A+   Yenilə  A-
Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr edilmiş biblioqrafiya və elektron məlumat bazasının təqdimatı olub

Noyabrın 5-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya üzrə elmlər doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva-80” adlı elektron məlumat bazasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində hökumət və dövlət üzvləri, habelə tanınmış elm adamları iştirak ediblər.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olan Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. Bildirib ki, iyirmi yeddi yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib. Qeyd edilib ki, onun dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların uğurunu şərtləndirən əsas amillər idi. Aida xanım elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirib. Onun rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.
“Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsi olub. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı - Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bu gün dövlətimiz və dövlətçiliyimiz üçün çoxsaylı işlər görür”, - deyə K.Tahirov söyləyib.
Sonra görkəmli alimin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova görkəmli alimin yaradıcılığından söz açıb, kitablarının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, ərəbşünaslıq elmi üzrə ilk qadın filologiya elmləri doktoru olan Aida İmanquliyeva haqqında belə bir nəşrin ərsəyə gəlməsi olduqca sevindirici haldır. Biblioqrafiyanın alimin həyat və yaradıcılığı haqqında əsl mənbə olduğunu deyən H.Hüseynova qeyd edib ki, bu nəşr Aida İmanquliyevanın ədəbi irsinin dərindən öyrənilməsi baxımından önəm kəsb edir.
“Belə nəşrlərin cəmiyyətə təqdim olunması onu göstərir ki, ömrünü elmə həsr edən görkəmli alimlərin yaradıcılığı hər zaman diqqət mərkəzindədir. Aida İmanquliyeva da belə ziyalılardandır. Onun yaradıcılığında ayrı-ayrı mədəniyyətlərdə qadına münasibət və qadın hüquqları mövzusu xüsusi yer tutur. Bu baxımdan onun əsərləri Azərbaycan genderşünaslığı üçün də çox əhəmiyyətlidir. A.İmanquliyevanın elmi yaradıcılığı ilə yaxından tanış olduqda Qərb və Şərq mədəniyyətini, ümumiyyətlə dünyada mövcud olan ictimai-fəlsəfi fikir sistemlərini açıq-aşkar görmək mümkündür. Aida xanım yorulmaz elmi fəaliyyəti ilə yanaşı, qayğıkeş ana və gözəl insan obrazı olan ziyalı kimi tanınıb. Görkəmli alimin böyük çoxşaxəli, zəngin irsi təkcə onun yaradıcılığına aid olmayıb, eyni zamanda, ailəsinin, övladlarının varlığında da yaşayıb. Onun övladları bu gün vətənpərvər, xeyirxah ziyalı kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər”, - deyə H.Hüseynova söyləyib.
Unudulmaz alimin zəngin yaradıcılıq irisinin təbliğindən söz açan AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova deyib ki, Aida İmanquliyevanın gənc yaşlarından elmə olan sevgisi və bu yöndə atdığı addımlar onu görkəmli alimə çevirib. Qeyd edib ki, Şərq və Qərb ədəbiyyatının sintezi alimin yaradıcılığının mərkəzində dayanır: “Biz Aida xanımın məruzələrini hər zaman diqqətlə dinləyirdik. Bizim ərəb ədəbiyyatına olan marağımızın səbəbkarı Aida xanım idi. Onun yaradıcılığına hər zaman müraciət ediləcək. Aida xanımın elmi fəaliyyəti bu gün də maraq doğurur, gələcəkdə də belə olacaq”.
“Aida İmanquliyeva. Biblioqrafiya” kitabının “Ön söz”ünün müəllifi AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, görkəmli alim dəfələrlə Azərbaycan şərqşünaslıq elmini respublika hüdudlarından kənarda da təmsil edib. Diqqətə çatdırıb ki, Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddətdə onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib.
