A+   Yenilə  A-
Prezident İlham Əliyev: Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir

Dövlət başçısının verdiyi yeni tapşırıqlara əsasən Bakıdan Sumqayıta gedən yol genişləndiriləcək, həmçinin Bakıətrafı qəsəbələrdə bütün yollar yenidən qurulacaq
Azərbaycan cəmiyyəti son vaxtlarda tez-tez paytaxt Bakıda və şəhərətrafı qəsəbələrdə, eləcə də respublikanın bölgələrində yeni yol layihələrinin yüksək səviyyədə tamamlandığının şahidi olur ki, bu da respublikamızın inkişafının, iqtisadi və maliyyə imkanlarının genişlənməsinin daha bir təzahürüdür. Yeni, rahat yollar müstəqil Azərbaycanın paytaxtının, həmçinin digər şəhər və kəndlərinin müasir simasını səciyyələndirir, ölkə üzrə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir, eyni zamanda insanların həyatına böyük rahatlıq gətirir. Bütövlükdə, son 16 ildə respublikamızda yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə üzrə 15 min kilometr yol çəkilib, 443 körpü istifadəyə verilib.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev tez-tez paytaxt Bakıda və bölgələrdə yenidən qurulan yolların açılış mərasimlərinə qatılır, layihələrin icrası ilə maraqlanır və Özünün dəyərli tövsiyələrini verir. Elə bu günlərdə dövlət başçısı paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. Tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə layihə üzrə görülən işlər barədə ətraflı məlumat verib. Dövlətimizin başçısı burada görülən işlərdən razılığını bildirib, eyni zamanda paytaxtımızın, şəhərətrafı qəsəbələrin yol infrastrukturunun yenilənməsi ilə bağlı tapşırıqlar verib.
Paytaxtda və şəhərətrafı qəsəbələrdə təmirsiz yollar qalmayacaq
Son illərdə respublikamızda reallaşdırılan yol layihələrinin bir qismi paytaxt Bakıda həyata keçirilib. Bu da təbiidir. Bakı, necə deyərlər, Azərbaycanın döyünən ürəyidir. Son illərdə Bakı meqapolis kimi inkişaf edib, dünyanın ən cazibədar şəhərlərindən birinə çevrilib ki, burada yol-nəqliyyat infrastrukturunun yenidən qurulması amilinin rolunu da xüsusi vurğulamaq lazımdır. Xalqımızın məşhur bir deyimi var: Abad el yollarından bəlli olar. Bunu biz doğma Bakımızın timsalında bir daha görürük. Müstəqillik illərində paytaxtımızda çoxlu sayda yollar yüksək səviyyədə yenidən qurulub, hərəkətin intensivliyini təmin etmək məqsədilə müxtəlif ünvanlarda müasir yol qovşaqları, körpülər, yeraltı və yerüstü keçidlər inşa olunub. Bakı ətrafında hələ keçmiş sovet dönəmində nəzərdə tutulan, ancaq müxtəlif bəhanələrlə çəkilməsi ildən-ilə təxirə salınan dairəvi yolun inşası uğurla tamamlanıb. Reallaşdırılan layihələrin nəticəsində, artıq bir sıra istiqamətlərdə bölgələrdən gələn avtomobillər şəhərə daxil olmadan öz hərəkətlərini məhz dairəvi yolla davam etdirirlər ki, bu da paytaxtımızın yüklənməsini əhəmiyyətli dərəcədə azaldır. Belə misalların sayı kifayət qədər çoxdur. Hazırda paytaxtımızın yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Təkcə 2019-cu ilin 9 ayında Bakı şəhərində təmirə ehtiyacı olan ümumi uzunluğu 242,8 km küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib.
Yuxarıda bəhs olunan layihənin tamamlanması paytaxtımızda yol infrastrukturunun yenilənməsinə daha bir nümunədir. Tədbirdə bildirilib ki, Yasamal rayonundakı Şəfayət Mehdiyev küçəsi 2,4 kilometr uzunluğundadır. Bu küçənin Bəxtiyar Vahabzadə küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində 800 metr ərazi tam yaşayış və qeyri-yaşayış obyektləri ilə zəbt olunmuşdu. Layihə çərçivəsində buradakı evlər və qeyri-yaşayış obyektləri bütünlüklə köçürülüb. Yaşayış evlərinin və kommersiya obyektlərinin sahiblərinə dövlət başçısının tapşırığına əsasən lazımi səviyyədə kompensasiya ödənilib və onlar ödənilən vəsaitin məbləğindən razı qalıblar, heç bir şikayət olmayıb. Beləliklə, küçənin 800 metrlik bu hissəsi tam yenidən qurulub və bu hissədə 18 metr enində 4 cərgəli avtomobil yolu salınıb. Əvvəllər Cavid prospekti ilə gələn avtomobillər Cavid parkının ətrafını dolanıb Tbilisi prospektinə gedirdilər. Bakıda nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə bağlı görülən işlər nəticəsində indi həmin nəqliyyat vasitələri birbaşa Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinə çıxmaq imkanı qazanıblar. Halbuki əvvəllər çıxış yox idi. Yalnız 5 metr enində məhəllədaxili yol var idi. Dördcərgəli yeni yolun istifadəyə verilməsi ilə metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında yaranan tıxaclara son qoyulacaq. Tədbirdə Prezident İlham Əliyev Bakının yol infrastrukturunun daha yüksək səviyyəyə çatdırılması ilə bağlı yeni tapşırıqlar verib. “Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəhs olunan layihəni yüksək dəyərləndirən Prezident İlham Əliyevin verdiyi yeni tapşırıqlardan biri şəhərətrafı qəsəbələrin yollarının abadlaşdırılması ilə bağlıdır. Məlum olduğu kimi, hazırda şəhərətrafı qəsəbələrdə dövlət başçısının imzaladığı müvafiq sərəncamlara əsasən genişmiqyaslı işlər görülür. Son vaxtlarda icrası tamamlanan yol layihələrindən bir çoxu məhz Bakıətrafı qəsəbələri əhatə edir. Dövlət başçısı tədbirdə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yolların yenidən qurulmasını xatırladıb. 12 mindən artıq əhalisi olan Kürdəxanı qəsəbəsində yolların böyük əksəriyyəti torpaq və çınqıl əsaslı olduğu üçün burada təxirəsalınmaz tədbirlər görülüb. Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində 60.5 km uzunluğa malik olan 101 küçədə təmir-bərpa işləri aparılıb, 302 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə şəhərətrafı qəsəbələrdə reallaşdırılan digər layihələr barədə də məlumat verib. Bildirilib ki, 2019-cu ilin investisiya proqramlarında nəzərdə tutulan, həmçinin büdcə fondundan ayırılan vəsait hesabına Bakı şəhərində və qəsəbələrində bir neçə yol çəkilib. Bu yollardan biri Xocasən-Lökbatan yoludur. Bu yol başlanğıcını “Sədərək” ticarət mərkəzindən götürür və Bakı-Şamaxı yolunun 9,5-ci kilometrliyinədək, “Coca-Cola” deyilən dairəyədək uzanır. Burada işlər yüksək səviyyədə başa çatdırılıb. İstifadəyə tam hazır olan 4 cərgəli, 11,2 kilometrlik yolun ortasında ayırıcı beton zolaqlar qoyulub. Bundan əlavə, investisiya proqramından ayrılmış vəsait hesabına Sabunçu rayonunun Bakıxanov stansiyasından Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gedən 5,4 kilometrlik yol 2019-cu ildə təmir edilib və istismara tam hazırdır. Eyni zamanda, Bakı şəhərinin Azadlıq prospektindən Yeni Avtovağzala qədər olan yolun 6 kilometrlik hissəsi genişləndirilib. Əvvəllər bura ensiz bir yol idi. Nəqliyyat axınını yaxşılaşdırmaq üçün bu yol da dövlət başçısının göstərişi əsasında 4 cərgəyə genişləndirilib. Burada qovşaqlar yaradılıb, Yeni Avtovağzal Binəqədi şosesi ilə birləşdirilib. Əvvəllər Əhmədli qəsəbəsində, Zığ şosesindən Neapol dairəsinədək olan küçə də ikigedişli idi. Uzunluğu 3,2 kilometr olan bu yol da 4 cərgəyədək genişləndirilib.
Şəhərətrafı qəsəbələrin yollarının abadlaşdırılması ilə bağlı qarşıda duran vəzifələr də kifayət qədər böyükdür. Prezident İlham Əliyev bu istiqamətdə yeni hədəflər müəyyənləşdirib. Dövlət başçısı şəhərətrafı yolların abadlaşdırılması ilə bağlı əvvəllər verdiyi tapşırığı xatırladaraq deyib: “Mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır”.
Bakı-Sumqayıt yolunda tıxaclara son qoyulacaq
Paytaxt Bakının və şəhərətrafı qəsəbələrin yol infrastrukturunun daha da yaxşılaşdırılması ilə bağlı ciddi tapşırıqlar verən Prezident İlham Əliyev digər bir vacib məsələni də gündəmə gətirib. “Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur”, - deyə dövlət başçısı narahatlığını bildirib.
Qeyd edək ki, son vaxtlarda Bakıdan Sumqayıta olan dəmiryolu xəttində zəruri yenidənqurma işləri aparılıb. Hazırda Bakı-Sumqayıt marşrutu üzrə rahat sürət qatarları işləyir və əhali də bu qatarlardan məmnuniyyətlə istifadə edir. Görülən bu kimi tədbirlərə baxmayaraq, paytaxtdan Sumqayıta uzanan magistralın ayrı-ayrı hissələrində yenə də böyük tıxaclar yaranır ki, bu da hər iki istiqamətdə hərəkətin intensivliyinə mənfi təsir göstərir. Ələlxüsus günün pik saatlarında vəziyyət daha da çətinləşir, müxtəlif məqsədlərlə Bakıya gələn və əks istiqamətə gedən sərnişinlər saatlarla yollarda vaxt itirmək məcburiyyətində qalırlar.
Deyilənlərdən də göründüyü kimi, Bakı-Sumqayıt magistralının ötürücülük imkanlarının artırılması vacib bir məsələ kimi qarşıda durur. Prezident İlham Əliyev deyib ki, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır. Dövlət başçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova bəhs olunan yolun genişləndirilməsi ilə bağlı layihə hazırlamağı tapşırıb. “Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev 21 oktyabr 2019-cu il tarixində Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat vəsait ayrılıb.
Bütövlükdə ölkə üzrə cari ilin əvvəlindən yol tikintisi ilə bağlı investisiya proqramının icrası yüksək səviyyədə təmin edilir
Respublikamızda yol infrastrukturunun yenilənməsi yalnız paytaxtla məhdudlaşmır. Əlamətdar haldır ki, bu istiqamətdə işlər intensiv şəkildə ölkənin bütün bölgələrində aparılır. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən respublikamızda yol tikintisinin ildən-ilə daha da genişləndiyinə diqqət çəkərək deyib: “Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil”.
Qeyd edək ki, ölkə üzrə yol layihələrinin yüksək səviyyədə icrası 2019-cu ildə də təmin edilir. Prezident İlham Əliyev bildirib ki, bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb. Cari ilin doqquz ayı ərzində ölkədə 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib. İlin sonuna qədər bu rəqəmin 1122 kilometrə çatdırılması hədəflənib. Eyni zamanda, dövlət başçısı bölgələrə səfərləri zamanı orada əhalinin xahişini nəzərə alaraq, əlavə yolların tikintisi ilə bağlı sərəncamlar imzalayıb. 2019-cu ilin sonunadək həmin yolların da tikintisi başa çatdırılacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə regionlara - Qəbələ və Ağdaş rayonlarına səfəri çərçivəsində yenidənqurma işləri tamamlanan yolların istifadəyə verilməsi mərasimlərinə qatılıb. Bunlardan biri Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı yolunun uzunluğu 33 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış 12,7 milyon manat vəsait hesabına salınmış yol əhatə etdiyi 10 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
Prezident İlham Əliyevin regionlara səfəri çərçivəsində, həmçinin Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı baş tutub. Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.
Respublika ərazisində digər yol layihələrinin də icrası uğurla davam etdirilir. Məsələn, Xınalığa çəkilən 31 kilometrlik yeni yolun artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Bundan əlavə, Xınalığa gedən yolun başlanğıcı olan, Quba-Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik Alpan-Susay yolu istismara tam hazırdır. O yol üzərində iki körpü tikilib. Qonaqkəndə gedən yolun tikintisi də cədvələ uyğun davam etdirilir. Yolun ikiqat asfalt-beton örtüklü 40 kilometrlik hissəsi tam hazırdır. O yolun üzərində artıq 7 körpü tikilib. Sonuncu körpü Vəlvələçay çayının üzərində salınıb. Qeyd edək ki, indiyədək orada körpü olmayıb. Çay daşanda insanlar günlərlə, həftələrlə gözləmək məcburiyyətində qalırdılar. Layihə çərçivəsində 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı körpü tikilib. Dövlət başçısının tapşırığına əsasən növbəti ilin investisiya proqramında layihənin icrasının davam etdirilməsi üçün vəsait nəzərdə tutulub. Bu vəsait hesabına yola aşınma qatı da vurulacaq və həmin 50,3 kilometrlik yol istismara tam hazır vəziyyətə gətiriləcək.
Ümumiyyətlə, ölkə üzrə yenidən qurulan yolların sayı kifayət qədər çoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, 2019-cu ilin 9 ayı ərzində ölkə üzrə ümumi uzunluğu 903.5 km olan 32 layihə üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bundan başqa, bəhs olunan dövrdə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 10 yeni körpü tikilib, 12 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.
Ölkəmizdə yol layihələri həm magistral, həm də şəhərlərarası və kənd yolları üzrə həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun verdiyi məlumata əsasən, hələ 2018-ci ildə Bakıdan Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişi qərara alınıb. İlkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başlanıb. Bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilib. Həmin yolun üzərində bir yol qovşağı tikilib. Rusiya sərhədindən Bakıya tərəf olan istiqamətdə isə 38 kilometr yol asfaltlanıb. Yol yatağı 92 kilometr hissədə tam tikilib. Yolun 2020-ci ilin sonuna qədər tam şəkildə istismara təhvil verilməsi nəzərdə tutulub. Dövlət başçısının tapşırığına əsasən bəhs olunan yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı yaradılır ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin.
Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində işlər davam etdirilir. Bu ilin sonunadək yolun 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72 faizi artıq yerinə yetirilib. Yolun tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınıb. Bu yolun tikintisinin başa çatdırılması 2022-ci ilə nəzərdə tutulsa da, inşaatçılar bütün işləri 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verməyi qərarlaşdırıblar.
İran istiqamətində yeni yolun tikintisi də diqqət mərkəzində saxlanılır. Məlumdur ki, hazırda İran sərhədinə yol Astara şəhərinin içərisindən keçir ki, bu da narahatlıq yaradır. Buna görə də Prezident İlham Əliyev Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilməsi ilə bağlı tapşırıq verib. İndiyədək İran sərhədinə qədər yol çəkilib. Astara çayı üzərindəki körpünün tikintisi məsələsi də həll olunur. S.Məmmədov bildirib ki, yaxın vaxtlarda İranın yol işçiləri ilə görüş keçiriləcək. Həmin görüşdə memoranduma qol çəkiləcək. Körpü hazır olan kimi yolu istifadəyə verəcəyik.
Eyni zamanda, Prezident İlham Əliyev qarşıya kənd yollarının abadlaşdırılması ilə bağlı yeni vəzifələr qoyub. Dövlət başçısı bildirib ki, ölkənin bütün bölgələrində kənd yerlərində yaşayan insanlar yüksəksəviyyəli yollarla təmin olunmalıdırlar.
Yol layihələri icra olunarkən keyfiyyət amili əsas götürülür
Məlum olduğu kimi, son illərdə Azərbaycan bütün sahələrdə özünün yüksək standartlarını müəyyənləşdirib. Reallaşdırılan layihələrdə bu standartların tətbiqi Azərbaycanın müasir simasını səciyyələndirir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən diqqəti Davos İqtisadi Forumunun bir qədər bundan əvvəl yayılan son hesabatında Azərbaycanda qurulan yol infrastrukturunun keyfiyyət göstəricilərinin yüksək dəyərləndirilməsinə çəkib. “Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Həqiqətən də, Azərbaycanda indiyədək reallaşdırılan və hazırda da davam etdirilən yol layihələri yalnız kəmiyyət baxımından diqqəti cəlb etmir. Görülən işlər həm də yüksək keyfiyyətinə görə hər cür xoş sözə layiqdir. Aparılan müşahidələrdən o qənaət hasil olur ki, inşaatçılar bu və ya digər layihəni icra edərkən Prezident İlham Əliyevin keyfiyyətlə bağlı qarşıya qoyduğu tələblərə yüksək səviyyədə əməl edirlər. Həmçinin Azərbaycanda yolların keyfiyyətlə inşa edildiyi beynəlxalq səviyyədə də layiqincə dəyərləndirilir. Davos İqtisadi Forumunun bəhs olunan hesabatı da bunu bir daha təsdiqləyir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4710  |  
  • Tarix:  02-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 22:31
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
22 Noyabr 21:15
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
22 Noyabr 20:57
Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb
22 Noyabr 20:31
Firudin Qurbanov: Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir
22 Noyabr 20:30
Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizədə təcrübəsi beynəlxalq sənədin qəbulunda nəzərə alınıb
22 Noyabr 20:26
Bələdiyyə seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr edilib
22 Noyabr 20:25
Varşavada erməni təxribatının qarşısı alınıb
22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA