Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan nümayəndə heyəti Avropa Ədliyyə nazirlərinin konfransında iştirak edib

Azərbaycan nümayəndə heyəti Avropa Ədliyyə nazirlərinin konfransında iştirak edib

16.10.2019 [10:06]

Avropa Şurasının təsis edilməsinin 70 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunur. Oktyabrın 14-15-də Fransanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Strasburqda “Avropada ədalət mühakiməsinə rəqəmsal çağırışlar” mövzusunda Avropa Ədliyyə nazirlərinin konfransı keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransı əsas məruzə ilə Fransanın Ədliyyə naziri Nikol Belloubet açıb. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç, AŞ Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Linos-Aleksandr Sisilyanos isə giriş sözü ilə çıxış ediblər.
Tədbirdə rəqəmsal dövrdə hüquqa və ədalət mühakiməsinə əlçatanlıq, müasir texnologiyaların cinayət mühakiməsinə təsiri kimi aktual məsələlər müzakirə olunub, nazirlər tərəfindən bu sahədə yeni tendensiyalara, innovasiyalara və yaxşı təcrübələrə dair təqdimatlar keçirilib.
Birinci sessiyada çıxış edən Ədliyyə naziri F.Məmmədov Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, o cümlədən məhkəmə fəaliyyətində rəqəmsal texnologiyanın tətbiqi üzrə həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə ölkəmizin müsbət təcrübəsini bölüşüb.
Dünya Bankı ilə əməkdaşlıqda yüksək texnologiya ilə təchiz olunmuş məhkəmə infrastrukturunun müasirləşdirilməsi, dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən yaradılmış “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və onun əsas komponentləri - məhkəmələrin vahid internet portalı, proses iştirakçılarının şəxsi elektron kabineti, məhkəmə qərarlarının vahid reyestri, habelə əmr icraatı üzrə işlərə elektron qaydada baxılması, məhkəmə fəaliyyətində süni intellektdən istifadə və s. barədə məlumat verilib.
Çıxışda iştirakçıların diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb edilib, Ermənistan rəhbərliyinin aqressiv bəyanatlarının beynəlxalq ictimaiyyətdə narahatlıq doğurduğu və buna ciddi reaksiya verilməsinin zəruriliyi vurğulanıb.
Ədliyyə naziri F.Məmmədovun çıxışının mətni iştirakçılar arasında paylanıb və Azərbaycanın təcrübəsi maraqla qarşılanıb.
Konfrans çərçivəsində Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül ilə ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə olunub, qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.
Eyni zamanda, bir sıra dövlətlərin Ədliyyə nazirləri, habelə Avropa Şurasının rəhbər şəxsləri ilə işgüzar görüşlər keçirilərək əməkdaşlığa dair danışıqlar aparılıb.
Tədbirlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30