G.Baxşəliyeva vurğulayıb ki, dünya şöhrətli şərqşünaslarla adı bir arada çəkilən Aida İmanquliyevanın tədqiqatlarının sahəsi ərəb filologiyası və ya məhcər ədəbiyyatı olaraq qeyd edilir. Ancaq Aida xanımın araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncənin hüdudlarına sığmır. Alimin tədqiqatları nəticəsində bütün dövrlər üçün aktuallığını saxlayan mütləq bir həqiqət müəyyənləşib.
Unudulmaz alimin insani keyfiyyətlərindən söz açan natiq onunla bağlı xatirələrini bölüşüb, “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov çıxış edərək alimin həyat və yaradıcılığından, elmə verdiyi töhfələrdən, yorulmaz elmi axtarışlarından bəhs ediblər.
Tədbir çərçivəsində gənc şair Sevindik Nəsiboğlu Aida İmanquliyevaya həsr etdiyi şeiri səsləndirib.
Sonra “Aida İmanquliyeva-80” adlı elektron məlumat bazası təqdim olunub.
Qeyd edək ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı bu biblioqrafiyada, ilk növbədə, “Aida İmanquliyevanın həyat və yaradıcılığının əsas tarixləri”, “Aida İmanquliyevanın əsərlərində müdrik deyimlər”, “Görkəmli şəxsiyyətlər Aida İmanquliyeva haqqında” bölmələri yer alır. Biblioqrafik vasitədə alimin əsərləri - kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, habelə onun həyat və yaradıcılığını əks etdirən 1964-2019-cu illəri əhatə edən kitablar, dissertasiyalar, məqalələr, rus və başqa dillərdə çap olunmuş materiallar toplanıb. İlk dəfə olaraq “Aida İmanquliyeva dünya kitabxanalarında” və “Aida İmanquliyeva dünya universitet kitabxanalarında” bölmələri də biblioqrafiyaya daxil edilib. Kitabda ədəbiyyat xronoloji qaydada qruplaşdırılaraq əlifba sırası gözlənilib. Biblioqrafiya şərqşünas, ədəbiyyatşünas alimlər və kitabxanaçı-biblioqraflar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

 
  • Oxunub:  9540  |  
  • Tarix:  06-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev konkret faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi

18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir
18 Fevral 17:52
Anar Kərimov: Xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir
18 Fevral 17:48
Naqif Həmzəyev: Münhen debatı Ermənistanın açizliyinin nümayişi oldu
18 Fevral 17:47
“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans başa çatıb
18 Fevral 17:42
MSK sədri: Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür
18 Fevral 17:29
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb
18 Fevral 17:15
MSK-nın iclasında parlament seçkiləri ilə bağlı bir sıra müraciətlərə dair qərarlar qəbul edilib
18 Fevral 17:09
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib
18 Fevral 17:07
Azərbaycanla Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir
18 Fevral 16:54
Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədədir
18 Fevral 16:23
Ankarada Xocalı soyqırımı mövzusunda konfrans keçirilib
18 Fevral 16:20
Salyan və Biləsuvar sakinlərinin dini məsələlərlə bağlı müraciətləri dinlənilib
18 Fevral 16:15
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
18 Fevral 16:02
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
18 Fevral 15:56
“Məktəblinin dostu” layihəsinin əməkdaşları təltif olunublar
18 Fevral 15:48
Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanılıb
18 Fevral 15:10
Berlində Ümumavropa Qarabağ mitinqi keçiriləcək - VİDEO
18 Fevral 14:43
Abbas Müsəvi: İran Azərbaycanın yeni parlamenti ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək
18 Fevral 14:28
Əbülfəs Qarayev Londonda Britaniya Şurasının baş ofisində olub
18 Fevral 14:18
Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək
18 Fevral 14:13
Erməni KİV-ləri “mikroinqilabçını” linç etməkdə davam edirlər
18 Fevral 14:11
Azərbaycan Peşəkar Boks Federasiyası və Dünya Boks Şurası beynəlxalq səviyyəli təlimlər təşkil edib
18 Fevral 13:21
Qış Məktəbi layihəsinin iştirakçılarına Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verilib
18 Fevral 12:51
“France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb
18 Fevral 12:45
USAID və KOBİA peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüslə çıxış ediblər
18 Fevral 12:31
Elçin Quliyev: Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında Paşinyan aciz durumda qaldı
18 Fevral 12:29
İranın bir sıra saytlarında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
18 Fevral 12:19
Yanvarda külək elektrik stansiyalarında 7,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
18 Fevral 12:08
KOBİA-nın idarə heyətinin sədri: Zərgərlik sahəsində aktiv ictimai birliyin yaradılmasına ehtiyac var
18 Fevral 11:56
Komitə sədri: Kölgə iqtisadiyyatı ilə mübarizə birgə aparılarsa, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdı
18 Fevral 11:54
Əli Əhmədov: Münxen Təhlükəsizlik konfransında Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini ləyaqətlə, bacarıqla və qətiyyətlə müzakirə etməsi bir daha sübut etdi ki, ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir
18 Fevral 11:47
Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sistemi təkmilləşdiriləcək
18 Fevral 11:30
Prezident İlham Əliyevin daxili və xarici siyasəti xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb
18 Fevral 11:26
Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə dair sənədli film və fotosərgi hazırlanır
18 Fevral 11:24
BDU-nun tələbələri “AzerGold” şirkətində təcrübə keçəcək
18 Fevral 11:19
Nazir: Sənaye klasterlərinin yaradılması üçün istehsal, emal və satış sahələrinə dəstək vermək niyyətindəyik
18 Fevral 11:18
Elmar Məmmədyarov Brüsseldə təşkil olunan Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib
18 Fevral 11:00
FHN: “Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb olunub
18 Fevral 10:47
SOCAR-da ABŞ-ın Xəzər Siyasət Mərkəzinin məsləhətçilər şurasının üzvləri ilə görüş olub
18 Fevral 10:41
Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır
18 Fevral 10:32
Bu gün iki oyunla UEFA Çempionlar Liqasının səkkizdədir final mərhələsinə start verilir
18 Fevral 10:02
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır
18 Fevral 09:50
Prezident İlham Əliyev konkret faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi
18 Fevral 09:36
UNEC Həştərxan Dövlət Universiteti ilə əməkdaşlığa başladı
18 Fevral 09:31
Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb
18 Fevral 09:22
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
17 Fevral 20:47
Tengiz Txilava: Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
17 Fevral 20:31
Politoloq: Münxen müzakirələri zamanı Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu
17 Fevral 20:20
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
17 Fevral 20:07
Ermənistan müxalifəti: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?
17 Fevral 17:58
Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş 177 müraciətdən 97-nə baxılıb
17 Fevral 17:56
Kürdəmirdə yol tikintisinə 4,9 milyon manat ayrılıb – SƏRƏNCAM
17 Fevral 17:56
UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
17 Fevral 17:52
MSK sədri: Komissiya üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar
17 Fevral 17:27
Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır
17 Fevral 17:06
Ötən il Nəsimi rayonunda 9000 daimi iş yeri açılıb
17 Fevral 16:50
Bakı Dövlət Universitetində “Psixoloji yardım sektoru”nun açılışı olub
17 Fevral 16:45
Ukrayna Analitika Mərkəzinin rəhbəri: Paşinyan başa düşdü ki, bu, onun qaldıra biləcəyi yük deyil
17 Fevral 16:38
Dmitri Savelyev: Paşinyan Münxendə inandırıcı deyildi
17 Fevral 16:34
Rövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcək
17 Fevral 16:06
Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər
17 Fevral 15:52
Dilarə Cəbrayılova: Nikol Paşinyan dünyanın gözü qarşısında aciz vəziyyətə düşdü
17 Fevral 15:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedəcək
17 Fevral 15:25
Türkiyəli hüquqşünas: Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir
17 Fevral 15:22
AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA