A+   Yenilə  A-
Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl bölmənin payı əhəmiyyətli dərəcədə artır

Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır
Azərbaycanın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qədər bundan əvvəl keçirilən iqtisadi müşavirədə, həmçinin Şahin Mustafayevi Baş Nazirin müavini və Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən iqtisadi sahədə Azərbaycanın strateji hədəfləri, prioritetləri barədə danışıb, Nazirlər Kabinetinin qarşısında duran vəzifələri və qarşıdan gələn dövrdə iqtisadi dayanıqlığı daha da gücləndirmək üçün icrası vacib olan vəzifələri diqqətə çatdırıb. Dövlət başçısının zamanın dəyişən tələblərinə, meydana çıxan yeni çağırışlara uyğun müəyyənləşdirdiyi vəzifələrin miqyası kifayət qədər genişdir və prioritet istiqamətləri əhatə edir. Respublikamızın son 16 ildə qazandığı uğurlardan məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın uğurlu dayanıqlı iqtisadi inkişafı qeyri-neft sektorunun hesabına təmin edilməlidir və ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində bir çox işlər görülməlidir. Dövlət başçısı qəti mövqeyini ifadə edərək deyib ki, Azərbaycanın iqtisadi artımı demoqrafik artımı üstələməlidir. Buna nail olmaq üçün yeni artım mənbələri aşkar edilməlidir.
Prezident İlham Əliyevin perspektiv inkişafla bağlı müəyyənləşdirdiyi digər bir mühüm vəzifə isə özəl sektorla bağlıdır. Bu gün respublikamızda özəl sektorda geniş potensial mövcuddur. Mövcud imkanlardan daha səmərəli istifadə etməklə milli iqtisadiyyatımızın inkişafına yeni, daha güclü impuls vermək mümkündür. Dövlət başçısı bəhs olunan iqtisadi müşavirədə bir daha bildirib ki, sahibkarlardan vergidən kənar başqa ödəniş tələb oluna bilməz. “Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb
Güclü iqtisadiyyat quruculuğu respublikamızda 2004-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin prioritet istiqamətini təşkil edib və bu sahədə yaxşı nəticələr qazanılıb. Belə ki, son 16 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.
Respublikamız iqtisadi inkişafın ardıcıllığını 2019-cu ilin arxada qalan 9 ayında da yüksək səviyyədə təmin edib. İlin əvvəlindən bəri iqtisadiyyatımızda istehsal artıb, yeni ixrac imkanları yaranıb. Bəhs olunan dövrdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricisi 15 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu da dünya miqyasında rekord göstərici hesab edilə bilər. Son 9 ayda ölkəmizin kənd təsərrüfatında da ciddi artım müşahidə edilib. Belə ki, bəhs olunan dövrdə aqrar sektor 7 faizdən çox artıb.
Respublikamızın son 16 ildə, o cümlədən də cari ilin 9 ayında yüksək iqtisadi inkişaf göstəriciləri qazanmasına bir sıra faktorlar öz müsbət təsirini göstərib ki, burada özəl bölmənin rolunu xüsusi qeyd etmək lazımdır. Özəl bölməyə göstərilən hərtərəfli dövlət dəstəyi bu sektorun ardıcıl şəkildə güclənməsini təmin edir. Güclü siyasi və maddi dəstək tədbirləri özəl bölmənin iqtisadiyyatımızda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmlədib. Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən özəl sektorun güclənməsi amilini məmnunluq hissi ilə nəzərə çatdıraraq bildirib ki, bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır.
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən islahatlar çərçivəsində özəl sektorun inkişafına, biznes mühitinin daha da optimallaşdırılmasına göstərilən dəstək tədbirlərinin əhatə dairəsi kifayət qədər genişdir. O cümlədən sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükü azaldılıb, enerji sisteminə və digər kommunikasiya şəbəkələrinə qoşulma prosedurları, lisenziyalaşdırma mexanizmi sadələşdirilib, elektron xidmətlər şəbəkəsi genişləndirilib.
Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb. Bütövlükdə, son 16 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.
