” İctimai Birliyi ilə sıx əməkdaşlıq edərək bölgələrdə kiçik ailə biznesinə dəstək nəticəsində kənd yerlərində yerli potensialın artırılmasına çalışır, Azərbaycanda müasir və davamlı biznes modellərinin formalaşmasına kömək edir. Bu islahatlar öz bəhrəsini verməyə başladıqca mövcud işçi qüvvəsi ilə biznesin ehtiyacları arasındakı fərq böyük diqqətə layiqdir. Beləliklə, Aİ-nin gələcək illərdə peşə təhsili və işçi qüvvəsinin istedad portfelini gücləndirməsinə dəstəyini məmnuniyyətlə qarşılayacağıq.
Bizim prioritetimiz neft və qazdan kənar şaxələndirməni təmin etmək və bununla turizm, KOS inkişafı, logistika, yüksək texnologiya və kənd təsərrüfatına daha çox investisiya qoymaqdır.
İqtisadiyyatın rəqəmsallaşdırılması Şərq Tərəfdaşlığında rəqəmsal bazarların uyğunlaşdırılması üçün istifadə olunmamış potensialın böyük toplusunu təmsil edən Rəqəmsal Ticarət Mərkəzinin tətbiqi ilə tam sürətlə davam edir. Aİ şirkətləri rəqəmsal xidmətlərin mərkəzləşdirilməsini və bütün dövlət qurumlarının informasiya sistemlərinin vahid elektron platformaya tam inteqrasiyasını təmin edən “ASAN xidmət”in səmərəliliyini tanıdılar. Digər tərəfdən, bu sektorda davam edən islahatlar müvafiq olaraq vətəndaşların dövlətə etimadının ilkin şərtlərinə xidmət edən düzgün idarəetməni yaxşılaşdırır.

 
  • Oxunub:  3690  |  
  • Tarix:  06-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev konkret faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi

18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir
18 Fevral 17:52
Anar Kərimov: Xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir
18 Fevral 17:48
Naqif Həmzəyev: Münhen debatı Ermənistanın açizliyinin nümayişi oldu
18 Fevral 17:47
“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans başa çatıb
18 Fevral 17:42
MSK sədri: Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür
18 Fevral 17:29
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb
18 Fevral 17:15
MSK-nın iclasında parlament seçkiləri ilə bağlı bir sıra müraciətlərə dair qərarlar qəbul edilib
18 Fevral 17:09
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib
18 Fevral 17:07
Azərbaycanla Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir
18 Fevral 16:54
Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədədir
18 Fevral 16:23
Ankarada Xocalı soyqırımı mövzusunda konfrans keçirilib
18 Fevral 16:20
Salyan və Biləsuvar sakinlərinin dini məsələlərlə bağlı müraciətləri dinlənilib
18 Fevral 16:15
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
18 Fevral 16:02
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
18 Fevral 15:56
“Məktəblinin dostu” layihəsinin əməkdaşları təltif olunublar
18 Fevral 15:48
Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanılıb
18 Fevral 15:10
Berlində Ümumavropa Qarabağ mitinqi keçiriləcək - VİDEO
18 Fevral 14:43
Abbas Müsəvi: İran Azərbaycanın yeni parlamenti ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək
18 Fevral 14:28
Əbülfəs Qarayev Londonda Britaniya Şurasının baş ofisində olub
18 Fevral 14:18
Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək
18 Fevral 14:13
Erməni KİV-ləri “mikroinqilabçını” linç etməkdə davam edirlər
18 Fevral 14:11
Azərbaycan Peşəkar Boks Federasiyası və Dünya Boks Şurası beynəlxalq səviyyəli təlimlər təşkil edib
18 Fevral 13:21
Qış Məktəbi layihəsinin iştirakçılarına Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verilib
18 Fevral 12:51
“France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb
18 Fevral 12:45
USAID və KOBİA peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüslə çıxış ediblər
18 Fevral 12:31
Elçin Quliyev: Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında Paşinyan aciz durumda qaldı
18 Fevral 12:29
İranın bir sıra saytlarında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
18 Fevral 12:19
Yanvarda külək elektrik stansiyalarında 7,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
18 Fevral 12:08
KOBİA-nın idarə heyətinin sədri: Zərgərlik sahəsində aktiv ictimai birliyin yaradılmasına ehtiyac var
18 Fevral 11:56
Komitə sədri: Kölgə iqtisadiyyatı ilə mübarizə birgə aparılarsa, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdı
18 Fevral 11:54
Əli Əhmədov: Münxen Təhlükəsizlik konfransında Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini ləyaqətlə, bacarıqla və qətiyyətlə müzakirə etməsi bir daha sübut etdi ki, ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir
18 Fevral 11:47
Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sistemi təkmilləşdiriləcək
18 Fevral 11:30
Prezident İlham Əliyevin daxili və xarici siyasəti xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb
18 Fevral 11:26
Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə dair sənədli film və fotosərgi hazırlanır
18 Fevral 11:24
BDU-nun tələbələri “AzerGold” şirkətində təcrübə keçəcək
18 Fevral 11:19
Nazir: Sənaye klasterlərinin yaradılması üçün istehsal, emal və satış sahələrinə dəstək vermək niyyətindəyik
18 Fevral 11:18
Elmar Məmmədyarov Brüsseldə təşkil olunan Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib
18 Fevral 11:00
FHN: “Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb olunub
18 Fevral 10:47
SOCAR-da ABŞ-ın Xəzər Siyasət Mərkəzinin məsləhətçilər şurasının üzvləri ilə görüş olub
18 Fevral 10:41
Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır
18 Fevral 10:32
Bu gün iki oyunla UEFA Çempionlar Liqasının səkkizdədir final mərhələsinə start verilir
18 Fevral 10:02
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır
18 Fevral 09:50
Prezident İlham Əliyev konkret faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi
18 Fevral 09:36
UNEC Həştərxan Dövlət Universiteti ilə əməkdaşlığa başladı
18 Fevral 09:31
Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb
18 Fevral 09:22
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
17 Fevral 20:47
Tengiz Txilava: Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
17 Fevral 20:31
Politoloq: Münxen müzakirələri zamanı Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu
17 Fevral 20:20
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
17 Fevral 20:07
Ermənistan müxalifəti: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?
17 Fevral 17:58
Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş 177 müraciətdən 97-nə baxılıb
17 Fevral 17:56
Kürdəmirdə yol tikintisinə 4,9 milyon manat ayrılıb – SƏRƏNCAM
17 Fevral 17:56
UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
17 Fevral 17:52
MSK sədri: Komissiya üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar
17 Fevral 17:27
Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır
17 Fevral 17:06
Ötən il Nəsimi rayonunda 9000 daimi iş yeri açılıb
17 Fevral 16:50
Bakı Dövlət Universitetində “Psixoloji yardım sektoru”nun açılışı olub
17 Fevral 16:45
Ukrayna Analitika Mərkəzinin rəhbəri: Paşinyan başa düşdü ki, bu, onun qaldıra biləcəyi yük deyil
17 Fevral 16:38
Dmitri Savelyev: Paşinyan Münxendə inandırıcı deyildi
17 Fevral 16:34
Rövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcək
17 Fevral 16:06
Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər
17 Fevral 15:52
Dilarə Cəbrayılova: Nikol Paşinyan dünyanın gözü qarşısında aciz vəziyyətə düşdü
17 Fevral 15:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedəcək
17 Fevral 15:25
Türkiyəli hüquqşünas: Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir
17 Fevral 15:22
AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA