A+   Yenilə  A-
EKOLOJİ PROBLEMLƏR ARADAN QALDIRILIR, ƏTRAF MÜHİT SAĞLAMLAŞDIRILIR

Aysəf Bayramov
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri, Kimya üzrə fəlsəfə doktoru

 

Ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması və ekoloji problemlərin həlli dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu məsələnin gündəmə gətirilməsi, iri maliyyə tutumlu texniki tədbirlərin maliyyələşdirilməsi mövcud problemlərin kompleks həllinə böyük imkanlar yaratmışdır. Son illər ərzində məlum səbəblərdən ekoloji və fiziki cəhətdən köhnəlmiş, ətraf mühiti təhlükəli maddələrlə çirkləndirən bir çox istehsalat sahələrinin fəaliyyətinin dayandırılması hesabına Sumqayıt şəhərinin ekoloji vəziyyəti müsbət istiqamətə doğru yaxşılaşmışdır. Fəaliyyəti dayandırılmış köhnə texnologiyalı müəssisələrin yerində ekoloji tələblərə tam cavab verən, müasir avadanlıqlarla təchiz olunmuş “Sumqayıt Texnologiyalar Parkı”, “Sumqayıt Texnolayn”, “SOCAR Karbomid”, “SOCAR Polimer” kimi nəhəng sənaye kompleksləri yaradılmışdır.
Bildiyimiz kimi, Sumqayıtın layihələndirilməsi ötən əsrin 30-cu illərinə təsadüf edir. 1936-cı il də Bakının 35-40 km-də yerləşən ərazidə tikinti işlərinə başlanmışdır. Burada kimya və metallurgiya müəssisələrinin, istilik-elektrik stansiyasının və digər obyektlərin tikintisi nəzərdə tutulmuşdur. İlk olaraq, obyektləri elektrik enerjisi ilə qidalandıran 1 nömrəli İEM işə salınmış və 1941-ci ildə elektrik enerjisi hasil edilmişdir. Lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri dayandırılmış, fəhlə və mühəndislər cəbhəyə yola salınmışdır. 1944-cü ildə isə Sumqayıt inzibati ərazisində tikintisi yarımçıq qalmış obyektlərdə canlanma baş vermişdir. Müharibədən təxris olunanlar tikintiyə cəlb olunmuş, sonrakı illərdə isə gənclər buraya axışmışlar. Hələ müharibə illərində stansiya Sumqayıtda sənaye meydançası yaradılmış, “Azot-Tuk” zavodu fəaliyyətə başlamışdır. 1944-cü ildə “Metallurq” zavodu layihələndirilmişdir. İlk dəfə olaraq 1945-ci ildə Sumqayıtın baş planı işlənmiş və təsdiq olunmuşdur. Həmin dövrdə kənd təsərrüfatı üçün mineral gübrə hazırlayan “Tukzavod” əsasında “OZER” adlanan istehsal sahəsi yaradılmış və burada maye xlor, sürtkü yağları, xlorparafin, heksaxloran, kaustik soda və s. məhsulların istehsal texnologiyası mənimsənilmişdir.
1948-ci ildə Sumqayıtın baş planı yenidən işlənib təsdiq edilmişdir. Həmin dövrdə Sumqayıtın 21764 kvadratmetr (m2) ümumi sahəsinin 10491 m2-ni sənaye zonası təşkil edirdi. Nəhayət, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verildi. Bundan sonra şəhərdə quruculuq işləri geniş vüsət aldı, yeni məhəllə və mikrorayonlar salındı. Eyni zamanda, kimya və metallurgiya müəssisələrinin tikintisi sürətləndirildi. 1952-ci ildə “Boru-prokat zavodunda ilk polad ərintisi alındı. “Sintez kauçuk” zavodu işə salındı. Kimya kombinatının tikintisinə başlandı. “Alüminium”, “Superfosfat”, “Aşqarlar”, “Yuyucu vasitələr” zavodlarında müxtəlif çeşiddə məhsulların hazırlanması həyata keçirildi. Bir çox hallarda isə Sumqayıt zərərli istehsal texnologiyalarının təcrübə-sınaq poliqonuna çevrilmişdir. İlkin mərhələdə müəssisələrin layihələndirilməsində ətraf mühitin mühafizəsi tədbirləri nəzərdə belə tutulmamışdır. İstehsal prosesində əmələ gələn təhlükəli tullantılar utilizasiya olunmadan şəhərətrafı ərazilərə daşınırdı. Müəssisələrdə əmələ gələn çirkab suları da təmizlənmədən birbaşa dənizə axıdılırdı.
Yalnız 1969-cu ildə dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Sumqayıtda ekoloji problemlərin aradan qaldırılmasına imkanlar yarandı. Onun keçmiş ittifaq orqanları qarşısındakı tələbləri ilə ekoloji tələblərin mərkəzləşmiş qaydada maliyyələşdirilməsi aparılmış, eyni zamanda, şəhərdəki kimya sənayesinin yenidən qurulması və ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Paralel olaraq, müəssisələrdə daha səmərəli texnoloji qurğuların quraşdırılması, mövcud istehsal sahələrinin yeniləşdirilməsi işləri aparılmışdır. Zavodlarda 23 lokal sutəmizləyici, 160-a qədər qaz-toztutucu qurğular quraşdırılmışdır. İldə 170 min ton tullantının təkrar istifadə olunması texnologiyası mənimsənilmişdir.
Şəhərin əvvəlki baş planında bəzi sənaye sahələrində kiçik lokal sutəmizləyici qurğular nəzərə alınsa da, onların quraşdırılmasında kobud səhvlərə yol verildiyindən təmizlənmə prosesini həyata keçirmək mümkün olamamışdır. Yalnız 1972-ci ildə “Üzvi Sintez” zavodunun nəzdində kimya müəssisələrinin çirkab sularını təmizləmək üçün sutkalıq gücü 146 min kub.m (m3) olan bioloji təmizləmə qurğusu tikilib istifadəyə verilmişdir. Qurğunun layihələrində, şəhərin yaşayış zonasında gün ərzində əmələ gələn 40 min kub.m (m3) çirkab suyun qəbul edilib təmizlənməsi də nəzərdə tutulmuşdur. Lakin sənaye müəssisələrinin və şəhər əhalisinin sayının artması ilə əlaqədar qurğunun hər gün öz gücündən 24 min kub.m (m3) artıq çirkab suları qəbul etdiyindən qurğu qəzalı vəziyyətə düşmüşdür.
Şəhərdə əsasən, kimya sənayesi üstünlük təşkil etdiyindən müəssisələrin yaratdığı ekoloji problemlər də artırdı. Sonradan Lindan kimi təhlükəli məhsul hazırlayan istehsalat sahələrinin fəaliyyəti dayandırıldı, digər qurğularda rekonstruksiya işləri aparıldı.
Sumqayıt şəhərində ən ciddi ekoloji problemlərdən biri “Səthi aktiv maddələr” zavodu ərazisində istehsal zamanı əmələ gələn 200 min tondan çox civəli şlamın açıq duz anbarında üzun müddət saxlanması və bu səbəbdən ətraf ərazilərin civə ilə çirklənməsinə yol verilməsi idi. Problem artıq öz həllini tapmışdır. Tullantılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus poliqonda təhlükəsizlik şəraitində basdırılmışdır. Eyni zamanda, fəaliyyəti dayandırılmış kimya müəssisələrinin ərazisində uzun illər ərzində yığılıb qalmış xlorparafinlər, latekslər, plastifikatorlar, poliqliserin məhsullarının qalığı da yığılaraq zərərsizləşdirilmişdir. Vaxtilə “Azərboru”nun marten sobasında əmələ gəlmiş şlakın şəhərin 76-cı məhəlləsi ərazisində yığılıb qalması da ekoloji gərginliyə səbəb olurdu. Nəhayət, 2019-cu ildə “AzPal” MMC tərəfindən şlakın utilizasiya işlərinə başlanılmışdır. Bu da şəhərin ekoloji sağlamlaşmasına xidmət edən tədbirlərdəndir.
Digər bir problem isə 1950-ci illərdə yeraltı və yağış sularının axıdılması üçün çəkilmiş “Acı dərə” kanalı ilə bağlı idi. Kanal Ceyranbatan və Saray qəsəbələrinin yaxınlığından başlayaraq “Yaşıl dərə” ərazisindən, bir neçə məhəllə və mikrorayondan keçərək üstü açıq şəkildə dənizə birləşir. Kanalın son illər bir neçə dəfə daşması nəticəsində ətrafdakı fərdi yaşayış evlərini su basmış, sakinlər ciddi problemlərlə üzləşmişlər.
Şəhər rəhbərliyinin müraciəti əsasında “Azərsu” ASC tərəfindən “Sumqayıt şəhərinin perspektiv inkişafı və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə “Acı dərə” kanalı ətrafında formalaşan tullantı sularının qarşısının alınması tədbirləri” layihəsi ilə əlaqədar 2017-ci ildə yenidənqurma işləri aparılmışdır. İlkin olaraq, Sülh küçəsində kanalın istiqaməti dəyişdirilərək, qapalı şəkildə “Azərboru”nun kollektoruna birləşdirimişdir. İkinci mərhələdə isə kanalın digər hissəsinin beton boruya salınması nəzərdə tutulmuşdur. Bu da öz növbəsində kanal ətrafında yaşayan 30 min sakinin kanalizasiya probleminin həll olunması ilə yanaşı, ekoloji vəziyyətin sağlamlaşdırılmasına gətirib çıxaracaq.
Son illər Sumqayıtda su təchizatı və kanalizasiya sisteminin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. Məişət çirkab sularının təmizlənməsi üçün sutkalıq gücü 100 min kub.m (m3) olan sutəmizləyici qurğu tikilib istifadəyə verilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Xəzər dənizi hövzəsinin sağlamlaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər də öz əksini tapmışdır. Layihə çərçivəsində dövlət vəsaiti hesabına Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab suların toplanaraq Sumqayıtdakı “Təmizləyici Qurğular sexi”nə yönəldilməsi üçün 14,5 kilometr uzunluğunda kollektorun çəkilişinə başlanmış və işlər 2016-cı ildə başa çatdırılmışdır. Hazırda isə digər mənbələrdə cəmləşən axıntı sularının boruya götürülməsi və təmizləyici qurğuya yönəldilməsi istiqamətində işlər davam etdirilir.
Sumqayıtın ümumi sahəsi 94170 hektardır ki, bunun 1003 hektarını yaşıllıq sahəsi təşkil edir. Adambaşına düşən yaşıllıq sahəsi isə 27,2 kv.m -ə çatdırılmışdır. Təqdirəlayiq haldır ki, mövcud yaşıllıq sahələrinin sərhədləri göstərilməklə, inventarlaşma işləri aparılmış, eyni zamanda, yaşıllıq sahəsinin tikinti altına verilməsinin qarşısı alınmışdır.
Son 10 illiklər ərzində köhnə istehsalatlar istismardan çıxarılmış və onların tullantılarının məişət tullantıları poliqonuna atılmasının qarşısı alınmışdır. Əksər köhnə istehsalatların istismardan çıxarılması ilə bağlı əmələ gələn tullantıların nomenklaturası və həcmləri də kəskin azalmışdır. Hal-hazırda Sumqayıt şəhəri, şəhərətrafı ərazilər, Abşeron rayonunun Xırdalan şəhəri və bir neçə qəsəbədə formalaşan məişət tullantıları müqavilə əsasında daşınaraq “Təmizlik Departamenti” MMC-yə məxsus məişət tullantıları poliqonunda zərərsizləşdirilməsi üçün qəbul edilir. İl ərzində 800 000 m3 məişət tullantısı daşınaraq məişət tullantıları poliqonunda zərərsizləşdirilmişdir. Əraziyə təkcə məişət tullantıları deyil, istehsal prosesində əmələ gələn, habelə texnoloji prosesin gedişində ilkin istehlak xüsusiyyətlərini itirmiş əşyalar, təkrar istifadəyə yararlı və bu məqsədlə toplanan, həmçinin istifadə olunma xüsusiyyətindən məhrum olan tullantılar da daşınır.
Poliqon ərazisində tullantıların zərərsizləşdirilməsi üçün xüsusi qurğu və şərait olmadığından tullantılar primitiv üsulla ətraf mühitdən təcrid olunmadan və texnoloji qaydalara riayət edilmədən texniki vasitələrin köməyi ilə basdırılırdı. Poliqonda müxtəlif tip tullantılar olduğundan təbii proses, həmçinin kənar şəxslərin poliqon ərazisinə müdaxiləsi nəticəsində ərazidə tez-tez yanma hadisələri baş verirdi. Bunun nəticəsidir ki, yanma zamanı atmosfer havasına mənşəyi məlum olmayan müxtəlif növ zərərli qazlar atılır, spesifik iy-qoxu ətrafa yayılaraq, əhalinin haqlı narazılığına səbəb olurdu. Son illər şəhər rəhbərliyinin gördüyü tədbirlər nəticəsində poliqon ərazisində tullantıların yanması halları minimum həddə endirilmişdir. Həmçinin artıq Nazirlər Kabineti Abşeron rayonunda tullantıların emalı üçün regional tullantı poliqonunun tikintisi üçün 65 ha. torpaq sahəsi ayrılmasına qərar vermişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qısa müddət ərzində Xəzər dənizi sahili boyunca ümumi sahəsi 106 ha, uzunluğu 2 kilometr olan Bulvar Kompleksi tikilib istifadəyə verilmişdir. Bulvar ərazisində 100 minə qədər ağac, 500 mindən çox müxtəlif dekorativ gül kolu əkilib. 60 min kvadratmetr sahədə çəmənlik salınmışdır. Ərazidə su təchizatı və kanalizasiya sistemi qurulmuşdur. Hazırda bulvarın genişləndirilməsi işləri aparılır. Bulvar kompleksinin tikilib istifadəyə verilməsi Sumqayıt şəhərində ekoloji durumun sağlamlaşdırılmasına böyük töhfədir.
Eyni zamanda, 2016-cı ildən başlayaraq, Bakı-Quba avtomobil yolundan başlayaraq, Sülh küçəsinə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Yolun hər iki tərəfində minlərlə dekorativ ağac və kollar əkilməsi şəhərimizdə ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir.
Ümumiyyətlə, Sumqayıt şəhərində bir sıra ekoloji tədbirlər həyata keçirilmiş və konkret nəticələr əldə edilmişdir. Hazırkı ekoloji durum əvvəlki dövrlərlə müqayisədə xeyli sağlamlaşmış, şəhərin ekoloji vəziyyətində dönüş yaradılmışdır.
Ölkə başçısı cənab İlham Əliyev 27 sentyabr 2016-cı ildə Sumqayıt şəhərinə səfəri zamanı demişdir ki, “Sumqayıt şəhəri sovet vaxtında həmişə ekoloji problemlərlə dolu şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir... İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb”.
Hesab edirik ki, şəhər rəhbərinin ekoloji məsələlərə olan tələbkar münasibəti yaxın gələcəkdə mühitin daha da sağlamlaşacağına təminat verir. Bu mühüm işdə biz ekoloqlar da əlimizdən gələni əsirgəməyəcəyik, əməli fəaliyyətimizdə gündən-günə çiçəklənən, inkişaf edən doğma şəhərimizin 70 illik yubileyinə layiqli töhfələr verəcəyik
Ad günün mübarək, SUMQAYIT!

 
  • Oxunub:  1590  |  
  • Tarix:  17-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA