Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

15.10.2019 [10:20]

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Bu baxımdan sərmayə qoyuluşu, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin rolu, həmçinin ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti vurğulanıb.
Görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub. Söhbət zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünün ölkələrarası əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.

Paylaş:
Baxılıb: 747 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31