Özəl bölmənin inkişafına yönələn islahatlar çərçivəsində, həmçinin sahibkarlıq subyektlərinin məhsullarının xarici bazarlara çıxarılması yüksək səviyyədə dəstəklənir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə Azərbaycanın adambaşına düşən ixrac həcminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollarına çatdırılacaq. Bu, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox artım deməkdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün ölkəmizdə ixracyönümlü məhsul buraxan müəssisələrin şəbəkəsinin genişləndirilməsi güclü şəkildə təşviq olunur. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər sırasında qanunvericilik bazasının dünya ölkələrinin qabaqcıl təcrübəsi əsasında təkmilləşdirilməsinin, təşviq mexanizmlərinin işə salınmasının, institusional islahatların aparılmasının önəmini xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, respublikamızda ixracın səmərəli təşviqi mexanizminin işə salınması özəl sektordan ixracın genişlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir. Sahibkarların ixrac imkanlarının genişləndirilməsi baxımından “Made in Azerbaijan” brendinin yaradılması da böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilir. Qeyd edək ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon ABŞ dollarından çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb. Prezident İlham Əliyev vurğulayıb ki, özəl bölmə təmsilçilərinin məhsullarının xarici bazarlara çıxarılmasına dəstək verilməsi məsələsi daim diqqət mərkəzində saxlanılmalıdır: “Biznes qurumlarına Azərbaycanda istehsal olunan ixracyönümlü malları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün böyük kömək və səylər göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır... İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir”.
Ölkədə KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri milli iqtisadiyyatların genişlənməsində mühüm rol oynayırlar. Azərbaycan da bu təcrübədən bəhrələnir. Respublikamızda özəl sektorun dəstəklənməsi strategiyası çərçivəsində kiçik və orta biznesin (KOB) iqtisadiyyatda rolunun artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi” qəbul edilib. Sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 21 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bəhs olunan Strateji Yol Xəritəsinə uyğun olaraq ölkəmizdə KOB fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOB subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, KOB subyektlərinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması, KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsi, innovasiyaların təşviqi, KOB subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsi istiqamətlərində genişmiqyaslı tədbirlər həyata keçirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq kiçik və orta sahibkarlıq və ümumilikdə biznes mühiti dinamik inkişaf meyli nümayiş etdirməkdədir. Strateji Yol Xəritəsinin icrası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Lisenziyalar və icazələr” portalı, İpoteka və Kredit Zəmanət Fondu, daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri yaradılıb. Həmçinin qanunvericiliyin təsiri analizinin tətbiqi, dövlət satınalmalarında KOB subyektlərinin minimum iştirak payı, sənaye klasterlərinin rezidentlərinə verilən güzəşt və imtiyazlar kimi tədbirlər həyata keçirilib. İslahatlar çərçivəsində Azərbaycanda biznesə başlamaq üçün tələb olunan qeydiyyat prosesinin müddəti bir neçə gündən cəmi 30 dəqiqəyə qədər azaldılıb. Yeni qaydalara əsasən istənilən yerli və xarici sahibkar 24 saatlıq rejimdə müvafiq onlayn platforma vasitəsilə öz biznesini qeydiyyata aldıra bilər.
Respublikamızda özəl bölmənin, o cümlədən də kiçik və orta biznesin imkanlarının artırılması məqsədilə davamlı olaraq yeni tətbiqlər reallaşdırılır. Məsələn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Daşınmaz əmlakın alqı-satqısı sahəsində tətbiq olunan yeniliklər” mövzusuna həsr edilən təqdimat keçirilib. Tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupu tərəfindən təşkil edilib. Daşınmaz əmlakın alqı-satqısı üzrə aparılan islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün ictimai birliklər, biznes assosiasiyaları, eyni zamanda, hüquq və konsaltinq şirkətləri üçün “Notariat xidmətlərinin avtomatlaşdırılması nəticəsində onlara əlçatanlığın asanlaşdırılması və operativliyin təmin edilməsi”, “Daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində aparılan islahatlar” mövzularında təqdimatlar edilib.
Respublikamızda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açarkən İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin respublikanın bölgələrində reallaşdırdığı “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramının önəmini də vurğulamaq lazımdır. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında yaradılan “KOB Dostu” şəbəkəsi uğurla fəaliyyət göstərir. Ölkə miqyasında Kiçik və Orta Biznesin Dostu şəbəkəsi genişlənməkdə davam edir. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, növbəti “KOB Dostu” İmişli rayonunda fəaliyyətə başlayıb. Bununla da, ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-yə çatıb.
Yuxarıda vurğuladığımız kimi, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər sayəsində özəl sektorun milli iqtisadiyyatımızda rolu artıb. Bununla belə, özəl sektorda potensial, imkanlar daha böyükdür. Həmin imkanlardan daha səmərəli istifadə etməklə özəl sektorun milli iqtisadiyyatımıza töhfələrini daha da artırmaq, eyni zamanda, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara daha böyük həcmlərdə yüksək rəqabət qabiliyyətinə malik məhsullar çıxarmaq mümkündür. Bütün bu kimi amilləri nəzərə alan Prezident İlham Əliyev özəl bölmənin daha sürətli inkişafının təmin edilməsi ilə bağlı tapşırıqlar verib. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı “Hesab edirəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır”, - deyə bildirib.
İnvestisiya qoyuluşunun artırılması qarşıya qoyulan mühüm hədəflər sırasında yer alır
Özəl bölmənin davamlı inkişafı investisiya qoyuluşunun adekvat şəkildə artırılması ilə sıx bağlıdır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev “Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar”, - deyə vurğulayıb.
Yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub.
Respublikamızda neftdənkənar iqtisadiyyata daxili və xarici investisiyaların cəlb olunmasını təmin etmək üçün praktiki müstəvidə də ciddi iş aparılır. Azərbaycan üç il bundan əvvəl Böyük Britaniyadan sonra Rəqəmsal Ticarət Qovşağı (RTQ) yaradan ikinci ölkədir. Bu layihə ilə Azərbaycan regionda qeyri-neft sektoru üzrə ən rahat investisiya mühiti yaradıb və xarici investorlar üçün olduqca cəlbedici ölkəyə çevrilib. Rəqəmsal Ticarət Qovşağı qeyri-rezident investorların mövcud regionda investisiya layihələrini ən rahat və təhlükəsiz şəkildə həyata keçirmələri üçün unikal imkanlar yaradır. Azərbaycan Rəqəmsal Ticarət Qovşağı vasitəsilə dünyada ilk mobil rezidentlik və Estoniyadan sonra ikinci elektron rezidentlik təqdim edən ölkədir.
Elektron və mobil rezidentliyin xarici investor üçün üstünlükləri böyükdür. Ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən qeyri-rezidentlər ölkəyə daxil olmadan, sərhədi keçmədən dth.az saytında qısa müddətdə qeydiyyatdan keçə bilərlər. Statistik məlumatlara əsasən, artıq yüzdən çox şəxs elektron və mobil rezidentlik üçün RTQ-yə müraciət edib. 2018-ci illə müqayisədə bu il müraciətlərin sayında artım qeydə alınıb.
RTQ, eyni zamanda, yerli sahibkarlar üçün də böyük imkanlar yaradır. Belə ki, sahibkar ixrac prosedurlarının daha sadə, şəffaf və sürətli həyata keçirilməsi məqsədi ilə ixrac zamanı tələb olunan mənşə sertifikatı, fitosanitar, keyfiyyət, baytarlıq sertifikatı, gömrük bəyannaməsi, sərbəst satış sertifikatı kimi sertifikatlarını onlayn formada və yalnız bir müraciətlə “Vahid İxrac Ərizəsi” vasitəsilə təqdim edir. Bu da yerli ixracatçılara vaxta və xərclərə qənaət etmələrinə şərait yaradır. Eyni zamanda, RTQ yerli sahibkarlar üçün yeni bazarlar da açmaqdadır. Ümumiyyətlə, Rəqəmsal Ticarət Qovşağının təklif etdiyi xidmətlərin spektri kifayət qədər genişdir.
Azərbaycanda kölgə iqtisadiyyatına, haqsız rəqabətə yer olmamalıdır
Kölgə iqtisadiyyatına, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi də Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflər sırasında yer alır. “Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”, - deyə Prezident İlham Əliyev Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən respublikamızda inhisarçılığa, haqsız rəqabətə, kölgə iqtisadiyyatına yer olmamalıdır. Ölkədə bütün biznes strukturları vahid qanunlar, vahid qaydalar əsasında fəaliyyət göstərməlidirlər. Məhz bu halda ayrı-ayrı qurumlar arasında sağlam rəqabəti təmin etmək mümkündür. Dövlət başçısının mövqeyi belədir ki, inhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Şübhəsiz, inhisarçılıq, kölgə iqtisadiyyatı aradan qaldırılsa, biznes dairələri üçün də daha yaxşı şərait təmin olunacaq.
M.ABDULLAYEV

 
  • Oxunub:  8670  |  
  • Tarix:  01-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev konkret faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi

18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir
18 Fevral 17:52
Anar Kərimov: Xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir
18 Fevral 17:48
Naqif Həmzəyev: Münhen debatı Ermənistanın açizliyinin nümayişi oldu
18 Fevral 17:47
“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans başa çatıb
18 Fevral 17:42
MSK sədri: Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür
18 Fevral 17:29
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb
18 Fevral 17:15
MSK-nın iclasında parlament seçkiləri ilə bağlı bir sıra müraciətlərə dair qərarlar qəbul edilib
18 Fevral 17:09
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib
18 Fevral 17:07
Azərbaycanla Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir
18 Fevral 16:54
Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədədir
18 Fevral 16:23
Ankarada Xocalı soyqırımı mövzusunda konfrans keçirilib
18 Fevral 16:20
Salyan və Biləsuvar sakinlərinin dini məsələlərlə bağlı müraciətləri dinlənilib
18 Fevral 16:15
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
18 Fevral 16:02
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
18 Fevral 15:56
“Məktəblinin dostu” layihəsinin əməkdaşları təltif olunublar
18 Fevral 15:48
Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanılıb
18 Fevral 15:10
Berlində Ümumavropa Qarabağ mitinqi keçiriləcək - VİDEO
18 Fevral 14:43
Abbas Müsəvi: İran Azərbaycanın yeni parlamenti ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək
18 Fevral 14:28
Əbülfəs Qarayev Londonda Britaniya Şurasının baş ofisində olub
18 Fevral 14:18
Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək
18 Fevral 14:13
Erməni KİV-ləri “mikroinqilabçını” linç etməkdə davam edirlər
18 Fevral 14:11
Azərbaycan Peşəkar Boks Federasiyası və Dünya Boks Şurası beynəlxalq səviyyəli təlimlər təşkil edib
18 Fevral 13:21
Qış Məktəbi layihəsinin iştirakçılarına Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verilib
18 Fevral 12:51
“France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb
18 Fevral 12:45
USAID və KOBİA peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüslə çıxış ediblər
18 Fevral 12:31
Elçin Quliyev: Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında Paşinyan aciz durumda qaldı
18 Fevral 12:29
İranın bir sıra saytlarında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
18 Fevral 12:19
Yanvarda külək elektrik stansiyalarında 7,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
18 Fevral 12:08
KOBİA-nın idarə heyətinin sədri: Zərgərlik sahəsində aktiv ictimai birliyin yaradılmasına ehtiyac var
18 Fevral 11:56
Komitə sədri: Kölgə iqtisadiyyatı ilə mübarizə birgə aparılarsa, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdı
18 Fevral 11:54
Əli Əhmədov: Münxen Təhlükəsizlik konfransında Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini ləyaqətlə, bacarıqla və qətiyyətlə müzakirə etməsi bir daha sübut etdi ki, ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir
18 Fevral 11:47
Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sistemi təkmilləşdiriləcək
18 Fevral 11:30
Prezident İlham Əliyevin daxili və xarici siyasəti xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb
18 Fevral 11:26
Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə dair sənədli film və fotosərgi hazırlanır
18 Fevral 11:24
BDU-nun tələbələri “AzerGold” şirkətində təcrübə keçəcək
18 Fevral 11:19
Nazir: Sənaye klasterlərinin yaradılması üçün istehsal, emal və satış sahələrinə dəstək vermək niyyətindəyik
18 Fevral 11:18
Elmar Məmmədyarov Brüsseldə təşkil olunan Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib
18 Fevral 11:00
FHN: “Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb olunub
18 Fevral 10:47
SOCAR-da ABŞ-ın Xəzər Siyasət Mərkəzinin məsləhətçilər şurasının üzvləri ilə görüş olub
18 Fevral 10:41
Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır
18 Fevral 10:32
Bu gün iki oyunla UEFA Çempionlar Liqasının səkkizdədir final mərhələsinə start verilir
18 Fevral 10:02
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır
18 Fevral 09:50
Prezident İlham Əliyev konkret faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi
18 Fevral 09:36
UNEC Həştərxan Dövlət Universiteti ilə əməkdaşlığa başladı
18 Fevral 09:31
Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb
18 Fevral 09:22
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
17 Fevral 20:47
Tengiz Txilava: Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
17 Fevral 20:31
Politoloq: Münxen müzakirələri zamanı Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu
17 Fevral 20:20
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
17 Fevral 20:07
Ermənistan müxalifəti: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?
17 Fevral 17:58
Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş 177 müraciətdən 97-nə baxılıb
17 Fevral 17:56
Kürdəmirdə yol tikintisinə 4,9 milyon manat ayrılıb – SƏRƏNCAM
17 Fevral 17:56
UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
17 Fevral 17:52
MSK sədri: Komissiya üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar
17 Fevral 17:27
Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır
17 Fevral 17:06
Ötən il Nəsimi rayonunda 9000 daimi iş yeri açılıb
17 Fevral 16:50
Bakı Dövlət Universitetində “Psixoloji yardım sektoru”nun açılışı olub
17 Fevral 16:45
Ukrayna Analitika Mərkəzinin rəhbəri: Paşinyan başa düşdü ki, bu, onun qaldıra biləcəyi yük deyil
17 Fevral 16:38
Dmitri Savelyev: Paşinyan Münxendə inandırıcı deyildi
17 Fevral 16:34
Rövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcək
17 Fevral 16:06
Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər
17 Fevral 15:52
Dilarə Cəbrayılova: Nikol Paşinyan dünyanın gözü qarşısında aciz vəziyyətə düşdü
17 Fevral 15:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedəcək
17 Fevral 15:25
Türkiyəli hüquqşünas: Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir
17 Fevral 15:22
AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA